Məhkəmə qərarları › İş №2(004)-2057/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2057/2025

01.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2057/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 Hacıağa oğlu, Cavabdeh5 Hacıağa oğlu, Cavabdeh6 Əhliman qızı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Hacıağa oğluna, Cavabdeh5 Hacıağa oğluna, Cavabdeh6 Əhliman qızına, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Hacıağa oğluna, Cavabdeh5 Hacıağa oğluna, Cavabdeh6 Əhliman qızına, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilməsi; İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evindən (1/7 hissədə mülkiyyətində olan) onun istifadəsinə cavabdehlər tərəfindən qoyulan maneələrin aradan qaldırılması və bu barədə edilən qanunsuz hərəkətlərin onlara qadağan edilməsi, fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/7 hissədə paya uyğun olaraq naturada giriş - çıxıs qapısının ayrılması və cavabdehlərin hesabına ayrı qapıların qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdə X1na məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində dünyaya gəlmiş, anası X5 o, azyaşlı olanda ailəni tərk etdiyinə görə uzun müddət həmin fərdi yaşayış evində bibisi və atası ilə yaşamağa davam etmişdir. Hal-hazırda da həmin fərdi yaşayış evində qeydiyyatdadır, eyni zamanda həmin əmlaka dair mərhum atasından irli gələn hallarla transmissiya qaydasında “vərəsəlik hüququ” müəyyən edilmiş və 1/7 hissədə pay sahibi olaraq “mülkiyyətdən çıxarış” əldə etmişdir. X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən etibarən əmisi Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh6 Əhliman qızı atasının vəfatından istifadə edərək onu doğulub-böyüdüyü və qeydiyyatda olduğu və hazırda mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən zor gücünə çıxarmış, həmin evi onun razılığı olmadan başqa şəxslərə kirayəyə vermişdilər və hal-hazırda da onun həmin evə girişinə və oradan istifadəsinə qanunsuz şəkildə maneələr törətməkdədirlər. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın təmin edilməsi; İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evindən onun istifadəsinə cavabdehlər tərəfindən qoyulan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh4 Hacıağa oğlu, Cavabdeh5 Hacıağa oğlu, Cavabdeh6 Əhliman qızı və Cavabdeh3 iddia tələbini qəbul edərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1, (Yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, giriş 264) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdən Cavabdeh5 Hacıağa oğlunun adına 1/7 hissədə, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdən Cavabdeh2 adına 1/7 hissədə, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdən Cavabdeh4 adına 1/7 hissədə, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdən Mahmudova X13 adına 1/7 hissədə, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdən İddiaçı adına 1/7 hissədə qeydə alınmışdır. - Bakı şəhəri 19 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı, Cavabdeh2, Cavabdeh4 Hacıağa oğlu, Cavabdeh5 Hacıağa oğlu və Cavabdeh3dır və onların hər biri miras əmlakdan 1/7 irs almalıdır. Yerdə qalan 2/7 hissə açıq saxlanılır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin 10 iyul 2024-cü il tarixli məktubuna əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixdə mərhum İddiaçı Məhəmməd oğlunun adına qeydiyyata alınmışdır və hazırda adındadır. - Cavabdeh4 və Cavabdeh5 10 mart 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən iddiaçının iddia tələbinin tam təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/7 hissə üzrə mülkiyyətçisi İddiaçıdur. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı, Cavabdeh2, Cavabdeh4 Hacıağa oğlu, Cavabdeh5 Hacıağa oğlu və Cavabdeh3 miras əmlakdan 1/7 hissədə pay almışlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 134,5 kv.m., yaşayış sahəsi 134,5 kv.m. 7 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Eyni zamanda işin halları ilə iddiaçının köçürülməsini xahiş etdiyi fərdi yaşayış evi, məhz mərhum X3 məxsus olmuş və vərəsəlik üzrə 1/7 hissə üzrə Cavabdeh5 Hacıağa oğlu, 1/7 hissə üzrə Cavabdeh2, 1/7 hissə üzrə Cavabdeh4, 1/7 hissə üzrə Mahmudova X18 və 1/7 hissə üzrə İddiaçı məxsus hissələr olması müəyyən edilmişdir. Hal-hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evindən onun istifadəsinə cavabdehlər tərəfindən qoyulan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir, cavabdehlər iddia tələbini qəbul edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən qoyulan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar