Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2041/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi 01.10.1958-ci ildə Ermənistanın Amasiya rayonunun Balıqlı kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X7, ana qrafasında X3 göstərilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi həqiqətən də 01.10.1958-ci ildə Ermənistanın Amasiya rayonunun Balıqlı kəndində anadan olmuş, 1988-ci ildən qaçqın kimi Azərbaycana köçürülmüş və orada ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. O, pensiya almaq üçün müraciət edən zaman ona bildirmişlər ki, onun yaşı çatmır, beləki şəxsiyyət vəsiqəsində doğum tarixi 01.10.1958-ci il deyil səhvən xx.xx.1961-ci il yazılmışdır. Bu zaman ondan bunu təsdiq etmək üçün doğum haqqında şəhadətnamə istədilər, lakin doğum haqqında şəhadətnamə 1988-ci il tarixində qaçqın gələn zamandan itmişdir. Həmin doğum haqqında şəhadətnamənin kötüyündə Ermənistanda olduğu üçün alınması mümkün olmamışdır. Bu səbəbdən də o, doğum haqqında şəhadətnamənin bərpa edilərək alınması üçün aidiyyəti orqan olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Maraqlı şəxsnə müraciət etmişdir. Lakin maraqlı şəxs olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Maraqlı şəxs onun doğum haqqında şəhadətnaməsinin akt qeydlərinin olmasını müəyyən edən sənəd olmadığından doğum haqqında şəhadətnaməmin bərpa edilməsindən imtina etdilər və aidiyyəti üzrə məhkəməyə müraciət etməyini bildirdilər. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, bacısı, Ərizəçi 01.10.1958-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, Ərizəçi 01.10.1958ci ildə anadan olub. Lakin onun sənədində doğum tarixi yanlış olaraq qeyd edilib. 8 illik təhsil şəhadətnaməsində doğum tarixi 01.10.1958-ci il olaraq qeyd edilib. Attestat və diplom tarixlərinə baxdıqda da doğum tarixinin qeyd edilən vaxtdan hesablandığı görünür. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Səkkizillik Təhsil Haqqında Şəhadətnamədən gönünür ki, 1958-ci il təvəllüdlü Ərizəçi Ermənistan SSR Amasiya rayonu Balıqlı kənd səkkizillik məktəbində təhsil almış və 1973cü ildə həmin məktəbin səkkizillik dərs kurslarını bitirmişdir. AZ-İİİ 256215 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X5 28.01.1975-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. X1, anası X2r. 039748 saylı diplomundan görünür ki, Ərizəçi 1977-ci il tarixdə Kirovabad Dövlət Universitetinə daxil olmuş və 1982-ci il tarixdə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Yasamal Rayon Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün xahişin təmin edilməsi imkan xaricindədir. Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən Ərizəçi barəsində məlumat aşkar edilmədi. “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi xx.xx.1961-ci ildə Ermənistanın Amasiya rayonunda doğulduğu məlum olmuşdur. Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Ərizəçi xx xxxxxxx 1961-ci il tarixdə Ermənistanın Amasiya rayonun Balıqlı kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X7”, anasının adı qrafasında – “X3” göstərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsindən və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxxx 1961-ci il tarixdə Ermənistanın Amasiya rayonun Balıqlı kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi atasının adı qrafasında – “X7”, anasının adı qrafasında – “X3” göstərilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2041/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2041/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver