Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2102/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh “Hüquq və X13” X11 nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı cavabdeh “Hüquq və X13” X8rşı “müraciətə baxılmasının nəticəsinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Hüquq və X9” X8rşı “müraciətə baxılmasının nəticəsinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 dekabr 2023-cü il tarixli Ş(ƏFT)-HİHİ-2/2023 nömrəli müraciətə (şikayətə) baxılmasının nəticəsi qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı “iddia predmetinin dəyişdirilməsi barədə” ərizələ məhkəməyə müraciət edərək, 2(004)-2102/2024 nömrəli mülki iş üzrə, “14 dekabr 2023-cü il tarixli Ş (ƏFT- HİHİ) – 2/2023 nömrəli müraciətə (şikayətə) baxılmasının nəticəsinin qanunsuz hesab edilməsi” iddia tələbinin “14 dekabr 2023-cü il tarixli Ş (ƏFT- HİHİ) – 2/2023 nömrəli müraciətdə (şikayətə) baxılmasının nəticəsinin qanunsuz hesab edilərək ləğv edilməsi” iddia tələbi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən dəyişdirilməsinin nəzərə alınmasını xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 35-ci bəndində Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində təsbit olunan əmək hüquqlarının İnstutun Hüquqi tədqiqat şöbəsində hüquqi tədqiqatçısı – baş mütəxəssis vəzifəsində işləyən Şahid tərəfindən davamlı və sistematik olaraq pozulması səbəbindən həmin dövrdə işlədiyi təşkilatın rəhbəri X1 14 dekabr 2023-cü il tarixli Ş (ƏFT- HİHİ) – 2/2023 nömrəli şikayətlə (daxilolma nömrəsi : 199) yazılı formada müraciət etmişdir. Yazılı müraciətində Şahid tərəfindən ona yönəlmiş olan və sistematik şəkildə təkrarlanan qanunsuz əməllərinin (iş yoldaşının qanuni mənafelərini pozmasl) qarşısının alınması məqsədilə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsini, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci bəndində Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində nəzərdə tutulan əmək hüquqlarının təmin edilməsini, Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və “f” bəndləri ilə üzərinə düşən əsas vəzifələrə əməl edilməsinin tələb edilməsini və onu institutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən hansı şəraitdə və hansı formada “itələməyiylə” əlaqədar səsləndirdiyi iddialarla bağlı ixdməti araşdırmanın başlanılmasını xahiş etmişdir. 14 dekabr 2023-cü il tarixli şikayətini təşkilatın rəhbərinə yazılı formada təqdim etdikdən 8 gün sonra, yəni 22 dekabr 2023-cü il tarixində İnstitutun Hüquq və kadrlar şöbəsinə çağırılaraq, ona işgötürənlə başladığı 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023-cü il tarixində xitam veriləcəyi ilə əlaqədar 22 dekabr 2023-cü il tarixli 002/07-503 nömrəli xəbərdarlıq təqdim olunmuşdur. Bununla da pozulmuş olan əmək hüquqlarının təmin edilməsi məqsədilə X5 sədri X1 etdiyi yazılı müraciətə görə elə onun özü tərəfindən təqibə məruz qalaraq əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. 30 dekabr 2023-cü il tarixində İnstitutun Hüquq və kadrlar şöbəsinin müdirinin otağına dəvət olunaraq, ona 14 dekabr 2023-cü il tarixli Ş (ƏFT- HİHİ) – 2/2023 nömrəli şikayətinə baxılmasının nəticəsi ilə bağlı 30 dekabr 2023-cü il tarixli 002/07-517 nömrəli sənəd təqdim olunmuşdur. Həmin sənədin üçüncü abzasında “şikayətinizlə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şahid tərəfindən əmək hüquqlarının və qanuni mənafeyin qorunması ilə bağlı İnstitut rəhbərliyinə müraciət edilməsinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir” sözləri qeyd edilmişdir. 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin “b” bəndinə isitnad olaraq, “Hüquq və X9” X16n 26 dekabr 2023-cü il tarixli 220/K nömrəli “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri ilə xitam verilmişdir. İnstitut rəhbərliyi müraciətinə baxarkən, Şahid İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayandığı zaman onu hansı şəraitdə və hansı formada “itələməyiylə” bağlı səsləndirdiyi iddiaları həmin şəxsin 22 dekabr 2023-cü il tarixli yazılı izahatını nəzərə almasalar, faktiki olaraq araşdırmadan bu qənaətə gəlinib ki, “Şikayətinizlə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şahid tərəfindən əmək hüquqlarının və qanuni mənafeyin qorunması ilə bağlı İnstitut rəhbərliyinə müraciəy edilməsinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir”. İnstitut rəhbərliyi faktiki heç bir araşdırma aparmadan onun əmək hüquqlarının və qanuni mənafelərinin pozulmadığı, əksinə olaraq Şahid əmək hüquqlarının və qanuni mənafeyinin tərəfindən pozulması qənaətinə gəlmişdir. Halbuki İnstitut rəhbərliyi gəldiyi nəticə ilə baölı heç bir əsaslı dəlil və sübut gətirə bilməmişdir. Cavabdeh “Hüquq və X9”nun nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən "Hüquq və X9" X14 verilən şikayət üzrə faktların araşdırılması qanunauyğun həyata keçirilmişdir. İddiaçı cavabdeh "Hüquq və X9" X15 xx.xx.2023-cü il tarixli yazılı şikayət etmiş və şikayətində hüquq tədqiqatçısı - baş mütəxəssis Şahid 2023-cü ilin oktyabr ayında barəsində İnstitutun rəhbərliyinə əsassız şikayət etdiyini bildirmişdir. İddiaçı həmin şikayətdə Şahid İnstitutun 14 saylı otağının giriş qapısında dayanarkən, Şahid giriş qapısından çəkilməsini 3-4 saniyə gözlədiyini və onun otağın giriş qapısından çəkilmədiyini görüncə sol əlini onun çiyninə qoyaraq onu ehmalca kənara çəkdiyini bildirmişdir. İddiaçı şikayətində Şahid öz qanunsuz əməlləri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "ç" bəndində təsbit olunan əmək hüquqlarını davamlı şəkildə pozduğunu və Əmək Məcəlləsinin 10-cu maddəsinin "e" və "f" bəndləri ilə üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirmişdir. Bununla bağlı araşdırma aparılmış və araşdırma zamanı Şahid 22 dekabr 2023-cü il tarixində izahat verərək, İddiaçı ona və həmçinin digər iş yoldaşlarına qarşı normal münasibətinin olmamasını qeyd etmiş, İddiaçı özünün şikayətində onun iradəsinə zidd olaraq, ona heç nə demədən "sol əlimi onun çiyninə qoyaraq...kənara çəkmişəm" ifadəsinin absurd olmasını bildirərək, özünün onu görmədiyi halda, İddiaçı heç nə demədən saymazyana əli ilə itələyib keçməsini qeyri-etik hesab etmişdir. Şahid izahatında İddiaçı qeyri-etik davranışı ilə bağlı onun institut rəhbərliyinə müraciətinin İddiaçı sağlamlığına mənfi təsir etməsi barədə ərizəsində göstərilənlərin tam əsassız və böhtan xarakterli olduğunu bildirmişdir. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Şahid öz izahatlarında 14 saylı otağın qarşısında baş verənləri təsdiq etsələr də, onların məsələyə münasibətləri fərqli olmuşdur. Araşdırma zamanı tərəflər arasında mənfi münasibətin olması və onların bir-biri ilə danışmadıqları müəyyən edilmişdir. Lakin aralarında hər hansı bir münaqişə olmamış, əmək intizamı pozulmamış, iş yoldaşlarının əmək hüquqlarının və qanuni mənafelərinin və əmək qanunvericiliyinin tələblərinin pozulması baş verməmişdir. Şahid tərəfindən rəhbərliyə 14 saylı otağın giriş qapısının qarşısında dayanarkən baş verənlər barədə deyilənləri İddiaçı özü də şikayətində qeyd etmişdir ki, burada hər hansı böhtan mövcud deyildir. Şahid tərəfindən İnstitut rəhbərliyinə şifahi şəkildə iş yoldaşı tərəfindən əmək hüquqlarının pozulması barədə müraciət edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsinə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç" bəndinə əsasən, həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək əmək müqaviləsi üzrə İşçinin əsas hüquqlarına aid edilmişdir. Həmin hüquqlardan İddiaçı özü də istifadə edərək şikayət vermişdir. Aralarındakı mənfi münasibət nəticəsində nə Şahid, nə də ki, İddiaçı əmək münasibətlərindən irəli gələn hüquqlarına və yaxud əmək mənafelərinə zərər dəyməmişdir. Şəxsi zəmində İddiaçı yaranan mənfi əhval-ruhiyyə ilə onunla bağlanmış əmək müqaviləsində göstərilən əmək funksiyalarının hayata keçirilməsində heç bir səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının şikayət etdiyi əməkdaş dosent, hüquq üzrə fəlsəfə doktoru Şahid altı ildir İnstitutda çalışır və bu müddət ərzində onun barəsində digər işçilər tərəfindən şikayət daxil olmamışdır. İddiaçının şikayət etdiyi Şahid hərəkətlərində əmək qanunvericiliyinin pozuntusu, yaxud hüquqdan sui-istifadə halları müəyyən edilməmişdir. Bu səbəbdən, İddiaçı istəyinə baxmayaraq, obyektiv və hərtərəfli araşdırma nəticəsində Şahid intizam məsuliyyətinə cəlb edilməmiş və ona digər məsuliyyət növünün (şifahi və yaxud yazılı xəbərdarlıq) tətbiq edilməsi üçün əsaslar mövcud olmamışdır. Araşdırma zamanı İddiaçı şikayətində və Şahid izahatında göstərilənləri təsdiq edən şahidlərin olması barədə heç bir məlumat verməmişlər. Şahid iş yerində əmək intizamının pozulması və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozan halları sübut edən digər sübutlar müəyyən edilməmişdir. İddiaçı 1.M.Əliyev barəsində şikayətində göstərilən hallarla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsini zəruri edən amillər müəyyən edilməmişdir. Şahid Əmək Məcəlləsinin 10-cu maddəsi ilə əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinin pozulması hesab edilən hallara yol verməmişdir. Tərəflərin bir-birinə qarşı mənfi münasibətlərinin olması müəyyən edilsə də, lakin işçinin əsas vəzifələrinin pozulması hesab edilən hallara yol verilmədiyindən intizam tənbehinin verilməsi üçün əsaslar mövcud olmamışdır. Araşdırma zamanı da belə bir hal aşkar edilməmişdir. Nəticədə, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilmə üçün əsasların mövcud olmadığı qənaətinə gəlinmişdir. Xidməti araşdırmada qeyd edilənlər əsaslandırılmışdır. İddiaçı cavabdeh "Hüquq və X9" X15 ünvanladığı xx.xx.2023cü il tarixli yazılı müraciət əmək qanunvericiliyinə uyğun araşdırılmış və araşdırmanın nəticəsi barədə ona xx.xx.2023-cü il tarixli 002/07-517 nömrəli məktub təqdim edilmişdir. İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulduğunu göstərə bilməmiş, heç bir hüquqi əsası olmayan izahlar verməyə çalışmışdır. Əslində, iddiaçının iddia ərizəsində, eləcə də 14 dekabr 2023-cü il tarixli ərizəsində hüququnun pozulması deyil, Şahid qarşı mənfi münasibəti açıq-aydın ifadə edilmişdir. İddiaçı iddia ərizəsində 14 dekabr 2023-cü il tarixli Ş (ƏFT)-HİHİ-2/2023 nömrəli mütaciətə (şikayətə) baxılmasının nəticəsi barədə sənədin ikinci abzasında təhrif edilmiş məlumatın göstərildiyini bildirmişdir. Lakin təhrif edilmiş məlumatın nədən ibarət olduğunu heç özü belə, izah edə bilməmişdir. İddiaçı əsassız olaraq cavabdehlə onun arasında olan əmək münasibətlərinə xitam verilməsinə Şahidlə arasında yaşanan mənfi münasibət nəticəsində 14 dekabr 2023cü il tarixində rəhbərliyə ünvanladığı şikayətin səbəb olduğunu bildirmişdir. İddiaçıla "Hüquq və X9" X17 arasında 05 yanvar 2023-cü il tarixli Əmək müqaviləsi bağlanmış, bu müqavilə tərəflərin imzası (işəgötürənin möhürü) ilə təsdiq edilmiş və onun bir nüsxəsi işçidə, digər nüsxəsi işəgötürəndə saxlanılmışdır. Əmək müqaviləsi Əmək müqavilələrinin qeydə alınması kitabında 19 nömrə ilə qeydə alınmışdır. Əmək müqaviləsinin 2.1. bəndinə əsasən, Əmək müqaviləsi müddətli bağlanmışdır. Əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən, Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığı ilə 05 yanvar 2023- cü il tarixindən 30 dekabr 2023-cü il tarixinədək bağlanmışdır. 22 dekabr 2023-cü il tarixində İddiaçı 002/07-503 nömrəli müddətli Əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. X10 sədrinin 26 dekabr 2023-cü il tarixli 220/K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin qurtarması) onunla bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. Xidməti araşdırmanın qanunauyğun aparılmasına dair hüquqi əsaslandırma: Cavabdeh "Hüquq və X9" X17 tərəfindən İddiaçı şikayəti "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq 30 gün müddətində baxılmış və cavab məktubu İddiaçı təqdim etmişdir. İddiaçı şikayət etdiyi digər işçi Şahid hərəkətləri nəticəsində onun əmək hüquqlarına və mənafelərinə zərər dəyməsi ehtimalı cavabdeh "Hüquq və X9" X17 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun şəkildə araşdırılmış və nəticəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1-ci maddəsində İşəgötürənin işçini intizam məsuliyyətinə cəlb etməsi səlahiyyətinin hədləri və halları aşağıdakı kimi müəyyən olunmuşdur: İşəgötürən, işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Araşdırma zamanı Şahid barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsini zəruri edən amillər müəyyən edilməmişdir. Bu səbəbdən də ona intizam tənbehi verilməmişdir. Beləliklə, hesab edirik ki, İddiaçı cavabdeh "Hüquq və X9" X15 ünvanladığı xx.xx.2023-cü il tarixli Ş(ƏFT-HİHİ) 2/2023 nömrəli müraciəti (şikayəti) cavabdeh tərəfindən tam, hərtərəfli, obyektiv və qanunauyğun şəkildə araşdırılmış, nəticəsi barədə qanuni müddətlər çərçivəsində iddiaçıya məlumat verilmişdir. Odur ki, İddiaçı “Hüquq və X9" X12rşı "xx.xx.2023-cü il tarixli Ş(ƏFT-HİHİ)- 2/2023 nömrəli müraciətə (şikayətə) baxılmasının nəticəsinin qanunsuz hesab edilməsi"nə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Hüquq və X13” X11 nümayəndələri Nümayəndə və X3 məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, aralarındakı problem qeyrimüəyyən olan səbəblərdən ötrü yaranmışdır. Şəxs o, və iş yerindəki digər əməkdaşlarla ünsiyyətdə olayıb, onlarla danışmayıb. Bu vəziyyət yay və payız aylarına qədər onu narahat etməyib. O, öz işini görürmüş. Bağlı olduğu şöbənin müdirindən nə iş gördüyü haqqında məlumat alırmış. Sadəcə onu əlaqəndirən işlərdə məlumat alırmış. Bu vəziyyat avqust ayına qədər belə davam edib. Həmin vaxt iş yerində dəhlizdə gedərkən İddiaçı üzərinə tərəf gəldiyini görüb. O, kənara çəkilməyə məcbur olaraq, iddiaçıya yol vermişdir. O, da rəhbərliyə bunu bildirmişdir. Sentyabr ayında eyni dəhlizdə eyni hadisə yaşanmışdır. O, yenə iddiaçıya qarşı təmkinli davranmışdır. Oktyabr ayında isə onu, itəliyərək keçmişdir. Bu məsələ ilə bağlı yenə rəhbərliyə yaxınlaşmışdır. Rəhbərliyə İddiaçı ilə danışmaq istədiyini bildirmişdir. Həmin danışığın rəhbər şəxsin yanında baş tutmasını istədiyini qeyd etmişdir. İddiaçı həmin danışıq baş tutmadan əvvəl məzuniyyətə çıxmış və bu danışıq baş tutmamışdır. Həmin hadisədən vaxt keçdiyi üçün üzərinə getməmişdir. Dekabr ayında İddiaçı onun barəsində şikayət verdiyini öyrənmişdir. Bu məsələ ilə bağlı izahatı alınmışdır. Qarşı tərəfdən izahat alınıb-alınmaması ilə bağlı məlumatı yoxdur. Ona heç bir xəbərdarlıq olunmayıb. Yaranmış vəziyyətlə bağlı ona məlumat verilmişdir və o, da izahat vermişdir. Ehtiyac olduğu halda şahidlərində dindirilə biləcəyini də demişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Hüquq və X9” X16 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 1.2-ci bəndindən görünür ki, işçi “Hüquq və X9” X16 Hüquqi tədqiqat şöbəsi, hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul olunmuşdur. 2.2-ci bəndinə əsasən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. 2.4-cü bəndinə əsasən işci 05 yanvar 2023-cü il tarixindən işə başlayır. 22 dekabr 2023-cü il tarixli, 002/07-503 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə “Hüquq və X9” X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin müddəti 30 dekabr 2023-cü il tarixində bitir. Bununla əlaqədar olaraq, İddiaçı ilə bağlanmış əmək müqavaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 20ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023 tarixində xitam veriləcəkdir. “Hüquq və X9” X11 26 dekabr 2023-cü il tarixli, 220/K nömrəli əmrindən görünür ki, hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı (aparıcı mütəxsəssiz) İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 20ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023 tarixində xitam verilməsi əmr edilmişdir. İddiaçı şikayətlə müraciət edərək, bildirmişdir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində təsbit olunan əmək hüquqlarımın davamlı və sistematik olaraq Hüquq və X6 Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı - baş mütəxəssis vəzifəsində işləyən Şahid (bundan sonra Ə.İ.M.) tərəfindən pozulması səbəbindən yazılı şəkildə müraciət etmək məcburiyyətindədir. 13 dekabr 2023-cü il tarixində keçirilən qiymətləndirmə zamanı ona Ə.İ.M-in 2023-cü ilin oktyabr ayının sonlarında İnstitutun Hüquq və kadrlar şöbəsinin müdiri Nümayəndə yanına gedərək, barəsində əsassız fikirlər bildirməsi haqqında məlumat verilmişdir. Həmin məlumata görə guya ki, o Ə.İ.M-i İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən kobud şəkildə itələmişdir. Halbuki həmin vaxt Ə.İ.M. İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən, o, şəxsin giriş qapısından çəkilməyini 3-4 saniyə gözləmiş, Ə.İ.M-in otağın giriş qapısından çəkilmədiyini görüncə sol əlini çiyninə sivil formada qoyaraq onu ehmalca kənara çəkmişdir. Əslində Ə.İ.M-in onun otağa girmək istədiyini gördüyü halda belə otağın giriş qapısının qarşısında dayanması və oradan çəkilməməsinin yeganə məqsədi onu neqativ xarakterli hərəkətlərə təhrik etmək cəhdi idi. O, yaratdığı vəziyyətlə onu inzibati xəta və ya cinayət xarakterli əməllərə təhrik etmək istəyirmiş. Ümumiyyətlə, Ə.İ.M-in barəmdə Nümayəndə şər-böhtan xarakterli məlumat verməsinin birbaşa məqsədi onun tez bir zaman ərzində işdən azad edilməyinə, ən pis halda isə müddəti 30 dekabr 2023-cü il tarixində bitəcək əmək müqaviləsinin uzadılmamasına nail olmaqdır. Ə.İ.M-in barəmdə Nümayəndə şər-böhtan xarakterli məlumat verməsi ilə o, iş yerindəki işgüzar nüfuzuna xələl gətirməyə uğursuz cəhd etməklə yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və “f” bəndləri ilə üzərinə düşən əsas vəzifələri yerinə yetirməmişdir. Ümumiyyətlə, bu kimi neqativ hallar sağlamlığına mənfi təsir göstərməklə normal və sağlam əmək şəraitində işləməyinə maneə olur. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində nəzərdə tutulan əmək hüquqları davamlı şəkildə pozulur. İlk öncə onu bildirir ki, Ə.İ.M. ilə olan stabil münasibətləri onun İnstitutdakı işçilər arasında barəsində apardığı anti-reklam kampaniyası və diskreditasiya "siyasəti” nəticəsində korlanmışdır. Belə ki, Ə.İ.M. 2023-cü ilin yanvar ayından etibarən əsassız olaraq barəsində “xain”, “ona kürək söykəmək olmaz", "təhlükəli adam" və buna bənzər həqiqəti ifadə etməyən fikirlər söyləyərək qanuni mənafelərini pozmuşdur. Onun Həmin qanunsuz hərəkətləri iddiaçının kollektiv arasındakı işgüzar nüfuzunu birmənalı şəkildə ləkələməyə yönəlmişdir. Ə.İ.M-in barəmdəki qanunsuz hərəkətləri ona məlum olduqdan sonra onunla bütün münasibətləri kəsmişdir. Bundan hiddətlənən Ə.1İ.M. müəyyən şəxslər vasitəsi ilə onunla söhbət etmək istədiyini bildirmişdir. Bu səbəbdən Ə.İ.M. ilə 2023-cü ilin fevral ayında İnstitutun 9 saylı otağında söhbət edərkən ona münasibətlərinin daha əvvəlki kimi olmayacağını və barəmdə səsləndirdiyi fikirlərin şər-böhtandan başqa bir şey olmadığını bildirmişdir. Həmin söhbət zamanı Ə.İ.M-ə onun İslam dini pərdəsi altında gizlənərək (özünü ictimaiyyətə ibadət əhli kimi təqdim etməsi, addımbaşı İslam dinindən danışması, dini ayinlərin (namaz) icrasını ictimaiyyətin diqqətinə çatdırması və digər hallar), şeytani əməllərlə, yəni İslam dinində günah əməllərdən hesab edilən qeybətlə məşğul olduğunu diqqətinə çatdırmışdır. Təəssüflər olsun ki, Ə.M. İnstitutda qeybət, dedi-qodu və müxtəlif intriqalarla məşğul olmağı “işgüzar" həyatının başlıca amalına çevirmişdir. Ə.İ.M. bu yolla özünə işdə sərf etməyən və ya ona səbəbli-səbəbsiz "maneə" olan şəxsləri neytrallaşdırmağa çalışır. Buna dair digər faktlar yazılı şəkildə təqdim edəcəyim digər müraciətdə öz əksini tapacaqdır. Qeyd olunan qanunsuz əməlləri ilə mənim Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç" bəndində təsbit olunan əmək hüquqlarını davamlı şəkildə pozaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və “f” bəndləri ilə üzərinə düşən əsas vəzifələri yerinə yetirməmişdir. Odur ki, Ə.İ.M. tərəfindən ona yönəlmiş olan və sistematik şəkildə təkrarlanan qanunsuz əməllərinin (iş yoldaşının qanuni mənafelərini pozması) qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən biri görülməsi, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndində nəzərdə tutulan əmək hüquqlarının təmin edilməsi, Ə.İ.M-dən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” və "f" bəndləri ilə üzərinə düşən əsas vəzifələrə əməl etməsi tələb edilməsi, Ə.İ.M-i İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən hansı şəraitdə və hansı formada itələdiyi barəsində xidməti araşdırma aparılmasını xahiş etmişdir. “Hüquq və X9” X11 30 dekabr 2023-cü il tarixli “müraciətə baxılmasının nəticəsi barədə” məktubdan görünür ki, şikayətiylə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, Şahid tərəfindən əmək hüquqlarının və qanuni mənafeyin qorunması ilə bağlı İnstitut rəhbərliyinə müraciət edilməsinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir. İddiaçı “İş yoldaşlarının əmək hüquqlarının və qanuni mənafelərinin pozulması və əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi ilə bağlı” şikayətinin araşdırılması barədə xidməti araşdırmadan görünür ki, Hüquq və X6 Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - aparıcı mütəxəssis İddiaçı 14 dekabr 2023-cü il tarixində yazılı şikayət edərək, Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - baş mütəxəssis Şahid 2023-cü il oktyabr ayının sonlarında İnstitut rəhbərliyinə onun barəsində əsassız məlumatlar verdiyini bildirmişdir. İddiaçı bununla bağlı şikayətində bildirmişdir ki, guya Şahid İnstitutun 14 saylı otağının giriş qapısının qarşısında dayanarkən onu kobud şəkildə itələyıb. Həmin vaxt Şahid İnstitutun 14 saylı otağının giriş qapısında dayanarkən, onun giriş qapısından çəkilməsini 3-4 saniyə gözləmiş, lakin Şahid otağın giriş qapısından çəkilmədiyinı görüncə sol əlini onun çiyninə sivil formada qoyaraq ehmalca kənara çəkdiyini bildirmişdir. İddiaçı şikayətində Şahid otağın giriş qapısında dayanmasının məqsədinin onu neqativ xarakterli hərəkətə təhrik etmək olduğunu bildirmişdir. Onun məqsədinin 30 dekabr tarixində bitəcək əmək müqaviləsinin müddətinin uzadılmamasına nail olmaq olduğunu bildirmişdir. İddiaçı şikayətində Şahid öz qanunsuz əməlləri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "ç” bəndində təsbit olunan əmək hüquqlarını davamlı şəkildə pozaraq, Əmək Məcəlləsinin 10-cu maddəsinin "e" və "f" bəndləri ilə üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bildirmişdir. Şikayətlə bağlı araşdırma aparılmış, araşdırma zamanı Şahid izahat verərək, İddiaçı şikayəti ilə tanış olduğunu bildirərək, burada ona qarşı göstərilənlər əsassız olduğu üçün onları rədd etdiyini bildirmişdir. İzahatla İddiaçı 22 dekabr saat 12.30-da tanış edilmiş və tanış olması barədə qeyd yazaraq imzası ilə təsdiq etmişdir. M.Əliyev izahatında İddiaçı ona və digər iş yoldaşlarına qarşı mənfi munasibətının olmasını, şöbədə bir neçə nəfərlə danışmadığını, İnstitutun 1-cı mərtəbəsində uz- üzə gələrkən İddiaçı 2 dəfə onun üzərinə gələrək insident yaratmağa cəhd etdiyini görərək kənara çəkildiyini və insidentin qarşısını aldığını bildirmişdir. .M.Əliyev izahatında İddiaçı şikayətində özünün onun iradəsinə zidd olaraq, ona heç nə demədən “sol əlimi onun çiyninə qoyaraq... kənara çəkmişəm" fikrinin absurd olduğunu, insanın onu görmədiyi halda heç nə demədən saymazyana əli ilə itələyib keçməsinin qeyri-etik davranış olduğunu bildirmişdir. Bununla bağlı İnstitut rəhbərliyinə müraciət etməsi nəticəsində İddiaçı sağlamlığına mənfi təsir etməsi barədə şikayətində göstərdiyinin tam əsassız və böhtan xarakterli olmasını qeyd etmişdir. Şikayət araşdırılarkən tərəflərin izahatlarını təsdiq edən şahidlərin olub-olmaması Şahid və İddiaçı soruşulmuş, lakin şikayətdə və izahatda yazılanları təsdiq edən şahidlərin olması müəyyən edilməmişdir. Araşdırma zamanı İddiaçı və Şahid öz izahatlarında 14 saylı otağın qarşısında baş verənləri təsdiq etsələr də, məsələyə fərqli yanaşmaları olmuşdur. Lakin tərəflər arasında mənfi münasibətin olması nəticəsində hər hansı bir hadisə baş verməmiş, əmək intizamı pozulmamış, iş yoldaşlarının əmək hüquqlarının və qanuni mənafelərinin və əmək qanunvericiliyinin tələblərinin pozulması baş verməmişdir. Şahid 14 saylı otağın giriş qapısının qarşısında dayanarkən baş verənlər barədə rəhbərliyə məlumatını İddiaçı özü də bildirmişdir: o, Şahid İnstitutun 14 saylı otağının giriş qapısında dayanarkən, onun giriş qapısından çəkilməsini 3-4 saniyə gözləmiş, 1. Əliyevin otağın giriş qapısından çəkilmədiyini görünce sol əlini onun çiyninə sivil formada qoyaraq ehmalca kənara çəkdiyini bildirmişdir. Lakin, Şahid F Ələkbərovun onun iradəsinə zidd olaraq hərəkət etdiyini bildirmişdir. Şahid tərəfindən İnstitut rəhbərliyinə şifahi şəkildə iş yoldaşı tərəfindən əmək hüquqlarının pozulması barədə müraciət edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsinə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "ç" bəndinə əsasən, həyatının, sağlamlığının və əməyının mühafizəsını təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir. Həmin hüquqlardan İddiaçı özü də istifadə edərək şikayət vermişdir. Araşdırma zamanı nə Şahid, nə də İddiaçı barəsində şikayətdə göstərilən hallarla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsini zəruri edən amillər müəyyən edilməmişdir. İ.M. Əliyev Əmək Məcəlləsinin 10-cu maddəsi ilə əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinin pozulması hesab edilən hallara yol verməmişdir. Tərəflərin bir-birinə qarşı mənfi münasibətlərinin olması müəyyən edilmişdir, lakin işçinin əsas vəzifələrinin pozulması hesab edilən hallara yol verilmədiyindən intizam tənbehinin verilməsi üçün əsaslar movcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, İşəgötürən, işçi qüvvədə olan Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilə bilərlər. Göstərilənlərə əsaslanaraq, hesab edirik ki, Hüquq və X6 Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - aparıcı mütəxəssis İddiaçı 14 dekabr 2023-cü il tarixli şikayətində Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı - baş mütəxəssis Şahid intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar mövcud deyildir. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə görə İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 3-cü hissəsinə görə İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinin “k” bəndinə əsasən əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi fərdi əmək mübahisələrinin predmeti hesab edilir. Məhkəmə araaşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Şahid hərəkətləri nəticəsində onun əmək hüquqlarına və mənafelərinə zərər dəyməsi barədə şikayəti ilə əlaqədar cavabdeh - "Hüquq və X9" X17 tərəfindən araşdırılmış araşdırma zamanı Şahid barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş tədbirlərdən birinin görülməsini zəruri edən amillər müəyyən edilməmişdir. Bu səbəbdən də ona intizam tənbehi verilməmişdir. Məhkəmə iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh "Hüquq və X9" X14 ünvanladığı xx.xx.2023-cü il tarixli Ş(ƏFT-HİHİ) 2/2023 nömrəli müraciəti (şikayəti) cavabdeh tərəfindən tam, hərtərəfli, obyektiv və qanunauyğun şəkildə araşdırılmış, nəticəsi barədə qanunamüvafiq qaydada iddiaçıya məlumat verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Hüquq və X13” X8rşı “müraciətə baxılmasının nəticəsinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Hüquq və X13” X8rşı “müraciətə baxılmasının nəticəsinin qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2102/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2102/2024
27.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver