Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-202/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X6 cəlb edilməklə “miras əmlakda mülkiyyət hüququna dair payın müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “miras əmlakda mülkiyyət hüququna dair payın müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəməyə barışıq sazişi və mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanmış 11.04.2022-ci il tarixli barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Belə ki, barışıq sazişi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfindən də imzalanmışdır. Məhkəmə iş üzrə tərəflərin ərizələrini, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Barışıq sazişinin şərtlərinə görə:
1. Miras qoyan X1 qanun üzrə vərəsələri olan Cavabdeh1, X7 və X6 nağd olaraq 100.000 (yüz min) manat və **-ML-*** dövlət qeydiyyat nişanlı, “NİSSAN X TRAİL” minik, buraxılış ili 2011 olan avtomobili saz vəziyyətdə miras payı olaraq qanun üzrə vərəsə İddiaçı verir. “NİSSAN X TRAİL” minik, buraxılış ili 2011 olan avtomobilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər.
2. İddiaçı miras payın müəyyənləşdirilməsinə dair iddia tələbindən imtina edir və bəyan edir ki, Cavabdeh1, X7 və X4 qarşı miras əmlakla bağlı iddia tələbi olmayacaqdır.
3. Cavabdeh1, X7 və X6 bəyan edirlər ki, İddiaçı ilə aralarında olan mübahisəni bu barışıq sazişi şərtləri əsasında həll etdikləri üçün İddiaçı və anası X2 qarşı heç bir iddia tələbləri və ya hər hansı bir şikayətləri yoxdur və olmayacaqdır.
4. Barışıq sazişinin 3-cü bəndində qeyd olunan şərt pozulduğu təqdirdə bu barışıq sazişi qüvvədən düşmüş hesab olunacaqdır. Məhkəmə işdə iştirak edən şəxslərin çıxışlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişşə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “miras əmlakda mülkiyyət hüququna dair payın müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:
1. Miras qoyan X1 qanun üzrə vərəsələri olan Cavabdeh1, X7 və X6 nağd olaraq 100.000 (yüz min) manat və **-ML-*** dövlət qeydiyyat nişanlı, “NİSSAN X TRAİL” minik, buraxılış ili 2011 olan avtomobili saz vəziyyətdə miras payı olaraq qanun üzrə vərəsə İddiaçı verir. “NİSSAN X TRAİL” minik, buraxılış ili 2011 olan avtomobilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər.
2. İddiaçı miras payın müəyyənləşdirilməsinə dair iddia tələbindən imtina edir və bəyan edir ki, Cavabdeh1, X7 və X4 qarşı miras əmlakla bağlı iddia tələbi olmayacaqdır.
3. Cavabdeh1, X7 və X6 bəyan edirlər ki, İddiaçı ilə aralarında olan mübahisəni bu barışıq sazişi şərtləri əsasında həll etdikləri üçün İddiaçı və anası X2 qarşı heç bir iddia tələbləri və ya hər hansı bir şikayətləri yoxdur və olmayacaqdır.
4. Barışıq sazişinin 3-cü bəndində qeyd olunan şərt pozulduğu təqdirdə bu barışıq sazişi qüvvədən düşmüş hesab olunacaqdır. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Hakim: Orxan Məmmədli