Məhkəmə qərarları › İş №2(004)-208/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-208/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-208/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə və sonradan dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002ci il təvəllüdlü Ərizəçi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nümayəndəsi olduğu xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi həm valideynini itirmiş, həm də valideyn himayəsindən məhrum olmuş uşaqdır. Belə ki, onun X1 ilə anası X6 arasında xx.xx.2000-ci il tarixdə bağlanmış nikah Nizami rayon məhkəməsinin 2(007)-226/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş Ərizəçi atasının, digər uşağın isə anasının yanında qalması qərara alınmışdır. Qeyd edir ki, hələ nikah pozulmamışdan əvvəl Ərizəçi ana himayəsindən məhrum olmuşdur. Həmin vaxtdan indiyədək anası onun tərbiyə edilməsindən, hüquq və mənafelərinin müdafiəsindən imtina etmişdir. O, anasını sonuncu dəfə valideynlərinin nikahları pozulduğu zaman məhkəmədə görmüşdür. X1 xx.xx.2021-ci il tarixdə qaraciyər alkoqol mənşəli sirrozu səbəbilə ölmüşdür. Atasının ölümündən sonra o, ata babası və nənəsinin himayəsində yaşamağa davam etmişdir. Ərizəçi 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti X8 Akademiyasının “X13 edilməsi” ixtisası üzrə qəbul olub və 2023-cü ildə oranı bitirmişdir. Bu il isə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Təhsil ödənişlidir. Ərizəçi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilməsinə dair ərizə ilə Maraqlı şəxs Yetkinlik yaşına çatmayanların işləri və hüquqularının müdafiəsi üzrə komissiyasına müraciət etmişdi. Komissiyanın sədrinin xx.xx.2023-cii il tarixli məktubu ilə bildirilmişdir ki, qaldırdığı məsələ komissiyanın səlahiyyətləri xaricindədir. Bu səbəbdən də ərizəçi həmin ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-226/2018 saylı qətnaməsinə əsasən X5 ilə X6 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan Ərizəçi X1nun və X3 anası X4 yanında qalması qət edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X5 ilə X6 arasında bağlanmış nikahdan 2 övladı olmuş və həmin nikah Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-226/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən Ərizəçi X1nun və X7 anası X4 yanında qalması qət edilmişdir. Odur ki, müəyyən edilmişdir ki, 29 yanvar 2002-ci il təvəllüdlü Ərizəçi artıq yetkinlik yaşına çatmışdır. Həmçinin Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)- 226/2018 saylı qətnaməsinə əsasən Ərizəçi atasının qalsada, anası sağ olmuş və ana himayəsindən məhrum edilməmişdir. Eyni zamanda X1 vəfat etdikdə Ərizəçi artıq yetkinlik yaşına çatmışdı. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Maddə 5. Bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Maddə 8. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Qanunvericiliyinin tələblərinə əsasən valideyin öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından suiistifadə etdikdə, uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Ailə Məcəlləsinin 65.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi valideyinlərini itirmiş və valdeyn himayəsindən məhrum olmuş uşaq olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar