Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2018/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı və eyni zamanda digər iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 Vəfadar oğlu və Cavabdeh2 Güləli oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və X4 cavabdehlər Cavabdeh1 Vəfadar oğlu və Cavabdeh2 Güləli oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və himayəsində olan oğlu 1-ci qrup əlil X4 Bakı şəhəri Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan l, ev 17-də pasport qeydiyyatındadırlar. Göstərilən ünvandakı mülkün sahibi Cavabdeh1 onun və himayəsində olan oğlu 1-ci qrup əlil X1 yaşamağa yeri olmadığını nəzərə alaraq yüksək insanpərvərlik göstərib onları şəxsi mülkiyətində qeydiyata saldırıb yaşamaqları üçün orada 1 otaq təklif etmişdir. Lakin bu ünvanda qeydiyatda olan ancaq faktiki yaşamayan Cavabdeh2 Güləli oğlu və onun qohumları ev sahibinin tələblərinə baxmayaraq onların göstərilən ünvanda yerləşməklərinə maneçilik törədirlər. Belə olduğu halda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək, bildirdi ki, o, iddiaçıların ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələrinə razıdır. Digər Cavabdeh2 Güləli oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 5113 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyanın xx.xx.2014-cü il tarixdə keçirilmiş iclasının 26 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan övladı X4 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)-658/09 saylı qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X7, Cavabdeh2 Güləli oğluna, X8, X6, X2, X5, X9, X10 və X14 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MİÜMK-nm xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ləğv edilərək Cavabdeh1 X7 və qeyrilərinə qarşı yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməsi qət edilmiş və Ali Məhkəmənin xx.xx.2009-cu il tarixli, 2(102)-658/09 saylı Qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əmlakın mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddia ərizəsi təmin edilməli, iddiaçılar İddiaçı1 və X4 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və X1 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi digər Cavabdeh2 Güləli oğlunun da həmin mənzilə dair hüquqlarını pozmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və X4 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsünlər. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2018/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2018/2021
01.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver