Məhkəmə qərarları › İş №2(004)-2011/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2011/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2011/2024 15.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 75.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə və “AZEMİS” sistemi vasitəsilə mobil telefon nömrələrinə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh iddia ərizəsində göstərilən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ev 24 mənzil 215 ünvana göndərilmiş bildiriş “köçüb” qeydi yazılmaqla geri qaytarılmışdır. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı iş ərazi aidiyyatı üzrə baxılması üçün Cavabdeh rəsmi qeydə alındığı ünvan 1i ünvanı üzrə baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” sistemindən xx.xx.2024-cü il tarixdə çap edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh ünvan 1ində rəsmi qeydiyyata alınmışdır, ona ASAN-Sumqayıt tərəfindən xx.xx.2020ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ünvanını ünvan 3 ünvanda rəsmi qeydə alınmasını və yaşamasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim etməmişdir. Əksinə rəsmi sənədlərlə cavabdehin ünvan 1ində rəsmi qeydiyyata alındığı təsdiq edilir. Cavabdehin rəsmi olaraq Laçın rayonu ərazisində qeydiyyata alındığına görə hazırkı işə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxıla bilməz. Odur ki, mülki iş ərazi aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35.1, 44.2.2, 45, 263264, 266- 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, Cavabdeh rəsmi qeydə alındığı ünvan 1i ünvan üzrə ərazi aidiyyəti qaydasında baxılması üçün Laçın rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar