Məhkəmə qərarları › İş №2(004)-2127/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2127/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2127/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun aylarında Cavabdeh ilə tanış olmuşdur. Tanışlıqları Cavabdeh Ağstafa rayonunda bir mərtəbəli yaşayış evinin satılması ilə əlaqədar yaranmışdır. Aralarındakı razılıq əsasında 30 000 manata həmin evi ona satmağına söz vermişdir. Lakin sənədlərin qaydasında olmadığına görə ilkin olaraq sənədləşdirmə işinə ondan 1000 manat pul almışdır. Söz vermişdir ki, iki həftə ərzində evin sözügedən sənədlərini qaydaya salandan sonra onunla rəsmi alqı satqı edəcəkdir. Cavadehə 1000 manat pulu onun yaşadığı ünvan 1 ünvanında cavabdehin qardaşı Məmməd adlı şəxs, anası Qənirə xanım və onun anasının iştirakı ilə vermişdir. Pulu verdiyi gündən 15 gün keçməsinə baxmayaraq cavabdeh nə evin sənədlərini düzəltmiş, nədə ki, pulu qaytarmamışdır. Cavabdeh tərəfindən aldadıldığını gördükdə faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə müraciət etmişdir. Lakin iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh 26cı Polis bölməsində ondan 1000 manat pulun alınmasını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o iddiaçıdan 1000 manat pul almış və artıq Ağstafa rayonunda yerləşən evin sənədlərini qaydasına salmışdır. O, evi satmağa razıdır, lakin iddiaçı hazırda evi almaqdan imtina edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şıxlı X1 RPİ 26-cı PB-də verdiyi izahatdan görünür ki, o, İddiaçı 1000 manat məbləğində pul aldığını etiraf edir. İş materiallarında olan Yasamal RPİ 26-cı PB tərəfindən İddiaçı ünvanlanmış arayışdan görünür ki, iddiaçıya müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olduğu və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, o cavabdehən 1000 manat pulu ona geri qaytarması, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh evin sənədlərini düzəltmək məqsədilə 1000 manat məbləğində pul verilmişdir. Cavabdehin də izahatından göründüyü kimi, o iddiaçıdan 1000 manat pul aldığını etiraf edir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar