Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2034/2021 23.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşamal yaşayış massivi, X1, ev 20, mənzil 341, giriş 4 ünvanında yerləşən mənzilin ½ hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş əridir. Hazırda mülkiyyətində olan əmlak üzrə istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır və mənzildə yaşamağına mane olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bildirir ki, qeyd olunan əmlak çıxarış əsasəndə ona məxsusdur. Ona məxsus əmlakdan istifadə edə bilməməyi onun mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri ona qarşı dayandırılmalı və mülkiyyət hüquqları bərpa edilməlidir. Hazırda o, həmin mənzilə yerləşmək, oraya köçmək niyyətindədir. 2 övladı var və onlarla birlikdə yaşamaq üçün başqa yaşayış yerim yoxdur. Göstərilənlərə əsasən onun Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşamal yaşayış massivi, X1, ev 20, mənzil 341, giriş 4 ünvanında yerləşən ona məxsus mənzilə köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və eyni zamanda vəkili iddia ilə bağlı bildirmişdir ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş və hazırda onlar ayrı yaşayırlar. Mübahisəli mənzilin ½ hissəsinə iddiaçının, digər ½ hissəsinə isə cavabdehin mülkiyyət hüquqları tanınmışdır. İddiaçının ümumiyyətlə hazırki mənzilə köçərək yaşaması mümkün deyildir. Belə ki, tərəflər arasında olan nikahın pozulmasına da, elə bu mənzil üzrə mübahisə olmuşdur. Onlar tərəfindən iddiaçıya payı müqabilində pul təklif edilsə də, iddiaçı bundan imtina etmişdir. Cavabdehin də istəyi mənzilin hərraca çıxarılaraq satılmasıdır ki, iddiaçı buna da razı deyildir. Mənzil satılacağı təqdirdə tərəflər paylarına uyğun məbləğdə pul vəsaiti əldə edəcəklər. Lakin iddiaçının sırf niyyəti həmin mənzilə köçürülməsidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1705/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20, giriş 4-də yerləşən 341 saylı mənzil üzərində İddiaçı 1/2 və Cavabdeh 1/2 payları müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********57-05301-093208 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20 ünvanında yerləşən 341 nömrəli mənzil, giriş 4 xüsusi mülkiyyət kimi ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20 ünvanında yerləşən 341 nömrəli mənzilin (giriş 4) 1/2 hissə üzrə mülkiyyətçisi İddiaçıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1705/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20, giriş 4-də yerləşən 341 saylı mənzil üzərində İddiaçı 1/2 və Cavabdeh 1/2 payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********57-05301-093208 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20 ünvanında yerləşən 341 nömrəli mənzil, giriş 4 xüsusi mülkiyyət kimi ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil tərəflər arasında ½ hissəyə bölünməsinə baxmayaraq iddiaçı sözü gedən mənzilin özünə məxsus hissəsinə cavabdeh tərəfindən yaradılmış maneələrə görə köçə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20 ünvanında yerləşən 341 nömrəli mənzilə (4-cü giriş) köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20 ünvanında yerləşən 341 nömrəli mənzilə (4-cü giriş) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2034/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2034/2021
23.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver