Məhkəmə qərarları › İş №2(004)-2079/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2079/2024

03.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2079/2024 03.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X4 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qəyyumluğu altında olan nəvələri - xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X3 ataları xx.xx.1984-cü il tarixdə Qusar rayonunda anadan olmuş X5 01 yanvar 2018-ci ildə İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X12 2006-cı ildə X9 ilə ailə qurmuş və birgə nikahlarından iki övladları xx.xx.2007-ci il təvəllüdlü X23 və xx.xx.2010-cu il təvəllüdlü X24 doğulmuşdur. Oğlu İsa 2015-ci ildə naməlum səbəblərdən, həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə Türkiyə sərhədini keçərək İraq Respublikasına getmişlər. İraqda onların xx.xx.2017-ci il təvəllüdlü Daşdıyev Abdulhafız İsa oğlu adlı üçüncü övladları doğulmuşdur. 2017-ci ildə İraqın Təlafər şəhəri terror nəticəsində dağıdılmış və oğlu X12 vəfat etmişdir. Onun arvadı X9 əsir düşərgəsinə aparılmış və hal-hazırda orada saxlanılır. Oğlunun evliliyindən anadan olmuş övladları xx.xx.2007-ci il təvəllüdlü X23, xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X10 2020-ci ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda onunla birgə yaşayırlar. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 79 saylı Sərəncamı ilə o, X4 nəvələri xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X3 üzərində qəyum təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə oğlu, xx.xx.1984-cü il təvəllüdlü X5 01 yanvar 2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Bildirmişdir ki, oğlunun övladları - xx.xx.2007-ci il təvəllüdlü X23, xx.xx.2010-cu il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X10 onun qəyyumluğu altındadır və onların bütün maddi və mənəvi tələbatlarını o, qarşılayır. Lakin uşaqların maddi tələbatını qarşılaya bilmir. Hesab edir ki, qəyyumluğu altında olan- xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2010cu il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X3 ataları, oğlu X5 01 yanvar 2018-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi X4 ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, baxılan məsələ ilə bağlı maraqlarına toxunduğundan məhkəmə iclasında dindirilmiş X23 ifadəsində bildirmişdir ki, ərizəçi onun nənəsi və eyni zamanda qəyyumudur. O, nənəsi ilə birlikdə Yasamal rayonunda yaşayır. Atasını axırıncı dəfə 2017-ci il tarixdə yay aylarında Təlafər şəhərində görmüşdür. Onun ölüm xəbəri gəlmişdir, qonçular onun avtoqəzada dünyasını dəyişdiyni bildirmişdirlər . O , o zman uşaq idi ama təxmini yadına salir ki, onlar camaat ilə birlikdə atasını dəfn etmişlər. Bu barədə onlara heç bir sənəd verilməmişdir. Onları müharibə vaxdı düşərgədə yerləşdirdilər və daha sonra isə O, 2020-ci il tarixdə qardaşları ilə birlikdə konsulluq və diplomatik nümayəndələr vasitəsi ilə Bakı şəhərinə gətirilmişdirlər. Anası “Unesko”nun çadrlarında qalırdı sonra onun barədə məlumat ala bilmədilər. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs AZ-T №135601 saylı, 18 mart 2020-ci il tarixli doğum haqqında şəhatnəmənin surətinə əsasən X25 27 iyun 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası isə X6r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs AZ-İV №413963 saylı, 19 mart 2020-ci il tarixli doğum haqqında şəhatnəmənin surətinə əsasən X26 25 avqust 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası isə X6r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs AZ-İV №437229 saylı, 14 oktyabr 2020-ci il tarixli doğum haqqında şəhatnəmənin surətinə əsasən X11 18 fevral 2017-ci il tarixdə İraq Resublikasında anadan olmuşdur. X2, anası isə X6r. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 79 saylı, xx.xx.2020ci il tarixli sərəncamına əsasən xx.xx.2007-ci il təvəllüdlü X17, xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2017-ci il təvəllüdlü X7 nənələri X4 mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 28 fevral 1984-cü il tarixdə Qusar rayonunda anadan olmuş X8 01 yanvar 2018-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X13 2015-ci il tarixdə Bakı şəhərində yaşadığı evi tərk etmiş, ailəsi ilə birlikdə İraq Respublikasına getmiş, onun 18 fevral 2017ci il tarixdə İraq Respublikasında X11 anadan olmuş, bundan sonra onun barəsində hər hansı bir məlumat və xəbər olmamış, onun uşaqlarının dediyinə görə atalarının 18 avqust 2017-ci il tarixdə vəfat etməsi güman edilir, lakin bu barədə hər hansı bir sübutlar müəyyən olunmamışdır. İtkin düşmüş şəxsin uşaqları 27 iyun 2007-ci il təvəllüdlü X25, 25 avqust 2010-cu il təvəllüdlü X26 və 18 fevral 2017-ci il təvəllüdlü X11 Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Respublikasının İraq Respublikasında yerləşən səfirliyi vasitəsi ilə Azərbaycan Respublikasına gətirilərək nənələri Ərizəçi təhvil verilmişlər. Ərizəçi maddi imkanı yaxşı olmadığı üçün onun oğlu X8 itkin düşmüş hesab edilməsi barədə sənəd ərizəçiyə qəyyum olaraq valideyni itirmiş şəxs kimi verilən sosial müavinatın (maddi təzminatın) alınması üçün lazımdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X13 barəsində 18 avqust 2017-ci il tarixdən (son uşağının doğulduğu tarix) heç bir məlumat olmadığından, eləcə də onun axtarışı ilə bağlı görülmüş işlər nəticə verməyərək onun özünün tapılması və ya olduğu yerin müəyyənləşdirilməsi mümkün olmadığından, X8 xəbərsiz itkin düşmüş hesab edilməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 40.2-ci maddəsinə əsasən 01 yanvar 2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçinin oğlu X8 harada olması barədə beş ildən artıq müddət ərzində məlumat olmadığından ərizə təmin edilməli, 28 fevral 1984-cü il təvəllüdlü X8 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 312-316, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 fevral 1984-cü il təvəllüdlü X13 ölmüş elan edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar