Məhkəmə qərarları › İş №2(004)-2048/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2048/2023

07.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2048/2023 07.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər X26 və X9 nümayəndəsi və vəkili Qanuni nümayəndə, Müstəqil tələb irəli sürən üçünçü şəxs X10 nümayəndəsi X7, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirak ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbi, müstəqil tələb irəli sürən üçünçü şəxslər X27 və X11 Cavabdeh2 qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “miras əmlakı üzrə vərəsə kimi tanınma və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, birotaqlı mənzili üzrə onun vərəsə kimi tanınması və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçünçü şəxslər X27 və X28 Cavabdeh2 qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onların X36 ölümündən sonra qalmış miras əmlaka vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilərək, vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, bir otaqlı mənzili üzrə müstəqil tələb irəli sürən üçünçü şəxslərin vərəsə kimi tanınması və onların paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər X27 və X11 nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək, İddiaçı anası Tamara Şalumovanın ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, birotaqlı mənzilə vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilərək, vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, miras əmlakı olan mənzil üzrə İddiaçı vərəsə kimi tanınması və onun payının müəyyən edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və anası X29 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv. metrdan ibarət olan, birotaqlı mənzil qalmışdır. xx.xx.2018-ci ildə X12 yoldaşı X34 rəhmətə getmişdir. Onun ölümündən sonra xx.xx.2021-ci il tarixdə onların oğlu X30, xx.xx.2022-ci il tarixdə isə digər oğlu X35 vəfat etmişdir. Hal-hazırda X12 ölümündən sonra onun bir uşağı - İddiaçı, yəni özü sağ qalmışdır. Hazırda da o, RF-nin Moskva şəhərində daimi olaraq yaşayır, Rusiya Federasiyasının vətəndaşıdır. Buna baxmayaq, bir il bundan qabaq vəfat etmiş X18 yoldaşı Cavabdeh2 və qızları X22, X13 X12 ölümündən sonra miras qalmış mənzilə vərəsəlik hüququna daxil olmuşlar. Bundan sonra X22 və X2ra düşən payları anası Cavabdeh2 bağışlamışlar. Bunun əsasında Cavabdeh2 miras qalmış mənzilə mülkiyyət hüququna daxil olmuşdur. Hazırda da mənzilin mülkiyyətçisidir. Cavabdeh2 vərəsəlik hüququna daxil olarkən mərhum X12 birbaşa varisini - oğlu İddiaçı Yaruhomoviçi gizlətmişdir. O, səhhəti ilə əlaqədar uzun müddətdir ki, Bakıya gələ bilmir. Lakin o, hesab edir ki, Cavabdeh2 və qızları Cəmilə Xananayeva, Zinaida Şalumova onu vərəsə kimi gizlədərək anasının əmlakı üzərində qanunsuz olaraq vərəsəlik hüququ əldə etmişlər. Bu barədə məlumatı AR ƏMDX-ti DƏDK və R-ri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən almışdır. Vəkilin sorğusuna xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktub ilə bildirmişlər ki, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 saylı mənzil X23 adi olan hissədə Bakı şəhəri 5 saylı DNK-nin 2V-39 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 3M-404 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bundan sonra Cavabdeh2 və qızlarının mübahisəli mənzilə vərəsəlik hüququna daxil olması ilə bağlı notariat işini tələb etmişdir. Notariat işindən görünür ki, onlar vərəsəlik hüququna daxil olarkən Tamara Şalumovanın sağ olan varisi İddiaçı gizlətmişlər. Müstəqil tələb irəli sürən üçünçü şəxslər ərizəsini onunla əsaslandırılmışdır ki, bir il bundan qabaq vəfat etmiş X18 yoldaşı Cavabdeh2 və qızları X22 və X13 X12 ölümündən sonra miras qalmış mənzilə vərəsəlik hüququna daxil olmuşlar. Bundan sonra X22 və X2ra düşən payı anası Cavabdeh2 bağışlamışlar. Cavabdeh2 vərəsəlik hüququna daxil olarkən, X12 birbaşa vərəsəsi İddiaçı Yaroxomoviçi gizlətmişdir. Bununla əlaqədar İddiaçı anası Tamara Şalumovanın ölümündən sonra miras qalmış mənzilə onun vərəsə kimi tanınması və ona payın müəyyən edilməsini xahiş etmişdir. Həmin əmlakı qəbul edərkən Cavabdeh2 digər vərəsələrin sayını gizlətmişdir. Belə ki, o, Tamara Şalumovanın mərhum oğlu Sergey Şalumovanın qızları Nərminə Ruvinovanı və Tamilla Şalumovanı gizlətmişdir. Hal-hazırda həmin mülki iş üzrə Nərminə Ruvinova və Tamilla Şalumova üçüncü şəxslər qismində daxil olmaq və nənəsi Tamara Şalumovadan miras qalmış ünvan 1 ünvanında yerləşən 15,0 kv.mdən ibarət olan 1 otaqlı mənzilə vərəsələr kimi tanınmaları və paylarının müəyyən olunmalarını istəyirlər. Nərminə Ruvinovanın və Tamilla Şalumovanın ataları Yaqub Şalumovanın və nənələri Tamara Şalumovanın ölümündən sonra hər hansı əmlakın olubolmaması barədə heç bir məlumat olmamışdır. X39 və nənəsi Şalumova Tamaranın Bakıda miras əmlaklarının olub-olmadığını öyrənmək üçün hüquqi yardım almaq məqsədilə vəkilə müraciət etmişlər. Daşınmaz əmlakın dövlət reyestrinin vəkilin sorğusuna verdiyi cavabdan məlum olub ki, Tamara Şalumova 2012-ci ildə vəfat etdikdən sonra onun adına mübahisəli mənzil qalmışdır. Eyni cavabdan məlum olub ki, Cavabdeh2 və qızları Sergey Şalumovun ölümündən sonra Şalumova Tamaranın əmlakına vərəsəlik hüququna daxil olmuşlar. Bundan sonra vəkil 5 saylı Notariat Ofisindən həmin vərəsəlik işini tələb etmişdir. Notariat işindən məlum olmuşdur ki, vərəsəlik hüququna daxil olarkən Cavabdeh2 və onun qızları Tamara Şalumovanın digər vərəsələrini gizlətmişlər. müstəqil tələb irəli sürən üçünçü şəxslər Rusiya Federasiyasının Moskva şəhərində daimi yaşayırlar. X36 və atası Yaqub Şalumovanın ölümündən sonra hər hansı daşınmaz əmlakın olub-olmaması barədə heç bir məlumat olmamışdır. X38 adına olan miras əmlakı barədə məlumatı yalnız vəkilin sorğusuna cavab aldıqdan sonra öyrənmişlər. Ona görə də, Nərminə Ruvinova və Tamilla Şalumova X36 ölümdən sonra vərəsəlik hüququna daxil olmaq üçün Qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşlər və bu müddət məhkəmə tərəfindən uzadılmalıdır. Hazırki məhkəmə iclasında iştirak edən İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər X27 və X11 nümayəndəsi və vəkili Qanuni nümayəndə izahatında hər iki iddianı müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh2 da qanunla müəyyən olunmuş müddəti buraxmışdır. O, yalnız Yaqubun ölümündən sonra notairat ofisinə müraciət edib. Yaqubun vəfat etməsini gözləyirmiş. Tamaranın ölümündən sonra 2021-ci ilin avqustunda Sergey vəfat edib. Onun ölümündən sonra Yaqub vəfat edib. Məhz Yaqubun ölümündən sonra Asya və onun qızları notariat ofisinə vərəsəliklə bağlı müraicət ediblər. Qarşı tərəf 5 il sonra müraciət edib. Çünki Yaqub mübahisəli miras qalmış mənzildə yaşamışdır və orda da vəfat etmişdir. Hazırki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçünçü şəxs X14 nümayəndəsi X19 izahat verərək bildirmişdir ki, mübahisələndirilən mənzil onun qaynanası Tamaranın mülkiyyətində idi. Lakin həmin mənzili və bir neçə mənzilləri onun mərhum həyat yoldaşı Şalumov Yaqub almışdır. Bütün qohumlar da o evin ona və onun qızlarına məxsus olduğunu bilirdi. Onun yoldaşı 2022-ci ildə Covid 19-dan elə həmin mənzildə vəfat etmişdir. Anası Tamara isə 2012-ci ildə vəfat etmişdir. Yoldaşının vəfatından istifadə edən Asya Nisanovna evin açarlarını götürüb və evi kirayəyə veribdir. Daha sonra isə evi mənimsəyib, öz adına keçirmişdir. Yaqubun ölümündən sonra 7 gün keçməmiş qarşı tərəf gedib müraciət edib. Cavabdeh2 yalan danışıb və notariusa müraciət etdiklərini onlardan gizlədib. İddiaçı notariusa müraciət etmədi, çünki may ayında bacısını itirib, sonra Şalumov Sergeyi sonra Şalumov Yaqubu. O fikirdə deyildi ki, tez gedib mirasla bağlı sənədləşmələr aparsın. Cavabdeh2 zəng etdi ki, get anamın sənədlərini gətir. Lakin Asya vermədi. Sonradan məlum oldu ki, həmin vaxt onlar artıq bakıda idilər, bütün sənədləri özləri ilə gətiribmişlər. Cavabdeh2 15 kv-da qeydiyyatda deyil. Həmin həyətdə 3 ev var idi və Asya 2-ci mərtəbədə qeydiyyatda idi. Sadəcə Asyanın bəxti gətirib ki, Sergey ilə Yaqubun ölümünün arasında 4 ay var. Ona görə elə hesab edirlir ki, Asya Sergeyin ölümündən sonra gedib müraciət edib. Amma Yaqubun 7-si olmamış, hamı 7-sində Moskvada olsa da, Asya qızları ilə Bakıda idi. Hazırki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahatında iddia tələbləri ilə razı olmadığını bildirdi. Eyni zamanda cavabhedin nümayəndəsi və vəkili məhkəməyə iddia ərizələrinə etiraz ilə də müraicət edərək bildirmişdir ki, İddiaçı, habelə X28 və X14 “vərəsəlik hüququnun tanınması barədə” iddia tələləri istərsə faktiki əsaslara görə, istərsə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından tamamilə əsassızdır. Belə ki, İddiaçı, habelə X31 və X14 “vərəsəlik hüququnun tanınması barədə” iddia tələlərindən göründüyü kimi iddiaların predmetini mirasqoyan X12 ölümündən sonra qalmış paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 saylı, 2 mərtəbəli binanın ikinci mərtəbəsindəki 15,0 kv. metrdən ibarət olan bir otaqlı yaşayış sahəsi təşkil edir. Beləliklə, mirasqoyan X15 və iş materialları ilə müəyyən olunur ki, sonuncu 09 mart 2012-ci il tarixdə ölmüşdür, yəni miras açılmışdır. İş materialları ilə müəyyən olunur ki, miras açıldığı vaxt Tamara Şalumovanın aşağıda göstərilən birinci növbədən olan vərəsələri olmuşdur: əri - X34; oğlu - X30; oğlu - X35 və oğlu - İddiaçı. İş materiallarında olan Bakı şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə X12 vərəsəsi olan əri X32 vərəsəlik şəhadətnaməsi verilmişdir. X40 mübahisəsi gedən mənzili rəsmiləşdirmədən xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 5 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, X24 bərabər miras əmlak rəsmi olmasa da, mübahisəli mənzildə öz ailə üzvləri (arvadı Asiya, qızları Cəmilə və Zinaida) ilə birlikdə yaşayan mirasqoyanın oğlu X30 tərəfindən də faktiki olaraq qəbul edilmişdir. Lakin iddia ərizələri və iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, X34 və oğlu X16 fərqli olaraq hal-hazırda iddia ilə məhkəməyə müraciət edən İddiaçı tərəfindən və ya X28, X14 atası olan X35 tərəfindən mirasqoyan Tamara Şalumova 09 mart 2012-ci il tarixdə öldükdən sonra mirasın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə ərizə verilməmiş və ya miras əmlak onlar tərəfindən faktiki olaraq qəbul edilməmişdir. Beləliklə, İddiaçı və X35 tərəfindən qanunvericikdə müəyyən edilmiş qaydada və müddətdə Tamara Şalumovadan qalmış miras əmlak qəbul edilməmişdir. Əksinə iş mateialları ilə müəyyən olunur ki, miras əmlak Tamara Şalumovanın vərəsələrindən yalnız əri X34 və oğlu X30 tərəfində qəbul edilmişdir. Nəzərə alsaq ki, X34 miras əmlakı qəbul etmişdir və onun Sergey, Yaqub və Ağababa adlı üç vərəsəsi vardır, Yaruxom Şalumov xx.xx.2018-ci il tarixdə öldükdən sonra onun əmlak payına miras açılmış olur. Lakin iş materialları ilə müəyyən olunur ki, əgər Yaruxom Şalumovun əmlakı ilə bağlı xx.xx.2018-ci il tarixdə miras açılmışdırsa, sonuncunun övladları olan Yaqub və Ağababa adlı iki vərəsəsi qanunvericikdə müəyyən edilmiş qaydada və müddətdə həmin mirası qəbul etməmişlər. Lakin miras əmlak olan mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayan mirasqoyanın oğlu X30 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Təsadüfi deyil ki, Bakı şəhəri 5 saylı Notariat Ofisi özünün xx.xx.2023-cü il tarixli məktubunda haqlı olaraq bildirmişdir ki, İddiaçı anası Tamara, atası Yaruxom öldükdən sonra mirası həm faktiki qəbul etməmiş, həm də mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Notariat orqanı da bu halı vərəsənin susması kimi qiymətləndirmişdir. Odur ki, İddiaçı, habelə X28 və X14 “vərəsəlik hüququnun tanınması barədə” iddia tələləri əsassızdır, bu səbəbdən iddianın təmin edilməsinin hüquqi əsası yoxdur. Eyni zamanda iddia ərizələrində iddiaçının və 3-cü şəxslərin irəli sürülmüş tələblərdən biri də, miras əmlaka vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilərək vərəsəlik hüququna daxil olma müddətinin uzadılmasıdır. Tələblər bu hissədə də qanunsuz və əsassız olduğu üçün təmin edilə bilməz. Əvvəla, yuxarıda göstərildiyi kimi baxmayaraq ki, mirasqoyan Tamara Şalumova xx.xx.2012-ci ildə ölmüşdür İddiaçı və 3-cü şəxslər X28, X27 iddia tələbi ilə bağlı məhkəməyə yalnız xx.xx.2023-cü ildə müraciət etmişlər ki, mirasın açıldığı vaxtdan 11 ildən çox vaxt keçmişdir. Əgər mirasqoyan X8, bu halda onun ölümündən 5 il 02 ay keçmişdir. Müddətin uzadılmasını tələb edən iddiaçı və 3-cü şəxlər “üzrlü səbəb” kimi onu göstərirlər ki, guya Tamara Şalumovanın ölümündən sonra hər hansı əmlakın olub-olmaması barədə heç bir məlumatları olmamışdır, Azərbaycanda yaşamamışlar, mirasın olub-olmadığını öyrənmək üçün hüquqi yardım almaq məqsədilə vəkilə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, miras olaraq Tamara Şalumovadan mənzil qalmışdır. Təbii ki, bu qondarma və absurd bir bəhanədir, müddətin uzadılması üçün üzrlü səbəb hesab oluna bilməz. Ona görə ki, mirasqoyan öldükdən sonra miras açılır, vərəsə əgər mirası qəbul etmək istəyirsə bu addımları 11 il keçdikdən sonra deyil, qanunvericilikdə müəyyən olunmuş müddətlər çərçivəsində etməlidir. Qanunu bilməməsi, Azərbaycanda yaşamaması onları nə məsuliyyətdən azad etmir, nə də onlara hər hansı güzəşti vermir. Qanun qarşısında hər kəs bərabərdir. Odur ki, sadalanan xüsusatlara əsasən iddia tələblərinin rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh Bakı şəhəri 5 saylı Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddialar əsassız olduğundan rədd edilməlidir. 2V-39 saylı vərəsəlik işində olan: xx.xx.2012-ci il tarixli, 2V-2-779 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi: əri - X20. Şəhadətnamə əsasında verilən miras əmlak "xxxx" ASC-də 89650 saylı hesabda olan əmanət və faizdən ibarətdir. AZ-İİ seriyalı, 219383 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X37 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. X-MЮ seriyalı, 725307 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X33 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür. V-ЮМ seriyalı, 843264 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1933-cü ildə Quba raronunda anadan olmuş X29 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür. Vİİ-ИK seriyalı, 557880 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1933-cü il təvəllüdlü X34 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür. Azərbaycan Respublikası DİN tərəfindən 2022-ci ilin fevral ayıda verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda arayışdan X22 və Şalumova (Xananyayeva) Cəmilə Sergeyevnanın da qeyd olunan ünvan 3 ünvanı üzrə qeydiyyatda olduqları görünür. X22 tərəfindən ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizədən görünür ki, ərizəçi xx.xx.2012-ci il tarixdə vəfat etmiş nənəsi X5mış mirasın tərkibinə daxil olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 64-də yerləşən yaşayış evindən (habelə digər əmlak hüquqlarından) ona çatası hissəyə dair qanun üzrə vərəslik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ondan başqa mirasçının gəlini Asya və nəvəsi Cəmilənin vərəsə olduğunu bildirmişdir. X13 tərəfindən ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizədən görünür ki, ərizəçi xx.xx.2012-ci il tarixdə vəfat etmiş nənəsi X5mış mirasın tərkibinə daxil olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 64-də yerləşən yaşayış evindən (habelə digər əmlak hüquqlarından) ona çatası hissəyə dair qanun üzrə vərəslik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ondan başqa mirasçının gəlini Asya və nəvəsi Zinaidanın vərəsə olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli, 2V-39 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X12 vərəsələri: xx.xx.2018-ci il tarixdə ölmüş vərəsə əri - X25 vərəsəsi; xx.xx.2021-ci il tarixdə ölmüş vərəsə oğlu X18 vərəsəsi: 1-ci ölmuş vərəsənin gəlini, 2-ci ölmüş vərəsənin arvadı - Cavabdeh2; 1-ci ölmuş vərəsənin nəvəsi, 2-ci ölmüş vərəsənin qızı - X13; 1-ci ölmuş vərəsənin nəvəsi, 2-ci ölmüş vərəsənin qızı - X22 miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən ölmüş X25 arvadı və ölmüş X18 anası - X21 məxsudur. Şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X12 adına verilmiş **********63-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 115.4 kv.m. olan mənzilin paylı mülkiyyət hüququ üzrə 2-ci mərtəbəsindəki 1 otaq (y/s-15,0 kv.m)-dan ibarətdir. Belə ki, 3M-404 saylı vərəsəlik işində olan: xx.xx.2022-ci il tarixli Miras payının bağışlanması müqaviləsindən görünür ki, X22 və X13 xx.xx.2022-ci il tarixli, 2V/39 reyestr nömrəli Bakı şəhəri 5 saylı Notariat Ofisinin Notariusu tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X17 miras qalmış əmlakdan hər birinə çatan 1/3 hissə paylarını anaları Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan: AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 saylı mənzil (3 otaqlı) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 180/23 nömrəli sərəncamına, Bakı şəhəri 5 saylı DNK-nın 3Ə-588 reyestr nömrəli, xx.xx.1995-ci il tarixli müqaviləsinə əsasən ilkin olaraq xx.xx.1995-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. ünvan 5 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 203 saylı cavab məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş miras qoyan X12 yeganə vərəsəsi əri X20 və ona "xxxx" ASCdəki əmanət və faizlərə dair xx.xx.2012-ci il tarixdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak, yəni S.Əskərova küçəsi 64-də yerləşən mənzili adına rəsmiləşdirmədən xx.xx.2018-ci il tarixdə X34 ölmüşdür. X34 və X1 Sergey Yaruxomoviç xx.xx.2021-ci ildə ölmüşdür. X18 aryadı Cavabdeh2 və qızları X13, X22 vərəsəliyin qəbuluna dair ərizə vermişlər. Vəfat etmiş, X17 miras qalmış S. Əsgərova küçəsi ev 64-də yerləşən mənzildə qeydiyyatda olduqlarına görə onlar faktiki mirası qəbul etmişlər. Bununla əlaqədar Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən irsi transmissiya qaydasında vərəsələrin hər birinə 1\3 hissədə miras paya vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verildikdən sonra xx.xx.2022-ci ildə Zinaida və Cəmilə öz vərəsəlik paylarını anaları Cavabdeh2 bağışlamışlar. Eyni zamanda İddiaçı anası Tamara, atası Yaruxom öləndən sonra mirası nə faktiki qəbul etmiş, nə də heç bir notariat ofisinə yazılı müraciət etməmişdir. Mülki Məcəllənin: 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, qanunverici mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Odur ki, məhkəmə hazırkı məqamda iddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəb(lər)dən ötürülüb-ötürülməməsi məsələsini araşdırarkən, bu xüsusatın hüquqi həlli ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübəsinə istinadı zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə qeyd edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər qanunla müəyyən edilmiş 3 ay ərzində mirası qəbul etməmişdir, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti üzürlü səbəblərdən ötürməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, buraxılmış müddət uzadıla bilməz. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, birotaqlı mənzili xx.xx.2012-ci il tarixdə vəfat etmiş X21 məxsus olmuşdur. Onun ölümündən sonra əri X34 və oğlu X6 üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X12 vərəsəsi kimi tanınmış, lakin əri xx.xx.2018-ci il tarixdə, oğlu isə xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquqlarını rəsmiləşdirə bilməmişlər. Hazırki mülki iş üzrə İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər X27 və X28 nə nənələri X12, nə də onun mirasçıları X34 və X18 ölümlərindən sonra mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduqlarını bəyan etməmişlər. Yalnız xx.xx.2022-ci il tarixdə ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli ev barəsində məlumat əldə etmişlər. İddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslər iddia ərizələrində daimi olaraq Rusiya Federasiyasının Moskva şəhərində yaşadıqlarını və X12 ölümündən sonra onun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakların olub-olmaması barədə məlumatsız olduqlarını və buna görə də miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmələrini qeyd etsələr də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdirlər. Əksinə, məhkəmə zalında tərəflərin vermiş olduqları izahatlardan görünür ki, iddiaçının və müstəqil tələb irəli sürən üçünçü şəxslərin miras əmlakı olan Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli evdən məlumatı olmuşdur. Xüsusilə müstəqil tələb irəli sürən üçünçü şəxs X14 nümayəndəsi X7 izahatı ilə iddia ərizəsinin məzmunu ziddiyyət təşkil edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçünçü şəxslərin vərəsəlik hüququna daxil olma müddətinin uzadılması barədə tələbləri əsassız olduğundan hər iki iddiaya münasibətdə qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbləri də rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddialar rədd edilməli olduğundan hazırki iddiaların qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları işdə iştirak edən tərəflərin özlərinə aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” barədə iddia tələbi rədd edilsin. Müstəqil tələb irəli sürən üçünçü şəxslər X27 və X11 Cavabdeh2 qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumları işdə iştirak edən tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar