Məhkəmə qərarları › İş №2(004)-2103/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2103/2022

27.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2103/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, alqı-satqı müqaviləsi ilə sözügedən mübahisəli mənzili X9 qızından almışdır. Belə ki, həmin mənzil ona satılarkən həmin ünvanda qeydiyyatda olan Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizəsi ilə həmin mənzilin ona satılmasına eyni zamanda da həmin mənzil X1 mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Habelə Cavabdeh həmin mənzilə qeydiyyatının mənzilə köçürmə, istifadə hüququnun tanınması yaxud digər əsaslardan olmadığını və bununla bağlı məhkəmə aktının olmadığını qeyd etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4529/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmuş və iddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4529/2021 saylı, 07.02.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin iddiaçının şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi 2(103)-2378/2022 saylı, 04.03.2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayətini təmin etmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4529/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadını ləğv edilmiş və növbəti prossesual hərəkətlərin yerinə yetirilməsi üçün mülki işi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 25.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh X7 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46,7 kv.m olan mənzili İddiaçı satmışdır. İş materiallarında olan qeydiyyat tarixi 26.12.2019-cu il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46,7 kv.m olan mənzilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan 28.03.2019-cu il tarixli, **********110 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən Cavabdeh X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, ev 113 ünvanda yerləşən 8 saylı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan 21.12.2019-cu il tarixli, **********628 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən Şıxıyev X6 Pərvanə Rauf qızına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, ev 113 ünvanda yerləşən 8 saylı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)-2378/2022 saylı, 04.03.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddiaçı mənzili 25.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən deyil X2 almışdır. Cavabdeh Pərvanə Bağırovanın ailə üzvü və yaxud digər qohumu olması da işdən bəlli olmur. Cavabdeh mübahisəli mənzilə hansı əsasla qeydiyyata alınması da iş materiallarından görünmür. Demək sonuncunun mübahisəli mənzilə qeydiyyatının yalnız əvvəlki mülkiyyətçinin ərizəsi əsasında alınması da dəqiq deyil və bu barədə işdə heç bir sübut yoxdur. Bu hallar ona dəlalət edir ki, Cavabdeh həmin mənzilə qeydiyyatı başqa əsasla məsələn, məhkəmə aktına əsasən mənzilə köçürmə, istifadə hüququnun tanınması yaxud digər əsasla istifadə hüququnun yaranması ilə bağlı və s. baş vermiş ola bilər. Bundan əlavə yuxarı instansiya məhkəməsi sözügedən qərardadında göstərmişdir ki, məhkəmə hər bir halda cavabdehin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Bunun araşdırılması isə şübhəsiz ki, iddia ərizəsini icraata götürmədən mümkünsüzdür. Buna görə də Bakı Apellyasiya Məhkəməsi 2(103)-2378/2022 saylı , 04.03.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4529/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadını ləğv edərkən işə baxılması zamanı yuxarıda sadalanan halların araşdırılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Hazırda yuxarı instansiya məhkəməsi tərəfindən verilən göstərişləri yerinə yetirərək, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edib məhkəmə müəyyən etmişdir ki, Cavabdeh həmin mənzilə qeydiyyatı başqa əsasla məsələn, məhkəmə aktına əsasən mənzilə köçürmə, istifadə hüququnun tanınması yaxud digər əsasla istifadə hüququnun yaranması ilə bağlı və s. bağlı olmamışdır. Həmçinin məhkəmə araşdırılması zamanı bir daha təsdiq edilmişdir ki, Cavabdeh həmin mənzildə yaşamır. Beləliklə, məhkəmə yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən çəkişmə prinsipinə riayət etməklə, məhkəmə araşdırması zamanı bir daha müəyyən etmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yaşamır, məhkəmə aktına əsasən mənzilə köçürmə, istifadə hüququnun tanınması və yaxud digər əsasla məhz istifadə hüququnun yaranması ilə bağlı mənzilə qeydiyyata düşməmişdir. Bu da cavabdehin artıq həmin mənzil üzərində hər hansı əmlak hüquqlarının mövcud olmamasına dəlalət edir. Məhkəmə bir daha qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarında birmənalı göstərilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur... Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Cavabdehin ünvan 2 ünvanında yaşamaması və həmin mənzilə dair istifadə hüququnun olmaması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından hazırki iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməli, iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etməsi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar