Məhkəmə qərarları › İş №2(004)-2064/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2064/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2064/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-2018-ci illər müddətində Beyləqan rayonu ərazisində yerləşən N nömrəli hərbi hissədə hərbiçi yoldaşı kimi xidmət etmiş və aralarında dostluq münasibəti yaranmışdır. Cavabdeh bir neçə dəfə ondan borc pul almış və vaxtında borcunu qaytarmışdır. Bununlada cavabdeh onun etibarını qazanmışdır. Cavabdeh 2018-ci ildə ona kredit götürəcəyini deyərək ondan bankda zamin durmağını xahiş etmişdir. O, aralarında dostluq münasibəti və inam olduğuna görə Cavabdeh inanaraq ona zamin durmağına razılıq vermişdir. Cavabdeh ilə 24.11.201 8-ci il tarixdə "xxxx" ASC-nin 28 may filialına gedərək 26.11.2018-ci il tarixli, 112RGTK2503024AA nömrəli kredit müqaviləsinə əsasən 36 aylıq müddətinə 10862.87 (on min səkkiz yüz altmış iki manat səksən yeddi qəpik) manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsində zaminin öhdəlikləri ona başa salındıqdan sonra o, öz razılığı ilə zaminlik müqaviləsinə qol çəkmişdir. Cavabdeh cədvəl üzrə qeyd edilmiş aylıq kredit borcunu vaxtında ödəmişdir. Lakin 13.03.2020-ci il tarixdən başlayaraq kredit borcu bitənə qədər onun pensiya kartından müxtəlif məbləğlərdə zamin kredit borcuna görə ümumilikdə 1306 manat tutulmalar olmuşdur. Pulu göndərərkən Cavabdeh onun pensiya kartından kredit müqaviləsinə görə tutulan 1306 manat pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Lakin Cavabdeh vermiş olduğu sözü yerinə yetirmir, 1306 manat məbləğində pulu bu günə qədər qaytarmamışdır. Hər dəfə ona zəng edərək pulumu istədikdə cavabdeh ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 1306 (bir min üç yüz altı) manat məbləğində pulun, 34 (otuz dörd) manat ödədiyim dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu Yasamal rayon Polis İdarəsinin inzibati binası üzrə bildiriş göndərilmişdir (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmışdır). Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin 28 May filialı ilə Cavabdeh arasında bağlanmış 24.11.2018-ci il tarixli, 11RGTK2503024AA saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC-dən sonuncuya 37 ay müddətinə, illik 28 % olmaqla 10862.87 manat məbləğində kredit verilmişdir. "xxxx" ASCnin 28 May filialı ilə Cavabdeh və İddiaçı arasında bağlanmış Z-112RGTK2503024AA nömrəli, 24.11.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən, verilmiş kredit məbləğinin təminatı kimi İddiaçı ilə bank arasında zaminlik müqaviləsi imzalanmışdır. Zamin İddiaçı tərəfindən kredit müqaviləsi üzrə Cavabdeh hesabına 1306 manat məbləğində ödəniş həyata keçirilmişdir. Hal-hazırda Cavabdeh İddiaçı borcu 1306 manat təşkil edir. 22.04.2022-cİ il tarixli 1376 nömrəli araışa əsasən, İddiaçı 22.04.2022-ci il tarixinə "xxxx" ASC-nin 28 May filialından 24.11.2018-ci il tarixində zamin durduğu 112RGTK2503024AA nömrəli kredit üzrə zaminlik öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə hesab edir ki, işin halları ilə iddiaçı tərəfindən müvafiq kredit müqaviləsi ilə bağlı 1306 manat məbləğində pul vəsaitinin ödənilməsi müəyyən edildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1306 (bir min üç yüz altı) manat məbləğində pul vəsaiti tutulmalıldır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş üzrə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1306 (bir min üç yüz altı) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar