Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2106/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsinə dair” mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 28.12.1967-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonu Qurudərə kəndində anadan olması, ata qrafasında “X4” milliyyəti “azərbaycanlı”, ana qrafasında “X3” milliyyəti “azərbaycanlı” yazılmaqla doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 28.12.1967-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonu Qurudərə kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayıram. Doğum haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyatda olduğu yer üzrə Maraqlı şəxsnə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən aidiyyəti üzrə Gədəbəy rayon qeydiyyat şöbəsinə məktub göndərilmişdir. Lak:n Gədəbəy rayon qeydiyyat şöbəsindən doğum haqqında akt qeydinin aşkar edilməməsi barədə arayış göndərilmişdir. Daha sonra Maraqlı şəxs tərəfindən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə sorğu göndərilmiş, orada da doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi üçün Maraqlı şəxs tərəfindən imtina verilərək məhkəməyə müraciət etməsii tövsiyə edilmişdir. Doğum haqqında şəhadətnamənin alınması bu gün və gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2, 308-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü və 14-cü bəndlərini nəzərə alaraq, müəyyən etmişdir ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş, Ağsu rayonu Kalva kənd XDS İK tərəfindən 12.08.1988-ci il tarixdə verilmiş nikah haqqında şəhadıtnamənin surətindən görünür ki, X2 ilə Qasımova (Nurməmmədova) Ofelya Hüseyn qızı arasında 12.08.1988-ci il tarixində nikah bağlanmışdır. Ərizəçinin doğum tarixi qrafasında “28.12.1967-ci il” qeyd edilmişdir. AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin doğum tarixi “XX.XX.1967-ci il” qeyd edilmişdir. Gədəbəy rayon qeydiyyat şöbəsinin 12.01.2022-cı il tarixli 05/69-16 saylı arayışının surətindən görünür ki, Qasımova (Nurməmmədova) Ofelya Hüseyn qızı barəsində Gədəbəy rayon Böyük Qaramurad kənd icra nümayəndəliyində və Gədəbəy rayon qeydiyyat şöbəsində dodum akt aevdi aşkar olunmamışdır. Arxiv məlumatları 01.01.1964 - 31.12.1970-ci illər üzrə doğum 01 01 1968-12.01.2022 ci illər bərpa akt qeydləri üzrə aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 09.02.2022-cı il tarixli 05/2-717/11 saylı məktubunun surətindən görünür ki, X1 doğumu haqqında akt qeydi 1964-1970-ci illər Gədəbəy rayon qeydiyyat şöbəsi, Böyük Qaramurad icra nümayəndəliyi üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs 16.02.2022-ci il tarixli, 05/Q- 5442/15 saylı sorğuya cavab məktubundan görünür ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün qeydıyyat şöbəsınə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ına əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfındən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün doğum akt qeydinin bərpa edilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki prosessual qanunvericiliyə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, ərizəçi haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə həmin fakt həm şahid ifadələri, həm də iş materialları ilə sübuta yetirildiyindən ərizə əsaslı olub təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 28.12.1967-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonu Qurudərə kəndində anadan olması, ata qrafasında “X4”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X3”, milliyyəti “azərbaycanlı” yazılmaqla doğum akt qeydi bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2106/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2106/2022
27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver