Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2030/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrlərin ləğvi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 saylı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iş bərpa olunan günə qədər məcburi işəburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, əmək müqaviləsinin təqdim edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması və dəymiş ziyana görə 5000 manat və 1 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsində olan maddi ziyanla bağlı iddia tələbinin izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, maddi ziyan dedikdə aşağıdakı xərclər nəzərdə tutulur: 1. X12 (ƏMM) İdarə Heyətinin sədri kimi Əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar onun üçün nəzərdə tutulan xidməti avtomobil və sürücü təyin olunmadığından: 06 noyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi ƏMM-yə işə gedib-gəlmək, vəzifə funksiyalarının icrasından irəli gələn digər nəqliyyat və yaranacaq xərcləri - 2150 manat; 2. Mediasiyaya və Məhkəmə prosesləri zamanı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ödənilən Mediasiya xərcləri (60 manat), mediasiya təklifinin, ərizəsinin və iddia ərizəsinin yazılması və hüquqi xidmətlər və məsləhətləri xərcləri, nəqliyyat xərcləri, poçt və kargüzarlıq xərcləri - 2570 manat; 3. Məhkəmə və mediasiya prosesləri müddətində nəqliyyat, telefon, çap xərcləri və sair – 280 manat. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx xxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasının, Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur. 1986-cı ildə Göydərə kənd orta məktəbinə daxil olmuş və 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2000-ci ildə həmin Akademiyanı “Neft və qaz quyularının qazılması” və 2002-ci ildə isə ”Dənizdə neft və qaz quyularının qazılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illər ərzində SOCAR-n NQF.TL İnstitutunda aspiranturada təhsilini davam etdirmiş və 2010-cu ildə “Quyuların qazılması texnologiyası” ixtisası üzrə dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda “texnika elmləri doktoru" alimlik dərəcəsi almaq üçün SOCAR-n NQLTL İnstitunda təhsilini davam etdirir. 25-dən çox elmi məqalənin müəllifidir. SOCAR-da icra olunmuş 3 səmərələşdirici təklifin müəllifidir. Elmi əsərləri respublikada və xaricdə məhşur jurnallarda dərc olunmuşdur. Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirak edir. O hazırda əlavə iş yerini əsas iş yerinə dəyişdirilməsi üçün 5-10 gün vaxt lazımdır. Buna baxmayaraq ona təqdim olunan, lakin tarixləri göstərilməyən (müqaviləyə xitam verilmə və ərizənin yazılma tarixləri) ərizəni imzalamışdır. 14 dekabrda ona teleqram vuraraq X17 Xidmətinə təhvil-təslim üçün çağırdılar və bildirdilər ki, öz xahişiylə əmək müqaviləsinə xitam verilməsi üşün ərizə yazsın. Bununla bağlı o, DƏMXnin rəisinə yazılı müraciət edərək qəbul etməsini xahiş etmiş, lakin onu qəbul etməmişdir. Bundan sonra o 18 dekabr 2023-cü ildə təkrar olaraq Nazirliyə dəvət olunmuşdur. Bildirilmişdir ki, imzaladığı ərizəyə tarixləri yazsın, o bundan imtina etmiş və tarixləri yazmamışdır. Bildirilmişdir ki, X5 əvvəlki qanuni təmsilçisinə asan imza verilməsi üçün möhürü təhvil versin. O bundan imtina etmiş və bildirmişdir ki, bununla bağlı ona rəsmi məktub verilsin. 19 dekabrda X17 Xidmətinin əmri ilə onun səlahiyyətləri məhdudlaşdırılmış və həmin səlahiyyətlər qanunsuz olaraq X17 Xidmətinin rəis müavini Orxan Hüseynzadəyə verilmişdir. Növbəti dəfə 22 dekabrda Nazirliyə dəvət olunmuş və belə şəraitdə təzyiq altında ərizəsinə tarixləri yazmış və razılaşmışdır ki, qaldırdığı məsələlər və İdarə Heyətinin qərarında göstərilən hallar nazirlik tərəfindən araşdırılaraq zəruri tədbirlər görüləcək və o əsas iş yeri məsələsini həll edə bilmədiyi təqdirdə məlumat verəcəkdir, ərizə icra edilməyəcək. Bu şərtlərlə o 22 dekabr 2023-cü il tarixdə əvvəl yazılmış ərizəni fərqli qələmlə imzalamışdır ki, 30 dekabr 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilsin. Bundan sonra iş yerinə qayıtmış və əməkdaşlardan 1 nəfəri əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etmişdir. Eyni zamanda ona səhv hazırlanmış işçilərin tabel uçot vərəqi və ƏMM-nin guya onun sədrliyi ilə keçirilmiş 21 dekabr tarixli Həmkarlar İttifiqanın yardılması barədə bütün əməkdaşların fiziki imzaladığı protokol təsdiq edilməsi üçün təqdim olunmuşdur. Belə bir yığıncağın keçirilmədiyini və sənədlərdə ciddi pozuntu hallarını nəzərə alaraq həmin protokolu və tabeli təsdiq etməmişdir. Məhz bunlara görə 23 dekabrda Nazirliyə və X17 Xidmətinə elektron məktubla müraciət edərək 22 dekabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmə barədə ərizəsinin etibarsız hesab edilməsi üçün yazdığı ərizənin surətini təqdim etmiş və bildirmiş ki, ərizənin əsli növbəti iş günü (25 dekabr 2023) təqdim edəcəkdir. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız hesab edilməsi barədə 23 dekabrda elektron məktubla göndərdiyi ərizənin əslini 25 dekabrda Kadrlar şöbəsinin sektor müdirinə şəxsən təqdim etmişdir. Bütün bunlara baxmayaraq X5 İdarə Heyətinin sədri kimi onun məlumatı, razılığı və imzası olmadan qanunsuz yollarla və qaydada ƏMMnin işçilərinin noyabr-dekabr ayları üzrə əmək haqları ödənilmişdir, baxmayaraq ki, bəzi əməkdaşlar da üzrsüz səbəblərdən işdə olmamışdır. Daha sonra 30 dekabr 2023-cü il tarixdə X17 Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən İlqar Məmmədov onu iş otağına dəvət edərək X17 Xidmətinin 25 dekabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrini və əmək kitabçasını ona təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, X17 Xidmətinin tabeliyində yaradılmış X5 İdarə Heyətinin sədri kimi ona edilən təzyiqlərə dözməyərək, xx.xx.2023-cü il tarixdə 11 dekabrda yazılmış və imzalanmış Ərizəyə tarixləri qoymuş və xx.xx.2023-cü il tarixdən guya “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ona edilən təzyiqlərə dözməyərək, xx.xx.2023-cü il tarixdə 11 dekabrda yazılmış və imzalanmış Ərizəyə tarixləri qoymuş və xx.xx.2023-cü il tarixdən guya “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin 23 və 25 dekabr tarixlərində yazılı müraciət edərək həmin ərizənin etibarsız hesab olunmasını bildirmişdir. Həmin gün də, yəni, xx.xx.2023-cü il tarixdə 11 dekabrda yazılmış və imzalanmış Ərizəyə tarixləri qeyd etmiş və yazdığı ərizəni geri götürmək barədə 23 və 25 dekabrda İşəgötürənə yazılı müraciət etmişdir. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz və bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Lakin, X17 Xidmətinin həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə ona hər hansı bir rəsmi qaydada yazılı və ya şifahi xəbərdarlığı olmamışdır. Hal-hazırda da ƏMM-nin İdarə Heyətinin sədri vəzifəsi vakantdır. Bu ərizəni göndərdikdən sonra işəgötürən olan X17 Xidməti maddəyə uyğun olaraq xx.xx.2023-cü il tarixli Ərizəni geri qaytarmalı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi bu halda ləğv edilə bilməz. O ona edilən təzyiqlərə dözməyərək, xx.xx.2023-cü il tarixdən guya “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X17 Xidmətinin qərəzli olması o faktla da sübut olunur ki, baxmayaraq ki, o xx.xx.2023-cü il tarixli Ərizə vermiş və xx.xx.2023-cü il tarixdən “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, üstündən 1 iş günü keçməmiş təqdimat yazılaraq nazirlə razılaşdırılmış və həmin tarixdən 5 gün əvvəl onun əmək müqaviləsini ləğv edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən onun son iş günüm xx.xx.2023-cü ildir və bu gün əmək müqaviləsi ləğv olunmalı və əmr də bu tarixdə verilməli idi. 5 gün əvvəldən yox. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X17 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinin tələbləri də pozulmuş, Əmək müqaviləsinin 1 nüsxəsi ona təqdim olunmamışdır. Onun iştirakı olmadan X17 Xidmətinin tabeliyində yaradılmış X5, qanuna əsasən o burada işəgötürən olduğu üçün iştirak edə bilməz, təsis protokoluna onun adının yazılması, Həmkarlar təşkilatının yaradılmasının Əmək Məcəlləsinin və Həmkarlar İttifaqlar haqqında Qanunun tələblərinin pozulması ilə əlaqədar təsis olmasına etirazı və bu protokola imza etməməyidir. ƏMM-nin işçilərin noyabr və dekabr ayaları üzrə əmək haqlarının vaxtında ödənilə bilməməsinə etiraz etməyidir. Cavabdehin vəzifəli şəxsləri ona işləmək imkanı verməyiblər, X17 Xidmətinin rəisi Vəli Quliyev, rəis müavini Orxan Hüseynzadə və digər vəzifəli şəxslər, onların kadrı olmadığı üçün onunla işləmək istəmədiklərini və öz xoşu ilə ərizə yazaraq işdən getməyi barədə təzyiqlər etmişlər. X5 İdarə Heyətinin sədri kimi normal fəaliyyət göstərməyi üçün, X17 Xidmətinin rəisi Vəli Quliyev ona işləmək üçün şərait yaratmadıqları halda, əksinə ona bu fəaliyyəti həyata keçirmək üçün mane olduqları halda ona yazılı Xəbərdarlıq etmələridir. Digər qanun pozuntuları ilə bərabər, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X17 Xidməti həm də onunla bağlanmış Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2- 1055/2023 saylı Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərini açıq aşkar pozmuşdur. Belə ki, zor işlədilərək və təzyiq altında yazdığı ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizəni nəzərə almadan, ona heç bir məlumat vermədən 25 dekabrda əmr imzalayaraq 30 dekabr tarixdən əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X17 Xidməti ona qarşı əmək münasibətlərində 25 iyun 1958-ci ildə X3rx ikinci Baş sessiyasında qəbul edilmiş Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyanın 1-ci maddəsinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən: Əmək müqaviləsinin ləğv-edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda X5 yarandığı müddətdə bu X9 və digər vəzifəli şəxslərin Əmək Məcəlləsinin tələbləri pozulmaqla müvəqqəti rəhbər təyin edilmələri və onlara qanunsuz ödənişlər, əlavələr, məzuniyyət pulu ödəməsi, ondan əvvəl X10 qəbul edilən işçilərini qanunsuz və əsassız olaraq DƏMX-də işlətmələri, X17 Xidmətinin rəisi Vəli Quliyevin yaratdığı süni maneələr nəticəsində Mərkəz işçilərinin əmək haqqı, əlavələr və digər ödənişlərin vaxtında ödənilməməsi, X17 Xidmətinin rəisi Vəli Quliyevin qanunsuzluğuna onun etirazı və fərdi qaydada təkbaşına tətil etməyi, onun iştirakı olmadığı halda X17 Xidmətinin tabeliyində X5 Həmkarlar təşkiltının yaradılmasının Əmək Məcəlləsinin və Həmkarlar İttifaqlar haqqında Qanunun tələblərinin pozulması ilə əlaqədar təsis olması və iştirak etmədiyi halda bu protokola onun adının yazılması, X17 Xidmətinin rəisi Vəli Quliyev, rəis müavini Orxan Hüseynzadə və digər vəzifəli şəxslər öz xoşu ilə ərizə yazaraq işdən getməyi barədə təzyiqlər etmişlər, işləmək üçün ona şərait yaratmadıqları halda, əksinə ona bu fəaliyyəti həyata keçirmək üçün mane olduqları halda əsassız olaraq ona yazılı Xəbərdarlıq edilmişdir, 27 Dekabr 2023-cü ildə Almaniyaya getmiş işçiyə və digərlərini işdə və Azərbaycanda olmadığı halda əmək haqqının yazılması və ödənilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan suiistifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar, onun əmək funksiyalarının və vəzifə səlahiyyətlərinin qanunsuz olaraq öz müavini Orxan Hüseynzadəyə (əmək haqqı, əlavələr və sair) verməsi və sair. məlumatlar göstərilir. Göstərilənləri əsas tutaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 265.4-cü maddəsində nəzərdə tutulan qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Rəisi Vəli Quliyevin əməllərində cinayətin əlamətləri olduğuna görə, onun barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17- 5/3-2-1026/2023 saylı Əmri əsassız və qanunsuzdur. Belə ki, Əmək münasibətlərində olduğu dövrdə və X17 Xidmətinin tabeliyində yaradılmış X5 İdarə Heyətinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1026/2023 saylı Əmri ilə Xidmətin tabeliyində yaradılmış X5 işçilərinə vəzifə maaşlarının təyin edilməsi, maaşlarına əlavələr edilməsi və digər səlahiyyətlər Xidmətin rəis müavini Orxan Hüseynzadəyə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1026/2023 saylı Əmri o əsasdan qanunsuzdur ki, həm X17 Xidmətinin Əsasnaməsinə, həm də X17 Xidmətinin tabeliyində yaradılmış X5 Nizamnaməsinə əsasən bu səlahiyyətlər X17 Xidmətinin tabeliyində yaradılmış X5 İdarə Heyətinin sədri kimi ona məxsusdur, bu səlahiyyətlərin ondan alınması əmrdə əsaslandırılmamış və nizamnamənin tələblərinə əsasən nazirliklə razılaşdırılmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və izahatında bildirdi ki, iddiaçı onunla bağlanmış Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-1055/2023 saylı əmrinin ləğv edilməsini; xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsini; Cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini; Əmək müqaviləsinin bir nüsxəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmət tərəfindən təqdim edilməsini; dəymiş ziyana görə 5000 manat maddi və 1 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Bildirmək istəyir ki, əvvəla mediatorun və ya mediasiya təşkilatının razılaşdırılması ilə bağlı tərəflər arasında hər hansı prosedur olmamışdır. Qeyd edir ki, mediasiya prosesinin tətbiqi barədə təklif onlara göndərilməmiş və bu təklifin onlara gəlib çatmasını təsdiq edən hər hansı sənəd iş materiallarında eləcə də elektron məhkəmə sistemində yoxdur. Mediatorun yol verdiyi digər qanunsuzluqlarla bağlı şikayət X17 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Tural Nəsirov tərəfindən Mediasiya Şurasına ünvanlanmışdır (əlavə edilir). Bundan əlavə iddiaçının tələbləri də əsassızdır və iddia müddəti ötürülərək verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının 1-ci tələbində göstərdiyi əmr işçiyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddia ərizəsini isə həmin gündən bir təqvim ayından da uzun müddət keçdikdən sonra, həmçinin mediasiya prosesi başlanılmadan vermişdir. Lakin iş üzrə Tərəflərdən birinin mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifinin cavabdehə çatmasını təsdiq edən sənəd yoxdur. Buradan aydın olur ki, mediasiya prosesi başlanmış sayıla bilməz. Bu səbəbdən də iddiaçı bir aylıq müddəti ötürmüş hesab edilməlidir. Eyni zamanda iddiaçı Mediasiya haqqında qanunun 28.1-ci bəndinin tələblərini də pozmuş hesab olunur. Digər iddia tələbləri ilə bağlı isə qeyd olunur ki, ilkin tələblə bağlı olduğundan, ilkin tələb əsassız olduğundan digər tələblərində təmin edilməsi əsassızdır. Dolayısı ilə iddiaçı birinci tələb üzrə iddia müddətini ötürdüyünə görə həmin birinci iddia tələbi təmin edilməməli və nəticədə digər iddia tələbləri də təmin edilməməlidir. Mənəvi ziyanla bağlı iddiaçının 1 manat məbləğində pul tələbi isə iddia ərizəsində əsaslandırılmadığından hesab edir ki, təmin edilməməlidir. Əlavə olaraq bildirir ki, iddiaçı iddiasında xx.xx.2023-cü il tarixli, 3-17- 5/3-2-1055/2023 saylı əmrin və xx.xx.2023-cü il tarixli əmrin işəgötürən tərəfindən imzalanmamasını, həmin əmrlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, ona təqdim edilən əmr imzasız şəkildə təqdim olunmasını, əmrlərdə hüquqi ünvanın və işə götürənin ata adı olmamasını əsas gətirmişdir. İlk növbədə qeyd edir ki, əmrlər “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 935 saylı, 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Təlimatın tələblərinə uyğun hazırlanmışdır. Həmin Təlimatın 25-ci bəndinin ikinci abzasında göstərilir ki, Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir (məsələn: Sədr (imza) (adı və soyadı). Həmçinin həmin təlimata 6 saylı əlavədə “Təşkilatın əmr blankının nümunəsi” göstərilmişdir. Həmin blanka baxdıqda dövlət orqanın hüquqi ünvanının göstərilməməsi əks olunur. Göründüyü kimi cavabdeh iddiaçının dediyinin əksinə əmrləri təlimata uyğun tərtib etmiş və iddiaçıya işin son günü yəni xx.xx.2023-cü il tarixində təqdim olunmuşdur. Əmrlərdə imzanın olmamasına gəldikdə həmin əmrlərin əsli bir nüxsədə olmaqla işəgötürən tərəfindən imzalanmış, iddiaçıya isə Xidmətin elektron sistemindən çap edilməklə “əsli ilə düzdür”, “İnsan resursları şöbəsi” nin möhürləri ilə təsdiq edilməklə təqdim olunmuşdur. Daha sonra iddiaçı iddia edir ki, işdən azad edilmə barədə ərizə verdiyi gündən bir gün sonra xx.xx.2023-cü il tarixdə əvvəlki gün verdiyi ərizənin etibarsız hesab edilməsi barədə ərizə cavabdehə təqdim etmiş, eyni zamanda elektron poçt vasitəsilə ərizənin surəti və mətni işəgötürənə göndərilmişdir. Bu məsələ ilə bağlı bildirir ki, hazırkı tələblə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, xx.xx.2023-cü il tarixli ərizə ümumilikdə cavabdeh təşkilata göndərilməmiş və xidmətə rəsmi olaraq daxil olmamışdır. Əgər göndərmişsə bu barədə xəbərnaməni təqdim etsin. Bundan əlavə elektron müraciətdə işə götürənə çatmamışdır. Həmin elektron müraciət çatmışsa belə hüquqi əsası yoxdur. Göründüyü kimi qanunvericilikdə işə götürənə xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəni geri götürə və ya etibarsız hesab etmək barədə işə götürənə yeni ərizə verə bilməsini göstərmişdir. İddiaçı isə işdən azad edilməsi barədə ərizə təqdim edən zaman xəbərdarlıq müddətini gözləmədən tutduğu vəzifədən azad edilməsini göstərmişdir. Yəni iddiaçı öz ərizəsi ilə xəbərdarlıq müddətini bitirmişdir. Belə olan halda cavabdeh onu haqlı olaraq işdən azad etmişdir. Bundan əlavə iddiaçı xx.xx.2023-cü il tarixli ərizəni təqdim etdiyini bildirsə də, belə bir ərizə rəsmi olaraq cavabdeh təşkilata daxil olmamışdır. Həmçinin elektron qaydada müraciət etdiyini bildirsə də yuxarıda qeyd olunan normanın tələblərindən göründüyü kimi o, ərizə ilə müraciət etməli, elektron qaydada müraciət etməməli idi. Ona görə də həm qanunvericilk baxımından həm də rəsmi olaraq iddiaçının ərizəsi işə götürənə daxil olmadığından cavabdeh belə bir əmri verməkdə haqlı olmuşdur. Bundan əlavə iddiaçı xx.xx.2023-cü il tarixli ərizəni ona edilmiş təzyiqlər nəticəsində yazdığını bildirsə də, bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, mülahizələrlə əsaslandırmışdır. Onu da qeyd edir ki, iddiaçı özü məhkəmə gedişatında dəfələrlə bildirmişdir ki, rəhbər vəzifələrdə çalışmış, akademik biliklərə sahib bir şəxsdir. Kifayət qədər elmə və biliyə sahib olmaqla iş təcrübəsinə malikdir. Belə bir şəxsə qarşı hər hansı bir təzyiqin edilməsinin özü belə absurd yanaşmadır. Bundan əlavə Əmək Məcəlləsində əmrin məcburi olaraq son iş günü verilməsi ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. Bu hüquq işə götürənə məxsusdur və 5 gün əvvəl verməsi heç bir halda qanun pozuntusu hesab edilə bilməz. Həmçinin əmrlər nazirliklə razılaşdırılmış, bu barədə məhkəməyə həm elektron çıxarışlar, həm də zəruri sənədlər təqdim edilmişdir. İddiaçının cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsinə münasibətdə bildirir ki, həmin əmrin mahiyyətindən də göründüyü kimi, İddiaçı Xidmətin tabeliyində olan X12 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini təxminən 3 aya yaxın müddətdə gecikdirmiş və ödənişləri həyata keçirmək istəməmişdir. Belə olan halda Xidmət tərəfindən xx.xx.2023-cü il tarixli teleqram göndərilərək zəruri təhvil-təslim işlərinin aparılmasını və işə çıxması xahiş edilmişdir. Belə ki, onun əsas iş yeri Mərkəz olmasına baxmayaraq məhkəmə iclasında bildirdiyi əlavə iş yeri olan ARDNŞ-də çalışmış, üzərinə düşən vəzifəsini yerinə yetirməmiş, işə belə çıxmamışdır. Belə olan halda cavabdeh məcburiyyət qarşısında xx.xx.2023-cü il tarixli əmri imzalanaraq onun səlahiyyətlərini Xidmətin digər əməkdaşına həvalə etmiş, bundan sonra işçilərin əmək haqqları ödənilmişdir. İddiaçının əmək müqaviləsinin sürətinin ona verilməməsinə münasibətdə qeyd olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən əmək müqaviləsinin iki nüxsədə tərtib edilməsi, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılması göstərilir. Həmin müqaviləni hər iki tərəf imza etməklə götürmüşlər. Müqavilə iddiaçı tərəfindən imzalanmış və müqavilə təqdim olunmuşdur. Belə olan halda müqavilə rəsmi olaraq iddiaçıya çatmışdır. Ona görə də məhz qeyd edilən hissədə də iddia təmin edilməməlidir. İddiaçının digər maddi və mənəvi digər tələblərinə münasibətdə bildirir ki, iddiaçı maddi və mənəvi ziyana dair hər hansı bir mötəbər sübut təqdim etməmiş, həmin tələblər yuxarıda sadalanan tələblərdən irəli gəldiyindən həmin tələblər də təmin edilməməlidir. Beləliklə, maddi ziyanla bağlı hər hansı bir sübut təqdim edilmədiyindən, mənəvi ziyanın nədən ibarət olmasını göstərilmədiyindən həmin tələblərində təmin edilməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, nümayəndə və Vəkil2 ilə oxşar məzmunlu izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin tabeliyində olan X15 publik hüquqi şəxsdə müvafiq vəzifəyə təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin tabeliyində olan X15 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 03 ay müddətinə bağlanmışdır. Müqavilənin 4.3.2-ci bəndinə əsasən iş saatı 09.30-da başlanır, saat 18.30-da qurtarır. Müqavilənin 10.2-ci bəndinə əsasən, bu əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-885/2023 nömrəli əmrindən müəyyən edilir ki, İddiaçı qarşılıqlı razılığına əsasən xx.xx.2023-cü il tarixindən 3 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin tabeliyində olan X15 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi və onunla bağlanmış əmək müqaviləsi olmuşdur. X17 Xidmətinin Daxili nəzarət şöbəsinin məsləhətçi-əmək müfəttişləri X7, X13 və X14 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, X15 publik hüquqi şəxsin İdarə Heyətinin sədri İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən müvafiq vəzifəyə təyin edilməsinə və həmin tarixdən etibarən də üz tanınma və barmaq izi aparatında qeydiyyatın aparılması ilə bağlı məlumatlandırılmasına baxmayaraq tərəfindən izlərin təqdim edilməsi təmin edilməmişdir. Bu səbəbdən 07, 13, 14 noyabr 2023-cü il tarixlərdə işə davamiyyətinə nəzarət etmək mümkün olmamışdır. X17 Xidmətinin Daxili nəzarət şöbəsinin müdiri X16, məsləhətçi-əmək müfəttişləri X7 və X13 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixində X15 publik hüquqi şəxsin İdarə Heyətinin sədri İddiaçı (mailto:racu.h.valiyev@sosial.gov.azElektron ünvan 1) elektron poçt ünvanına yazılaraq xx.xx.2023-cü il tarixində onun saat 09.48-də, yəni iş vaxtının başlamasından 18 dəqiqə gec Xidmətin Aparatının inzibati binasına daxil olmağı və 17.08-də yəni iş vaxtının bitməsindən 1 saat 22 dəqiqə tez aidiyyatı şəxsləri məlumatlandırmadan Xidmətin Aparatının inzibati binasını tərk etməyi ilə bağlı yazılı izahatı istənilsə də tərəfindən izahatın təqdim edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1001/2023 nömrəli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən əmək intizamında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin tabeliyində olan X15 publik hüquqi şəxsin İdarə Heyətinin sədri İddiaçı xəbərdarlıq edilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Daxili nəzarət şöbəsinin xidməti məruzəsi olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Maliyyə və İqtisadiyyat Şöbəsinin müdiri -baş mühasib Lamiyə Calalovanın Xidmətin rəisi Vəli Quliyevə ünvanladığı xidməti məruzədən müəyyən edilir ki, xidmətin tabeliyində olan X5 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsi vergi orqanlarında qanuni təmsilçinin dəyişməsi ilə bağlı yaranmış problemdən ödənilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq ilin sonu olduğunu nəzərə alaraq işçilərin vəzifə maaşlarının vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1026/2023 nömrəli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti haqqında Əsasnamə”nin 5.7.10-cu yarımbəndini rəhbər tutaraq xidmətin tabeliyində olan X5 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təmin edilməsi üçün səlahiyyət müvəqqəti olaraq Xidmətin rəis müavini X4 verilmişdir. Əmrin verilməsinə əsas Xidmətin Aparatının Maliyyə və İqtisadiyyat şöbəsinin 19 dekabr 2023-cü il tarixli 3-17-5/3-1-15262/2023 nömrəli xidməti məruzəsi olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin tabeliyində olan X15 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış 22 dekabr 2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, onu 1 ay xəbərdarlıq müddətini gözləmədən 30 dekabr 2023-cü il tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəisi Vəli Quliyevin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X22 ünvanladığı xidməti məruzədən müəyyən edilir ki, X17 Xidmətinin tabeliyində olan X15 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı öz arzusu ilə işdən azad edilməsi məsələsinə münasibət bildirməyi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 nömrəli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin tabeliyində “X15” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı xx.xx.2023-cü il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi, Nazirlik yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/3-1-15457/2023 nömrəli xidməti məruzəsi və İddiaçı xx.xx.2023-cü il tarixində bağlanmış müddətli əmək müqaviləsi olmuşdur. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə imzalanmış, xx.xx.2023-cü il tarixdə saat 09:37:26-da çap edilmişdir. AzəriExpress MMC-nin məlumatından müəyyən edilir ki, mediasiya təklifi X17 Xidmətinə çatdırılması üçün xx.xx.2024-cü il tarixdə saat 09.16-da çatdırılması üçün MMC-yə verilmiş MMC tərəfindən xx.xx.2024-cü il tarixdə saat 09.29-da təhvil verilmişdir. Azərbaycan Dövlət Neft Akademiyasının verdiyi A seriyalı 053373 nömrəli diplomdan müəyyən edilir ki, İddiaçı ADNA-nın Mədən işi-Neft və qaz quyularının qazılması ixtisasını xx.xx.2000-ci il tarixdə bitirmişdir. Azərbaycan Dövlət Neft Akademiyasının verdiyi MNA seriyalı 008824 nömrəli magistr diplomdan müəyyən edilir ki, İddiaçı ADNA-nın Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsinin Dənizdə neft və qaz quyulaırının qazılması ixtisası üzrə magistr dərəcəsi almışdır. X17 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan müəyyən edilir ki, zəruri təhvil-təslim işlərinin aparılmasını və işə çıxması xahiş edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında onunla X17 Xidmətinin rəisi vəzifəsini icra edən Orxan Hüseynzadə arasında bağlanmış xx.xx.2023-cü il tarixdə 03 ay müddətinə X17 Xidmətinin tabeliyində olan X15 publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə X17 Xidmətininin rəisinə ərizə ünvanlayaraq onu öz arzusu ilə 1 aylıq xəbərdarlıq müddətini gözləmədən xx.xx.2023-cü il tarixdən işdən azad etməyini xahiş etmişdir. X17 Xidmətininin xx.xx.2023cü il tarixli 3-17-5/3-2-1055/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsiişəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcələsinin 69-cü maddəsinin 4-cü bəndinə əsasən Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Cavabdeh tərəfindən iddia müddətinin keçməsi barədə ərizəyə münasibətdə məhkəmə hesab edir ki, iddia müddəti keçməmişdir. Belə ki, iddiaçı AzəriExpress MMC vasitəsilə xx.xx.2023-cü il tarixdə mediasiya təklifini cavabdehə göndərmişdir. Yəni cavabdeh 1 aylıq iddia müddətini ötürməmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hal-hazırda iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı DƏMX-yə 23 dekabr 2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində müraciət etdiyini, lakin bunu nəzərə almayaraq onun əmək müqaviləsinə xitam verildiyini iddia edir. Belə ki, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi ərizənin cavabdeh orqana çatmağını sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, onun tərəfindən, yəni Elektron ünvan 1 elektron poçt ünvanından mailto:narmin.bayramova@sosial.gov.azElektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş məktubun nə ilə bağlı olduğu aydın şəkildə görünmür. Həmçinin həmin məktubun göndərilən şəxsin cavabdeh qurumda hər hansı rəhbər vəzifədə çalışdığı və ya həmin quruma aiddiyyatı olub-olmadığı məlum deyildir. Belə ki, iddiaçı işəgötürənə (https://demx.gov.az/ ) deyil, mailto:narmin.bayramova@sosial.gov.azElektron ünvan 2 ünvanına məktub ünvanlamışdır ki, həmin məktubun da yazılma tarixi və çatdırılma tarixi müəyyən edilmir. İddiaçı Elektron ünvan 1 ünvanından xx.xx.2024-cü il tarixdə Vəli Quliyevə ünvanladığını qeyd etdiyi elektron məktuba qoşma kimi 3MB ölçüdə əlavə etdiyi sənədin ərizə olduğunu bildirsə də, məhkəmə araşdırması ilə həmin sənədin ərizə olduğu təsdiqini tapmadı. İddiaçı izahatında ərizəni yazdığını, şəklini telefonla şəkdiyini və qoşma kimi V.Quliyevə ünvanladığı bildmişdir. Göründüyü kimi, ərizə olmuş olsa belə, ərizənin əslinin işəgötürənə rəsmi təqdim edilməsi müəyyən edilmir. Belə ki, həmin məktubda 25 dekabr 2023-cü il tarixdə ərizənin əslinin veriləcəyi qeyd edilsə də, iş materiallarına belə bir əslinin işəgötürənə təqdim edilməsi sübuta yetmir. Belə ki, @sosial.gov.az qeyd olunan ərizəni rəsmi qaydada cavabdeh qurumda mübahisəli hal üzrə işəgötürənə ünvanlanmamışdır. Həmçinin iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində 1 aylıq xəbərdarlıq müddətini gözləmədən işdən çıxmağını xahiş etmişdir. Məhkəmə iddia tələbinin cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan əmrin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin əmrin qanunun tələblərinə əməl edilməklə qəbul edilmişdir. İddiaçı Xidmətin tabeliyində olan X12 işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini təxminən 3 aya yaxın müddətdə gecikdirmiş və ödənişləri həyata keçirmək istəməmişdir. Xidmət tərəfindən xx.xx.2023-cü il tarixli teleqram göndərilərək zəruri təhvil-təslim işlərinin aparılmasını və işə çıxması xahiş edilmişdir. Lakin İddiaçı işə gəlməmiş bu səbəbdən də cavadeh məcburiyyət qarşısında xx.xx.2023-cü il tarixli əmri imzalanaraq onun səlahiyyətlərini Xidmətin digər əməkdaşına həvalə etmiş, bundan sonra işçilərin əmək haqqları ödənilmişdir. İddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən (Nazirliklə razılaşdırılmaqla) yaranmış zərurətlə əlaqədar işçinin əmək müqaviləsi üzrə səlahiyyətlərini digər işçiyə həvalə etmişdir. Məhkəmə, iddia tələbinin “əmək müqaviləsinin iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən, bu əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. Göründüyü kimi imzalandığı gün əmək müqaviləsinin işçi və işəgötürən tərəfindən qəbul edilməsi anlaşılır. Bundan əlavə, məhkəmə hazırlıq iclasında cavabdeh tərəfindən əmək müqaviləsi işçiyə təkrarən təqdim edilmiş, yəni mübahisə həmin hissədə öz həllini tapmışdır. Belə olan halda iddia həmin hissədə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Belə olan halda işçi ilə əmək müqaviləsinə həmin tarixdən xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh qurum tərəfindən onun xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdən işdən çıxması ilə bağlı əmrin qanunsuz olmağı ilə bağlı qeyd olunur ki, Əmək Məcəlləsində əmrin məcburi olaraq son iş günü verilməsi ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. Bu hüquq işə götürənə məxsusdur və 5 gün əvvəl verməsi heç bir halda qanun pozuntusu hesab edilə bilməz. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçının digər maddi və mənəvi ziyan tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı maddi və mənəvi ziyana dair hər hansı bir mötəbər sübut təqdim etməmiş, yəni cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması sübuta yetirilməmişdir. Həmçinin həmin tələblər yuxarıda sadalanan tələblərdən irəli gəldiyindən həmin tələblərdə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17- 5/3-2-1055/2023 saylı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iş bərpa olunan günə qədər məcburi işəburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, əmək müqaviləsinin təqdim edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması və dəymiş ziyana görə 5000 manat və 1 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-5/3-2-1055/2023 saylı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, əmək müqaviləsinin təqdim edilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması və dəymiş ziyana görə 5000 manat və 1 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq öna ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2030/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2030/2024
23.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver