Məhkəmə qərarları › İş №2(004)-2056/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2056/2022

26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2056/2022 26.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2012ci il tarixdə anadan olmuş X7 atasının 20.08.1974-cü il təvəllüdlü X17 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununua uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq körpə vaxtından Aygülün qayğısına qaldığını, Aygülün anası ilə Azərbaycana gəldikdən sonra bir müddət Azərbaycanda yaşadığını, daha sonra, Aygülün anasının maddi vəziyyətinin çətin olduğunu bildirərək uşağı burada qoyub Rusiyaya qayıtdığını, atası ilə Aygülün Azərbaycanda qaldığını, 2021-ci ilin yanvar ayında atası vəfat etdikdən sonra da Aygülün onun yanında yaşadığını və onun qeydinə qaldığını, Aygülün atasının onun X1 olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə şahid qismində ifadə verən X18 bildirmişdir ki, X21 həyat yoldaşı Ərizəçi qardaşı qızıdır. Abilova Aygül Natiq qızı uşaq vaxtından onun yoldaşının himayəsi və köməyi ilə böyüdülüb. X8 atası, yəni X17 işləmək üçün Rusiya Federasiyasına getmiş, orada X10 evində kirayə qalmışdır. Mirzəyev Natiqlə X10 münasibətindən X21 doğulmuşdur. Daha sonra Natiq X23 və qızı X21 ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışlar. X23 burada bir müddət yaşadıqdan sonra qərara gəlmişdir ki, Azərbaycan xalqının milli mentaliteti uşağın tərbiyə alması və böyüməsi üçün daha uyğundur və Abilova Aygül Natiq qızını himayəsində saxlamağa maddi cəhətdən imkanı çatmadığına görə X13 X6 və bacısı Ərizəçi himayəsinə verərək Rusiya Federasiyasına qayıtmışdır. 18.01.2021-ci il tarixində X17 vəfat etmişdir. X17 vəfat etdikdən sonra bu vaxta kimi yetkinlik yaşına çatmayan X21 onun həyat yoldaşı Ərizəçi himayəsindədir. İş üzrə şahid qismində ifadə verən X19 bildirmişdir ki Ərizəçi onun bacısıdır. X1 X4 Janna Yasarovna ilə qeyri-rəsmi münasibətlərdə olub. Bu qeyri-rəsmi münasibətlərdən X21 dünyaya gəlmişdir. X1 Rusiya Federasiyasında bir müddət yaşadıqdan sonra ailəsi ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Bir müddət Baki şəhərində yaşadıqdan sonra X23 Azərbaycan xalqının milli dəyərləri və milli mentalitetinin X8 böyüməsinə və tərbiyə almasına daha uyğun olduğunu qərara almış və X13 bacısı Ərizəçi və qardaşıı X6 öhdəliyinə buraxaraq özü Rusiya Federasiyasının Tümen vilayətinə qayıtmışdır. Lakin qardaşım Mirzəyev Natiq oğlu 18.01.2021-ci il tarixində dünyasın deyişmişdir və həmin tarixdən X21 bacım Ərizəçi himayəsindədir.İş üzrə şahid qismində ifadə verən X14 bildirmişdir ki, X23 Azərbaycan Respublikasında səfərda olarkən X13 özü ilə gətirmişdir. Bir müddət ötəndən sonra Abilova Aygül Natiq qızının anası X23, uşaqı saxlamağa maddi cəhətdən imkanı çatmadığına görə, uşağı Ərizəçi himayəsinə verərək, daimi yaşayış yerinə yəni Rusiya Federasiyasına qayıtmışdır. İş materiallarında olan İİЖГ № 481938 seriya nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, 20.08.1974-cü il təvəllüdlü X6 atası X14, anası isə X3r. İş materiallarında olan İİ АЗ № ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü X5 atası X14, anası isə X3r. İş materiallarında olan İİ-ФР №503721 seriya nömrəli doğum haqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, X24 28.09.2012-ci il tarixdə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuşdur. Anası Rusiya vətəndaşı X11. İş materiallarında olan AZ-İİ №143571 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X17 18.01.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 yanvar 2021-ci il tarixdə 68 № ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdam Rayonu İcra Hakimiyyətinin başçısının 02.07.2021-ci il tarixli 132 №-li sərəncamına əsasən müəyyən olunur ki, Ərizəçi 20 oktyabr 2012-ci il təvəllüdlü X15 qəyyum təyin edilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticələrinə dair 11.02.2022-ci il tarixli ******* saylı aayışdan görünür ki, 28 sentyabr 2012-ci il təvəllüdlü X12 2619/m nömrəli, 05 yanvar 2022-ci il tarixli müraciətinə baxılaraq, onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, onun 20.12.2012-ci il təvəllüdlü X7 atası olduğunu iddia etdiyi X17 18.01.2021ci il tarixdə vəfat etmişdir. Onun ölümü 28.01.2021-ci il tarixdə 68 saylı akt qeydi ilə Ağdam Rayonu Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Ana X23ya məxsus heç bir sənəd təqdim edilməmişdir. Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli,145 saylı nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi əsasında qeydə alınır. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda,habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərdən birinin,uşağın qəyyumunun (himayəçisinin),uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qətnaməsinə əsasən qeydə alır. İş materiallarında olan X23 tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 04.04.2022-ci il tarixli ərizədən görünürki, X23 28.09.2012-ci il təvəllüdlü qızı X12 atasının X17 olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, işdə olan fotoşəkillərə, X23 tərəfindən məhkəməyə ünvanlanmış ərizə və digər sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin 28 sentyabr 2012-ci il tarixdə anadan olmuş X7 atasının 20.08.1974-cü il təvəllüdlü X17 olması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına və şahid ifadələrinə, işdə olan fotoşəkillərə, X23 tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə və digər sübutlara əsasən müəyyən olunur ki, 28 sentyabr 2012-ci il tarixdə anadan olmuş X7 atası 20.08.1974-cü il təvəllüdlü X9r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339- 341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. 28 sentyabr 2012-ci il tarixdə anadan olmuş X7 atasının 20.08.1974-cü il təvəllüdlü X17 olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar