Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2024/2024 10.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, cavabdeh “Hüquq və X22” X33 nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Hüquq və X22” X21rşı “əmrin ləğvi, müddətli bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Hüquq və X22” X21rşı “əmrin ləğvi, müddətli bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, “Hüquq və X22” X26 xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmrinin ləğv edilməsi, “Hüquq və X22” X36 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, onun “Hüquq və X22” X26 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı-aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, məhkəmənin hazırlıq iclaslarında verdiyi izahatlarını müdafiə etdi və əlavə olaraq qeyd etdi ki, Azərbaycan Respublikasında qüvvədə olan hüquqi aktlarla publik hüquqi şəxslərə hüquq sahəsində təhsili olmayan (qeyri-hüquqşünas) və ya işlədiyi müddətdə hüquq təhsili alan şəxslərlə hüquq sahəsində müddətli və ya müddətsiz əmək müqaviləsini bağlamağı qadağan edən hüquqi norma müəyyən edilməmişdir. Əks halda o, “Hüquq və X22” publik hüquqi şəxsdə 4 il 3 ay ərzində nə işləyər, nə də onunla hal-hazırda sonuncu hesab olunan xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi bağlana bilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Onun tutduğu vəzifə əvvəllər bitirdiyi ixtisas və ixtisaslaşmaya uyğun olmasa da, hal-hazırda onun “Bakı Dövlət Universiteti” X33 hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasında təhsil aldığı ixtisasa, yəni 5603.01 - “Beynəlxalq hüquq; insan hüquqları” ixtisası üzrə fəlsəfə doktoru proqramına tam şəkildə uyğundur. O, halhazırda fəlsəfə doktoru proqramı üzrə qiyabi təhsil formasında doktoranturanın 3-cü kursunda təhsil alır. Həmçinin hüquq diplomunun olması “Hüquq və X22” X33 vəzifə təlimatında da göstərilməmişdir. Qeyd edir ki, o, xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsini imzalayarkən onun müddətli olması barədə məlumatlı olmamış və bu halı təsdiq edən müvafiq sübut təqdim etmişdir. İşçinin sərbəst (azad) iradə ifadəsinin və tərəflərdən birinin, yəni işçinin hüquq bərabərliyinin mövcud olmadığı şəraitdə əmək müqaviləsini imzalaması, onun qüvvədə olduğu müddətdə tərəflərin hüquqlarını həyata keçirməsi, öhdəliklərini yerinə yetirməsi, eləcə də əmək müqaviləsinin qüvvədə olduğu 1 il müddətində tərəflərdən heç birinin əmək müqaviləsinin hər hansı bir müddəasını, o cümlədən də müqavilənin 2.2-ci bəndinin işçi və ya işəgötürən tərəfindən mübahisələndirilməməsi halı işçi tərəfindən iradə ifadəsinin mövcud olduğunu təsdiq etmir. O, təxminən 2023-cü ilin yanvar ayının 9-10-da əmək müqaviləsinin altsistemə yerləşdiyini görmüş və ona məlum olmuşdur ki, müqavilə müddətli bağlanmışdır. Əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə altsistemə yerləşdirilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdehin təşəbbüsü ilə onun xx.xx.2022-ci ilə kimi aktiv əmək müqaviləsinə xitam verilməklə, onun əmək müqaviləsinin 1 il 9 aydan sonra müddətsiz hesab olunması üçün İnstitutda topladığı 3 il 3 aylıq müddət faktiki olaraq sıfırlanmışdır. Halbuki, işəgötürən onun xx.xx.2022-ci ilə kimi aktiv əmək müqaviləsinə müvafiq dəyişiklikləri Əmək Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulmuş qaydada da apara bilərdi. Lakin işəgötürən Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsi ilə nəzərdə tutulan “hüquqlardan sui-istifadəyə yol verilmir” tələbə riayət etməyərək, onun əmək hüquqlarını pozmuşdur. Məqsəd isə bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün 5 illik müddətin yenidən hesablanması olmuşdur. Beləliklə, işəgötürənlə xx.xx.2023-cü il tarixli 19 nömrəli müqaviləni bağlamaqla faktiki olaraq əlverişsiz vəziyyətə düşmüşdür. Qeyd edir ki, əmək müqaviləsinin təhvil almaq barədə başqa bir jurnala imzalamış, hansı ki, təhvil alarkən tarix qeyd edərək, ona imzalamışdır. Burada əmək müqavilələrinin qeydiyyatı kitabına çəkdiyi imzanı nəzərdə tutmur. Lakin cavabdeh həmin kitabdan başqa hər hansı kitab olmadığını qeyd edir. Hesab edir ki, cavabdeh əmək müqaviləsini xx.xx.2023-cü il tarixdə almağını təsdiq edən hər hansı sübut təqdim etməlidir. O, işəgötürənlə xx.xx.2023-cü il tarixli 19 nömrəli müqaviləni bağlayarkən, cavabdeh onunla həmin müqavilənin heç bir şərtini müzakirə etməmiş və razılaşdırmamışdır. Müqavilədəki imza ona məxsusdur. Lakin imzanın altındakı xx.xx.2023-cü il tarixini o, yazmamışdır. Müqaviləni imzalamağa verərkən yalnız 5-ci səhifəsi ona təqdim edilmiş, digər səhifələri təqdim edilməmişdir. Klavdiya Qənbərova ona bildirmişdir ki, əmək müqaviləsi tam hazır olduqdan sonra bitr nüsxəsi ona veriləcəkdir. O, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrində əmək müqaviləsinin müdətini göstərmişdir. O, xx.xx.2022-ci il tarixli ərizəsi əsasında işə girmişdir. Həmin ərizədə müqavilənin müddətli bağlanmasını qeyd etməmişdir. Bu səbəbdən müqavilənin müddətsiz bağlandığını zənn etmişdir. Onun vəzifəsi dəyişərkən Əmək Məcəlləsinin 46-cı maddəsinə istinad edilməli idi. O, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddətli bağlanacağını əvvəlcədən bilsəydi, bunu işəgötürənlə müzakirə edər və Əmək Məcəlləsinin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vəzifəsinin dəyişməsinə nail ola bilərdi. İşəgötürən faktiki olaraq onu aldatmış və müddətli müqavilə bağlamışdır. 2022-ci ilin dekabr ayının sonunda əmək müqaviləsinin 5-ci səhifəsinə imza etmişdir. Əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə alsistemə yerlədirilmiş, 2-3 gün sonra o, əmək müqaviləsi bildirişini görmüş və əmək müqaviləsinin müddətli bağlanmasını öyrənmişdir. Lakin əmək müqaviləsini mübahisələndirməmişdir. xx.xx.2023-cü il tarixdə HİK-nə müraciət etmiş və HİK-nin üzvü olmadığı halda onun əmək haqqından 1%-nin HİK-nə tutulmasının əsassız olduğunu bildirmişdir. İşəgötürən güclü tərəf olduğuna görə, o, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və müddətli əmək müqaviləsinin müddətsiz bağlanması üçün müraciət etsəydi, adekvat münasibət görərdi. Bu səbəbdən o, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi üçün işəgötürənə müraciət etməmişdir. Ona bildiriş verilmişdir ki, müqavilənin müddətini bitəndən sonra xitam veriləcəkdir. xx.xx.2023-cü il tarixli əmrlə onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə müddət bitdiyinə görə xitam verilmişdir. Müqavilə tərəflərin hüquq bərabərliyi şəraitində bağlanmamışdır. Müqavilənin müddətli bağlanmasının səbəbi göstərilməmişdir. Əmək müqaviləsinin 3 aylıq sınaq müddəti ilə bir il müddətinə müqavilə bağlanması Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının tələblərinə ziddir. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsi MPM-in 10-1.1, 10-1.3, 78.1-1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmişdir. O, xx.xx.2023-cü il tarixli əmək müqavilənin ona verilmiş nüsxəsini məhkəməyə təqdim etmişdir. İşəgötürənin təqdim etdi əmək müqaviləsi ilə eyni olubolmamasını yoxlamamışdır. Əmək müqaviləsi bildirişinin yerləşdirilməsi Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 nömrəli qərarına əsasən altsistemə yerləşdirilir. O, əmək müqaviləsinin sənədlərlə iş şöbəsi, hüquq və kadrlar şöbəsində Klavdiya Qənbərovanın, Nümayəndə1 və Samirə Qaramollayevanın iştirakı ilə imzalamışdır. Əmək müqaviləsini imzalamağa Klavdiya Qənbərova təqdim etmişdir, yalnız 5-ci vərəqi ona təqdim edilmiş və imzalamışdır. O, müqavilənin bir nüsxəsinin ona verilməsini istədikdə, Klavdiya Qənbərova bildirmişdir ki, hələ hazır deyil, hazır olandan sonra təqdim edəcəklər. Əmək müqaviləsinin bir nüsxəsini xx.xx.2023cü il tarixdən sonra jurnala imza edərək Samirədən almışdır. Məhkəməyə dəqdim edilmiş əmək müqavilələrinin qeydə alınması kitabındakı imza ona məxsusdur, lakin o, başqa jurnala imza etməklə əmək müqaviləsini əldə etmişdir. O, BDU doktorantıdır. İşlədiyi müddət ərzində səmərəli işləmiş və hesabatlarını da vermişdir. 2023-cü ilin aprel ayında aparıcı mütəxəssis keçirilib, əmək müqaviləsi 1 saylı əlavə göstərilən formaya ziddir. Bərabərlik hüququ təmin edilməyib, Konstitusiyanın 25-ci maddəsinin tələbi pozulub. İşçinin işəgötürənə münasibətdə daha zəif tərəf olması KM-nin qərarında göstərilib. Hesab edir ki, onun işi daimi xarakterli olmasına baxmayaraq, müddətli müqavilə bağlaması qanunsuz olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Hüquq və X22” X33 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə qurtarmışdır. Bu səbəbdən işəgötürən işçi İddiaçı dəvət edərək ona bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və X22 “Hüquqi Ekspertiza və X2” X33 tabeliyində “Hüquq və X22” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil edildikdən sonra İnstitutun yeni strukturunda və ştat cədvəlində elmi fəaliyət nəzərdə tutulmamışdır. “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin elmi işçisi vəzifəsinin xx.xx.2022-ci il tarixədək mövcud olacağı nəzərə alınaraq, ona əlavə olaraq xx.xx.2022-ci il tarixədək əmək müqaviləsinin müddətinin uzadılması təklif edilmişdir. İddiaçı təklifi qəbul etmiş və xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılmasını xahiş etmişdir. “Hüquq və X22” PHŞ ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli 24 nömrəli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 3.2 bəndinə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. X23 sədrinin xx.xx.2022-ci il tarixli 1/130 nömrəli əmri ilə İnstitutla İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Bununla da tərəflər arasındakı əmək münasibətlərinə xitam verilmişdir. Əmək müqaviləsinin eyni şərtlərlə müddətsiz bağlanması həmin vaxt heç bir halda mümkün ola bilməzdi. Belə ki, “Hüquqi Ekspertiza və X2” X33 İcraçı direktorunun xx.xx.2022-ci il tarixli F-19 nömrəli əmri ilə institutun yeni strukturu təsdiq edilmiş və yeni strukturda ümumiyyətlə elmi fəaliyyətlə məşğul olan struktur bölmə o, cümlədən də “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsi mövcud deyildir. İddiaçı tərəfindən həmin vaxtadək bağlanmış əmək müqavilələri, eləcə də İşəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 1/130 nömrəli əmri mübahisələndirilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən onunla xx.xx.2023-ci il tarixli 19 nömrəli əmək müqaviləsi bağlanmışdır, əmək müqaviləsinə əsasən İddiaçı “Hüquq və X22” X26 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bir il müddətinə bağlanmışdır, işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsinin şərtlərini İddiaçıla işəgötürənin nümayəndəsi kimi şəxsən özü müzakirə etmişdir, İddiaçı müqaviləni imzalamış, daha sonra işəgötürənin rəhbəri tərəfindən imzalanmışdır. xx.xx.2023-ci il tarixli əmək müqaviləsinin bağlanması və rəsmiləşdirlməsi zamanı Əmək Məcəlləsinin 44-cü madddəsinin 3-cü hissəsinin tələblərinin pozuntusuna yol verilməmişdir. Əmək müqaviləsi Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə uyğun olaraq 2 nüsxədə tərtib olunmuş, tərəflərin imzası (işəgötürənin möhürü) ilə təsdiq edilmiş və onun bir nüsxəsi işçidə, digər nüsxəsi işəgötürəndə saxlanılmışdır. İddiaçı Əmək müqavilələrinin qeydə alınması kitabında 13 nömrə ilə qeydə alınmış əmək müqaviləsinin bir nüsxəsini kitaba imza atmaqla qəbul etmişdir (qeydiyyat kitabından çıxarşın surəti işə əlavə edilib). Əmək müqaviləsinin bağlanması xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilərkən texniki problemlər səbəbindən mümkün olmamış və bununla bağlı xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət edilmişdir (xx.xx.2023-cü ii tarixii müraciət məktubunun surəti işə əlavə edilib). Elektron informasiya sistemində texniki xətanın aradan qaldırılmasından dərhal sonra xx.xx.2023-cü il tarixdə Əmək müqaviləsi gücləndirilmiş elektron imza vasitəsilə sistemə daxil edilmiş və Əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində xxxxxxx000300 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində “Müddətli bağlanılmış əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab ediiməsi" təiəbi iiə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi bu hissədə də tamamilə əsassız olduğundan rədd edilməlidir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və X22 “Hüquqi Ekspertiza və X2” X33 tabeliyində “Hüquq və X22” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil edilmişdir. İnstitutun Nizamnaməsinin 2-ci bəndinə əsasən, İnstitutun fəaliyyət istiqamətlərinə Mərkəzin fəaliyyətinə elmi və praktiki dəstək vermək; hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental və tətbiqi elmi-tədqiqat və eksperimental araşdırmaların aparılmasını və elmi-praktiki tövsiyələrin hazırlanmasını təşkil etmək; qanunvericiliyin inkişafı və təkmilləşdirilməsində iştirak etmək; normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak etmək; hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərmək; dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsində iştirak etmək; Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında iştirak etmək aid edilmişdir. “Hüquqi Ekspertiza və X2” X33 İcraçı direktorunun xx.xx.2022-ci il tarixli F-19 nömrəli əmri ilə İnstitutun yeni strukturu təsdiq edilmişdir (əlavə edilir). İnstitut xx.xx.2023-cü il tarixdən nizamnamədə qeyd edilən fəaliyyət istiqamətləri üzrə fəaliyyətə başlamış və işçilər işə qəbul edilməyə başlanılmışdır. İddiaçı Bakı Dövlət Universitetinin Filologiya ali peşə istiqamətinin Türk dili və ədəbiyyatı ixtisasını bitirmişdir. O, “Hüquq və X22” publik hüquqi şəxsə ərizə ilə müraciət edərək, onun İnstitutun Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə xx.xx.2023-cü il tarixdən işə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilə “Hüquq və X22” publik hüquqi şəxs arasında xx.xx.2023-cü il tarixdə 19 nömrəli əmək müqaviləsi müddətli bağlanmışdır ki, bu da əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Əmək müqaviləsinin 2.1. bəndinə əsasən əmək müqaviləsi müddətli bağlanmışdır. Əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tərəflərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilmişdir. Əmək müqaviləsinin müdətli bağlamasını zəruri edən hallardan biri də İddiaçı Bakı Dövlət Universitetinin Filologiya ali peşə istiqamətinin Türk dili və ədəbiyyatı ixtisasını bitirməsi olmuşdur. İddiaçı ixtisası tutduğu vəzifəyə uyğun olmamışdır. İddiaçı “Hüquq və X22” X33 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul edilmişdir. İnstitutla İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndində də əmək müqaviləsinin müddətli bağlanmasının əsası kimi, tərəflərin hüquq bərabərliyi təmin edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanması, tərəflərin iradə ifadəsi olmuşdur. Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən imzalamaqla və möhürləməklə təsdiq edilməsi, əmək müqaviləsinin qüvvədə olduğu müddətdə tərəflərin hüquqlarını həyata keçirməsi, öhdəliklərini yerinə yetirməsi, eləcə də əmək müqaviləsinin qüvvədə olduğu 1 il müddətində tərəflərdən heç birinin əmək müqaviləsinin hər hansı bir müddəasını, o cümlədən də müqavilənin 2.2-ci bəndi işçi və ya işəgötürən tərəfindən mübahisələndirilməmişdir ki, bu da iradə ifadəsi olduğunu təsdiq etmişdir. Müddətli əmək müqaviləsinin bağlanması ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarına uyğun olmuşdur. Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinə 1-ci əlavə “Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasına uyğun olmuşdur. İddiaçı işlədiyi müddət ərzində peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə həyata keçirilməmiş və onun nəticələrinə görə onunla bağlı hər hansi bir qərar qəbul edilməmişdir. İddiaçı iddia ərizəsinin müddətli bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hesab edir ki, bu hissədə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir, iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə təqdim etmişdir. İddia ərizəsinin “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi”nə dair hissəsi də əsassız oduğundan iddia tələbi rədd edilməlidir. İddiaçı ilə “Hüquq və X22” publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. “Hüquq və X22 publik hüquqi şəxs tərəfindən İnstitutun təsisçisi olan “Hüquqi Ekspertiza və X2” publik hüquqi şəxsə “Müddətli əmək müqavilələrinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli 002/07-500 nömrəli təqdimatla İddiaçıla bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsinə razılıq verilməsi barədə müraciət göndərilmişdir. Mərkəzin xx.xx.2023-cü il tarixli R-16 nömrəli qərarı ilə İddiaçıla bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsinə razılıq verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 002/07-503 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. X23 sədrinin xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmri ilə İddiaçıla bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi Əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmrlə, əmrin verildiyi gün - xx.xx.2023-cü il tarixdə tanış edilmiş (əmrin surəti əlavə edilir), xx.xx.2023-cü il tarixdə ona məxsus ******* nömrəli əmək kitabçası İddiaçı təqdim edilmişdir. İddiaçı çatacaq son haqq-hesab həmin gün hesablanmış və xx.xx.2023-cü il tarixdə iddiaçının bank hesabına köçürülməklə tamamlanmışdır. İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasını əsaslandırmamış və heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrini mübahisələndirməmiş yalnız əmək müqaviləsinin müddətli bağlanmasını qanunsuz hesab edərək, əmrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir ki, bu da tamamilə əsassızdır. İddiaçı ilə yanaşı digər işçilərin də əmək müqaviləsi eyni müddətə bağlanmış və sonuncu əmək müqavilələri daha uzun müddətə və daha yaxşı şərtlərlə bağlanmışdır. İşə bərpa ilə bağlı iddia tələbi əsassız olduğundan, iddia ərizəsinin “məcburi işburaxma müddəti üçün əmək haqqının ödəniiməsi”nə dair hissəsi də əsassız oduğundan rədd edilməlidir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Hüquq və X22” X33 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, digər Nümayəndə1 izahatı ilə razı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, “Hüquq və X22” X27 sənədlərlə iş şöbəsinin müdiri vəzifəsində işləyir. İddiaçı ilə münasibətləri normaldır. 2023-cü ilin yanvarından İnistitutda yeni struktur yaradılmışdır. O, xx.xx.2023-cü il tarixdən başlayaraq qısa müddət ərzində 58 nəfərin ştatların adlarını və əmək müqaviləsi bildirişini elektron altsisteminə daxil etməli və elektron imza ilə təsdiq etməli idi. İşçilərin əmək müqavilələrinin hazırlanması ilə Samirə Qaramolayevaya və Nümayəndə1 məşğul olmuşlar. Onlar əmək müqavilələrinin layihələrini hazırlamış, işçilərə imza etdirmiş və işəgötürən tərəfindən imzalanandan sonra, əmək müqaviləsinin bir nüsxəsini işçiyə təqdim etmişlər. Onlar hamısı bir otaqda işləmişlər. O, daima kompüterlə işləmiş və verilən tapşırığı vaxtında yerinə yetirməyə çalışmışdır. İddiaçı əmək müqaviləsini kimin imza etdirdiyini görməmişdir. İşçilər əmək müqaviləsinə imza edərkən mütləq oxuyurlar, ən azından əmək haqqının məbləği hissəsinə mütləq baxırlar. İşçilərə əmək müqavilələri tam şəkildə təqdim olunur. O, İddiaçı yarımçıq müqavilə təqdim etməmişdir. İddiaçıla və digər işçilərlə əmək müqavilələri müddətli bağlanmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, “Hüquq və X22” publik hüquqi şəxs İdarə Heyətinin sədri X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 24 nömrəli əmək müqaviləsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Hüquq və X22” X27 Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsində əvəzçilik üzrə 0,5 ştat vahidi ilə elmi işçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçinin əmək haqqı 234 manat müəyyən edilmişdir. “Hüquq və X22” publik hüquqi şəxs İdarə Heyətinin sədrinin xx.xx.2022-ci il tarixli 1/049 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Hüquq və X22” publik hüquqi şəxs Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin elmi işçisi təyin edilmişdir. Əmrin verilməsinə əsas “Hüquqi Ekspertiza və X2” X33 xx.xx.2022-ci il tarixli R-3 nömrəli qərarı, İddiaçıla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi və ərizəsi olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə “Hüquq və X22” X33 İdarə Heyətinin sədri Məhəmməd Quluzadəyə müraciət edərək, onun “Hüquq və X22” X33 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə xx.xx.2023-cü il tarixdən işə qul edilməsini xahiş etmişdir. “Hüquq və X22” X33 İdarə Heyətinin sədri X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə İddiaçı xx.xx.2023-cü il tarixdən “Hüquq və X22” X27 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bir il müddətinə bağlanmışdır, işin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. İşçi xx.xx.2023-cü il tarixdən işə başlayır. İşçiyə hər ay 1.500 manat əmək haqqı ödənilir. “Hüquq və X22” publik hüquqi şəxs İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli 19/K nömrəli əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixdən 3 aylıq sınaq müddəti təyin edilməklə xx.xx.2023cü il tarixədək “Hüquq və X22” publik hüquqi şəxs Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi və əmək müqaviləsi olmuşdur. İddiaçı ilə xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil edilmiş, xxxxxxx000300 nömrə ilə qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə saat 12:31:18-də çap edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. “Hüquq və X22” X33 İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmri ilə Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (aparıcı mütəxəssis) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas N.Rüstəmovanın xidməti məktubu olmuşdur. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil edilmiş, xxxxxxx0003X0 nömrə ilə qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə saat 15:58:11-də çap edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəməyə iddiaçının vəsatəti əsasında cavabdeh tərəfindən təqdim edilmiş “Hüquq və X22” X33 işçiləri - Nümayəndə1, Nümayəndə2, X3, X17, X10, X9, X20, X18, X7, X14, X1, X11, X8, X12, X15 əmək müqavilələri ilə İddiaçı əmək müqaviləsinin müqayisəli təhlili zamanı müəyyən edilmişdir ki, X4 istisna olmaqla, digər şəxslərlə bağlanmış əmək müqavilələri də müddətli bağlanmış, əmək müqaviləsinin şərtləri İddiaçı əmək müqaviləsinin şərtləri ilə eynidir. Yəni İddiaçı qarşı hər hansı ayrı seçkiliyə yol verilməmişdir. X4 ilə bağlanmış əvvəlki əmək müqaviləsi müddətsiz olduğuna görə, struktur dəyişikliyindən sonra da onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçının əvvəlki müddətli əmək müqaviləsi üzrə əmək haqqı 234 manat olmuş, xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən onun əmək haqqı 1500 manat müəyyən edilmişdir. Yəni, işəgötürən tərəfindən iddiaçıya qarşı hər hansı bir qərəzli münasibət olması müəyyən edilməmişdir. İddiaçı ilə xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsi bağlanan zaman işəgötürən “Hüquq və X22” X36 tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, müddətli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində iddia müddəti ötürüldüyünə görə rədd edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsini imzalamış və əmək müqaviləsinin şərtlərini qəbul etməklə, xx.xx.2023cü il tarixədək həmin müqavilə əsasında işləmiş və xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri ilə bağlı işəgötürənə heç bir irad bildirməmiş və müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı işəgötürənə və ya məhkəməyə müraciət etməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən sonra həmin müqavilənin müddətsiz bağlanmalı olmasını iddia etməsi əsassızdır, həmçinin xx.xx.2023-cü il tarixli əmək müqaviləsini mübahisələndirmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq iddia müddətini ötürməklə, xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi vermişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, İşəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli əmək müqaviləsi əsasında işləyən işçi (iddiaçı) əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə sonuncu iş günündə xitam vermişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmrlə, əmrin verildiyi gün - xx.xx.2023-cü il tarixdə tanış edilmiş (əmrin surəti əlavə edilir), xx.xx.2023-cü il tarixdə ona məxsus ******* nömrəli əmək kitabçası İddiaçı təqdim edilmişdir. İddiaçı çatacaq son haqq-hesab həmin gün hesablanmış və xx.xx.2023-cü il tarixdə iddiaçının bank hesabına köçürülməklə tamamlanmışdır. İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasını əsaslandırmamış və heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrini mübahisələndirməmiş, yalnız əmək müqaviləsinin müddətli bağlanmasını qanunsuz hesab edərək, əmrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir ki, bu da tamamilə əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Hüquq və X22” X21rşı ““Hüquq və X22” X26 xx.xx.2023-cü il tarixli 220/K nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, onun “Hüquq və X22” X26 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı-aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2024/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2024/2024
10.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver