Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2091/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlak və ya onun dəyərinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlak və ya onun dəyərinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, imei kodu**********08697 olan “Realme 5” 3/64gb markalı mobil telefonun əvəzinə X1 şərtlərinə əsasən yeni eyni markalı və eyni texniki göstəricisi olan mobil telefonu bu mümkün olmadıqda isə həmin telefonun dəyəri olan 480 (dörd yüz səksən) manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" MMC ilə aralarında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə, imei kodu**********08697 “Realme 5” 3/64gb markalı mobil telefonu almışdır. Qısa müddət telefonu istifadə etdikdən sonra cihazda nasazlıq aşkar etmiş və xx.xx.2020-ci il tarixdə “Realme 5” 3/64gb markalı mobil telefonu X1 şərtlərinə əsasən “Link Servis”-in Neftçilər filialına təmir üçün verdi. 15 gün sonra “Link Servis”-in Neftçilər filialına yaxınlaşmış və həmin servisdən bildirdilər ki, mobil telefonun təmiri bitmədiyi üçün təhvil vermədiklərini bildirmişlər. Həmin günü telefonu təmirə verdiyi gündən 14 gün keçdiyi üçün X1 şərtlərinə görə onu yeni eyni markalı telefonla təmin etməli idilər. Mobil telefonu alarkən cavabdehlə aralarında müqavilənin ayrılmaz hissəsi olan Qızıl Zəmanət şərtləri və öhdəlikləri yaranmışdır. 20-25 gün sonra “Link Servis” tərəfindən ona SMS gəldi, onun mobil telefonu təmir olunmuşdur, yaxınlaşıb götürə bilərsiniz. Burdan açıq şəkildə görünür ki, cavabdeh üzərinə düşən öhdəlikdən boyun qaçıraraq ona yeni telefon verməkdən boyun qaçırmışdır. “Link Servis”-in təqdim etdiyi 101770 saylı talondan görünür ki, sözü gedən mobil telefon servis tərəfindən təhvil alınmışdır. Aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən aldığı mobil telefona görə cavabdehlə aralarında 480 (dörd yüz səksən) manat pul borcu yaranmışdır. Həmin borca görə cavabdeh Göyçay Rayon Məhkəməsinə borcun ödənilməsinə dair ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli 2(046)-894/2023 saylı iş üzrə 484 manat borcun və 30 manat dövlət rüsumunun ondan alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etmədiyini bildirdi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Əlavə olaraq bildirmişdir ki, servis mərkəzi ilə əlaqə saxlanılıb öyrənilmişdir ki, iddiaçının təqdim etdiyi telefon işlək vəziyyətdəri. Servis mərkəzinə yaxınlaşıb telefonu götürə bilər. "xxxx" MMC ilə İddiaçı (“Müştəri”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20340842 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC imei kodu**********08697 olan “Realme 5” 3/64gb markalı mobil telefonu alıcıya verməyi, alıcı isə alıcı isə ilkin ödənişsiz, 480 manat məbləğində pulu xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 40 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilə 5 il müddətinə qüvvədədir. xx.xx.2020-ci il tarilxi Qızıl zəmanət talonundan görünür ki, zəmanət dəyəri 60 manat olan “Realme 5” 3/64gb markalı mobil telefona görə 2 il zəmanət müddəti müəyyən edilmişdir. X1 1-ci bəndinə əsasən, bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq, ekranın sınması, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya edilir. 2-ci bəndinə əsasən məhsulun təmiri 14 gün ərzində həyata keçirilir. Məhsulun 14 gün ərzində təmiri yekunlaşmadığı halda yenisi ilə əvəz olunur və ya müştəriyə Kontakt Home mağazalarında istifadə etməsi üçün telefona ödənilən məbləğin 100 %-i həddində güzəşt imkanı təqdim edilir. xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən imei kodu**********08697 “Realme 5” 3/64gb markalı mobil telefonu adlı mal tam qüsursuz halda alıcıya təhvil verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-894/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 440 manat əsas borc, 44 manat cərimə borcu olmaqla, cəmi 484 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilmədi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(007)- 1374/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli ********** ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Link Servis” tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-dən aldığı “Realme 5” 3/64gb markalı mobil telefonu servis mərkəzinin operatoru Validə Şahverdiyevaya təhvil vermişdir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, hazırki iddiaçıya qarşı qarşı pul tələbinə dair iddiaları təmin edilmiş, hətta, sonradan apellyasiya şikayəti də verilmiş, lakin, hazırki iddiaçının şikayəti əsassız olduğundan təmin edilməmişdir. Sözügedən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işə əlavə edilmişdir. İddiaçının hazırki iddiasında qeyd etdiyi dəlillər apellyasiya şikayətində də eynilə göstərilmiş və həmin hissəyə qiymət verilmişdir. AR MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, iddiaçının hazırki tələbi müqavilədən irəli gələn (qızıl zəmanətdə göstərilən bəndə istinad olunan), daşınar əşya ilə bağlı tələbdir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Hazırki tələb üzrə 3 illik iddia müddəti də (2020-ci ilin iyul ayından vaxt hesablanır) ötürülmüşdür. Odur ki, yuxarıda qeyd edilənlərə, yəni iddia müddətinin ötürülməsini, həmçinin, daha öncə başqa məhkəmə mübahisəsi zamanı iddiaçının iddialarına qiymət verildiyini nəzərə alaraq, müddətin tətbiqi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edəsiniz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə tərəfindən müyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli nisyə alğı-satğı müqaviləsinə əsasən, iddiaçı “Realme 5” 3/64gb markalı mobil telefonu hər ay hissə-hissə ödəməklə nisyə almışdır. İddiaçı cihazda nasazlıq aşkar etmiş və təmir edilməsi üçün telefonu xx.xx.2020-ci il tarixdə X1 şərtlərinə əsasən “Link Servis”ə təhvil vermişdir. Lakin “Link Servis” telefonu zəmanət talonunda nəzərdə tutulmuş müddətdə təmir edib iddiaçıya verməmişdir. İddiaçının bildirməsinə görə, telefonu təmir üçün təhvil verdiyi gündən 14 gün sonra sersivlə maraqlanan zaman, ona mobil telefonun təmiri bitmədiyi bildirilmişdir, 20-25 gün sonra isə “Link Servis” tərəfindən ona mobil telefonun təmir olunması, servisə yaxınlaşıb götürməsi barədə sms gəlmişdir. Hazırda iddiaçı “Realme 5” 3/64gb markalı mobil telefonun əvəzinə X1 şərtlərinə əsasən yeni eyni markalı və eyni texniki göstəricisi olan mobil telefonu, bu mümkün olmadıqda isə həmin telefonun dəyəri olan 480 (dörd yüz səksən) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi tələb edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli müqaviləsinə üzrə X1 1-ci bəndinə əsasən, bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq, ekranın sınması, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya edilir. 2-ci bəndinə əsasən məhsulun təmiri 14 gün ərzində həyata keçirilir. Məhsulun 14 gün ərzində təmiri yekunlaşmadığı halda yenisi ilə əvəz olunur və ya müştəriyə Kontakt Home mağazalarında istifadə etməsi üçün telefona ödənilən məbləğin 100 %-i həddində güzəşt imkanı təqdim edilir. İddiaçı aldığı mobil telefonu zəmanət müddəti ərzində təmir olunması üçün servisə təhvil verdiyini sübut edir. Buna görə, cavabdeh "xxxx" MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Cavabdehin iddia müddətinin xx.xx.2024-cü il tarixli ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Göyçay Rayon Məhkəməsində iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılan zaman hazırki iş üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak etməmiş və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan ərizənin əlavə iddia müddətinin tətbiqi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən irəli gələn tələb üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC-dən “Realme 5” 3/64gb markalı mobil telefon, bu mümkün olmadığı təqdirdə həmin telefonun dəyəri olan 480 (dörd yüz səksən) manat məbləğində pul və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən “Realme 5” 3/64gb markalı mobil telefon, bu mümkün olmadığı təqdirdə həmin telefonun dəyəri olan 480 (dörd yüz səksən) manat məbləğində pul və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2091/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2091/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver