Məhkəmə qərarları › İş №2(004)-2129/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2129/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2129/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 18.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 ABŞ dolları məbləğində pulun və 2500 manat məbləğində dəymiş maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 29.06.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, cavabdehdən ona məxsus 6 sot torpağından 2 sotunu 2006-cı ildə 5500 ABŞ dollarına almışdır, torpağın alğı-satqısını qanuniləşdirmək üçün Abşeron rayonunda yerləşən 1 saylı notariat kontorunda Cavabdeh öz xətti ilə notariat kontoruna ərizə yazaraq özünəməxsus 2 sot torpağını ona satdığını və həmin torpağa gələcəkdə heç bir iddiasının və tələbinin olmamasını yazdığı ərizədə göstərmiş və eyni zamanda həmin notariusda ona satdığı torpaqdan istifadə etməyi üçün 05.09.2006-ci ildə 5 il müddətinə etibarnamə vermişdir. O, həmin 5500 ABŞ dollarını ona verərkən onun həyat yoldaşı Müdafiə Nazirliyinin işçisi Rasim adlı bir şəxs və hal şahidi kimi X8 torpağın alğı-satqısında şahid kimi iştirak etmişlər. Lakin 2014-cü ildə Cavabdeh etibarnamənin vaxtı qurtardığı üçün yeni etibarnamə verməsini xahiş etdikdə o, etibarnamə verməkdən imtina edərək ona bildirmişdir ki, torpaq onundur, o, bu torpaqdan istifadə edə bilməz. Əlavə olaraq bildirir ki, həmin torpağın hamarlaşdırılması üçün xeyli vəsait xərcləmiş, torpağı daş ilə hörüb hasara almışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, mübahisəli torpaq sahəsi onun adına rəsmiləşdirilsə də iddiaçının baldızının torpağıdır. Bu səbəbdən həmin torpaq sahəsini iddiaçının istifadəsinə əvəzsiz olaraq vermişdir. Həmin torpaq sahəsi ilə bağlı ona pul verilməmişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan AR ƏN Dövlət Notariat Arxvinin 15.07.2021-ci il tarixli, 05/01-2783/11 nömrəli məktubuna əsasən Abşeron rayon 1 saylı dövlət notariat ofisində 05.09.2006-cı il tarixli razılıq ərizəsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış bağışlama (alğı-satqı) müqaviləsi notariat ofisi tərəfindən arxivə təhvil verilmiş, 2006-cı ilin sentyabr-dekabr aylarına dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavillərə baxış keçirilərkən İddiaçı ilə Əkbərli Ağalı qızı arsında bağlanmış bağışlama (alğı-satqı) müqaviləsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və notarial qaydada 05.09.2006-cı il tarixdə təsdiq edilmiş ərizəyə əsasən Cavabdeh AR Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 03.07.2006-cı il tarixli, 13/12 saylı qərarına əsasən ona ayrılmış ümumi sahəsi 600 m2 olan torpaq sahəsindən 0,02 ha hissəni satmış və satdığı torpaq sahəsində gələcəkdə tikiləcək evin satılmasına, bağışlanmasına və girov qoyulmasına heç bir iddiası olmayacağını bildirmişdir. İş materiallarında olan ƏN-İ 077267 nömrəli, 05.09.2006-cı il tarixli etibarnaməyə əsasən Cavabdeh AR Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 03.07.2006-cı il tarixli, 13/12 saylı qərarına əsasən ona ayrılmış ümumi sahəsi 600 m2 olan torpaq sahəsindən 0,02 ha hissəsi barədə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqvilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsinə dair adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 5 il müddətinə, 05.09.2011-ci ilədək qüvvədədir. İş materiallarında olan ekspert rəyində qeyd olunur ki, mülki Cavabdeh Ağlı qızının adından olan 05.09.2006-cı il tarixli 7E/17 8584 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ərizədə “İmza” sözü qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 28 ildir ki, iddiaçını tanıyır. İddaçı dedi ki, baldızının rəfiqəsinin torpağı var onu alacaq. Onlar əvvəl cavabdehgilə, oradan isə birlikdə torpağa baxmağa getmişlər. Sonra notariusa gedərək cavabdeh gələcəkdə heç bir iddiasının olmayacağı barədə ərizə yazmışdır. Bundan sonra ustalar gətirmiş, daş tökmüş və tikinti işlərinə başlayaraq 5 daş hörülmüş və həmin tikili dövlət orqanları tərəfindən sökülmüşdür. Söküntü halı 2 dəfə baş vermişdir. Suala cavab olaraq bildirir ki, pul verilməsinin şahidi olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, həmin ərazidə usta kimi işləmiş, tikinti aparmışdır, lakin həmin tikinti sökülmüşdür. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildimişdir ki, o, həmin torpaqda usta kimi işləmişdir. Sonra tikili Neft Şirkəti tərəfindən sökülmüşdür. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildimişdir ki, cavabdehlə dost olduqlarından birlikdə torpaq almışlar, İddiaçı yazığı gələrək 1 sot torpağı ona vermişdir. O, orada tikinti işləri aparmışdır. Torpaq əslində onun özünündür, lakin sənəd üzərində cavabdehin adına qeydiyyatdadır. İddiaçı cavabdehə pul ödəməmişdir. Sonradan Susanə haqqında pis xəbərlər eşitmiş və torpağı Susanəyə verməmişdir. İşin halları odur ki, iddiaçı torpaq sahəsinə görə ödədiyi 5500 ABŞ dolları məbləğində pul və 2500 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. İddiaçı məhkəməyə sübut qismində Cavabdeh tərəfindən yazılmış və notarial qaydada 05.09.2006-cı il tarixdə təsdiq edilmiş ərizəyə istinad edir. Məhkəmə qeyd edir ki, həmin ərizədə torpaq sahəsinin cavabdeh tərəfindən satılması qeyd olunsa da həmin ərizədə satış qiyməti ilə bağlı heç bir qeyd yoxdur. İddiaçı həmin torpağa görə 5500 ABŞ dolları məbləğində pul tələb etsə də məhz torpaq sahəsinə görə cavabdehə bu məbləğdə pul ödəməsinə və əlavə olaraq 2500 manat məbləğində zərərə məruz qalmasına dair sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin alğısatqı zamanı X5 şahid kimi iştirak etməsini qeyd etsə də X8 məhkəmə iclasında şahid olaraq verdiyi ifadəsində pul ödənilməsinin şahidi olmadığını bildirmişdir. 29 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı suala cavab olaraq bildirmişdir ki, 2006-cı ildə ona məlum oldu ki, o , həmin torpaq sahəsində tikinti apara bilməyəcək, çünki həmin torpaq dövlət torpağı idi. Bundan əlavə, ƏN-İ 077267 nömrəli, 05.09.2006-cı il tarixli etibarnamənin müddəti 2011-ci ildə bitmişdir. İddiaçı özü də iddia ərizəsində vurğulayır ki, 2014-cü ildə cavabdehə etibarnamənin müddətinin uzadılması ilə bağlı müraciət etmiş, lakin cavabdeh razı olmamışdır. Göründüyü kimi, iddiaçı hüququnun puzulduğunu bilmiş, lakin məhkəməyə 2021-ci ildə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh ərizədə olan imzanın onun tərəfindən icra olunmadığını bildirmiş və xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, imza cavabdehə məxsusdur. Ona görə də məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İdiaçı İddiaçı Cavabdeh qarşı Cavabdeh 5500 ABŞ dolları məbləğində pulun və 2500 manat məbləğində dəymiş maddi ziyanın alınıb ona verilməsi barədə iddiası təmin olunmasın. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 125 (yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar