Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2075/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh2 MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 9400 manat (doqquz min dörd yüz manat) əsas borc və ödənilmiş 30,40 manat (otuz manat 40 qəpik) dövlət rüsumu olmaqla, cəmi 9430,40 manat pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin xx.xx.2020-ci il tarixə kimi direktor vəzifəsində işləmişdir. O, 2019-cu ilin dekabr ayından, 2020-ci ilin iyun ayına kimi, Cavabdeh1 un satmışdır. Hər dəfəsində ödənişlər tam olmadığından satılan unun ödənişindən qalıq borclar qalırdı və nəticə etibarı ilə Cavabdeh1 ona 9400 manat ödənilməmiş borcu yaranmışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC direktoru dəyişdirilərək, X1 olmuşdur. xx.xx.2020-ci il tarixdən un satışını dayandırdıqdan sonra unun satışından qalan 9400 manat Cavabdeh1 istəniləndə MMC-nin yeni direktoru Nəhmətov Fəxrəddindən tələb etməyini demişdir. Nəhmətov Fəxrəddindən un satışından qalıq ödənilməmiş pulunu tələb etdiyində müxtəlif bəhanələrlə yozaraq verməkdən imtina etmişdir. Bununla bağlı o, Bakı şəhəri Binəqədi rayon 29-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə, bundan başqa İddiaçı ona vurulmuş maddi ziyan tələbi mülki qanunvericilik əsasında təmin olunmalı olduğundan ona öhdəlikləri ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ərizə verərək, cavabdehin əsl Cavabdeh2 MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 cavabdehin əsl Cavabdeh2 MMC ilə əvəz edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iş üzrə İddiaçı oğlunun ərizəsinin tərəfin əsl tərəflə əvəz edilməsi barədə ərizəsi təmin edilməli, Cavabdeh1 Cavabdeh2 ilə əvəz edilməli və mülki iş ərazi aidiyyatı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi olmadığından mülki iş aidiyyətı üzrə baxılması üçün cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər; 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı oğlunun Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış vergi ödəyicilərinin məlumatından görünür ki, Cavabdeh2 MMC-nin hüquqi ünvanı ünvan 1 mənzil 4-dür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı oğlunun Cavabdeh2 MMC-nə qarşı pul tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsi təmin edilsin. Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilsin. İddiaçı oğlunun Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair 2(004)-2075/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2075/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2075/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver