Məhkəmə qərarları › İş №2(004)-2120/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2120/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2120/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri İcra Hakimiyyətinin BT-nın məsələləri üzrə komissiyasının xx.xx.1995-ci il tarixli 16 saylı qərarı və xx.xx.1995-ci il tarixli 9419 saylı icarə müqaviləsi ilə Sumqayıt şəhəri Novxanı bağları massivində 0.10 hektar B-1095B saylı bağ sahəsinin həyat yoldaşı X5 və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-856B KOD 30800118 nömrəli şəhadətnamənin xx xxxxxxx 1969-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, o xx xxxxxxx 1969cu ildə anadan olmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 856 B, 30800118 kodlu şəhadətnaməyə əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin BT-nın məsələləri üzrə komissiyasının 03 iyul 1995-ci il tarixli 16 saylı qərarı və 04 iyul 1995-ci il tarixli 9419 saylı icarə müqaviləsi ilə 0,10 hektar Novxanı bağlar massivindəki B- 1095B saylı bağ sahəsi həyat yoldaşı X5 və onun şəhadətnamədən adları qeyd edilən ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Ərizəçi həmin şəhadətnamədə ikinci nömrə qarşısında Əliyar-zadə N.N kimi qeyd edilmişdir. Ərizəçi olaraq o, həmin torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, onun adı sənəddə Əliyarzadə N.N getmişdir. Göstərilən hallara görə torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3- 31/2-825/2023 nömrəli bildirişə əsasən JN-856b nömrəli şəhadətnamədə adları qeyd edilən mülkiyətçilər ilə müraciətə əlavə edilən şəxsiyyəti təsdiq edən sənədlər arasında uyğunsuzluq aşkar edildiyindən Novxanı bağlar massivindəki B- 1095B saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair kod 30800118, JN – 856B nömrəli şəhadətnaməyə əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin BT-nın məsələləri üzrə komissiyasının 03 iyul 1995-ci il tarixli 16 saylı qərarı və 04 iyul 1995-ci il tarixli 9419 saylı icarə müqaviləsinə əsasən Novxanı bağlar massivində yerləşən 0,10 ha B-1095b saylı (bağ) torpaq sahəsi X3 və ailə üzvləri Əliyar-zadə N.N, Əliyar-zadə Nazim Rahib oğlu, Əliyar-zadə Zərifə Səməd qızı, X6 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətinə əsəsən Əliyar-zadə Nigar Nazim qızı xx xxxxxxx 1969-cu ildə anadan olmuşdur. Atası Əliyar-zadə Nazim Rahib oğlu, anası Əliyar-zadə Zərifə Səməd qızıdır. İş materiallarında olan Bakı Musiqi Akademiyası tərəfindən verilmiş AB-İ 034408 saylı diplomun surətindən görünür ki, Əliyar-zadə Nigar Nazim qızı həmin Akademiyada fortepiano ixtisasını tam kurs üzrə bitirmişdir. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş Vİİ-JQ 443808 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Əliyar-zadə Nigar Nazim qızı 02 avqust 2001-ci ildə nikaha daxil olmuşlar və bu barədə 408 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlanandan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi anasıdır. Əliyar-zadə N.N anası Ərizəçidır. Novxanı bağlar massivindəki B- 1095B saylı bağ sahəsi atasına və siyahıda göstərilmiş ailə üzvlərinə məxsusdur. Əliyar-zadə Nazim Rahib oğlu babası, Əliyar-zadə Zərifə Səməd qızı nənəsi, X4 isə bacısıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Novxanı bağlar massivində yerləşən 0,10 ha B-1095b saylı (bağ) torpaq sahəsi ərizəçinin həyat yoldaşı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Lakin onun adı “Ərizəçi” olmasına baxmayaraq, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 2-ci sırada səhvən “Əliyar-zadə N.N” kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhəri İcra Hakimiyyətinin BT-nın məsələləri üzrə komissiyasının xx.xx.1995-ci il tarixli 16 saylı qərarı və xx.xx.1995-ci il tarixli 9419 saylı icarə müqaviləsi ilə Sumqayıt şəhəri Novxanı bağları massivində 0.10 hektar B-1095b saylı bağ (torpaq) sahəsinin X5 və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-856B KOD 30800118 nömrəli şəhadətnamənin xx xxxxxxx 1969-cu il təvəllüdlü Ərizəçi məxsus olması məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri İcra Hakimiyyətinin BT-nın məsələləri üzrə komissiyasının xx.xx.1995-ci il tarixli 16 saylı qərarı və xx.xx.1995-ci il tarixli 9419 saylı icarə müqaviləsi ilə Sumqayıt şəhəri Novxanı bağları massivində 0.10 hektar B-1095b saylı bağ (torpaq) sahəsinin X5 və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-856B KOD 30800118 nömrəli şəhadətnamənin xx xxxxxxx 1969-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar