Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2139/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi"nə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nəbiyeva Mavi XXX qızının doğum tarixinin xx.xx.2023-cü il, doğum yerinin Bakı şəhəri, ata və ananın naməlum olması göstərilməklə doğum faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda hazırda 1 X10ndə məskunlaşmış Nəbiyeva Mavi XXX qızı doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı məlum olmuşdur ki, sözügedən uşağın anası kimi özünü təqdim edən Maraqlı şəxs2 uşağı qayğı göstərməsi üçün dayəyə - X2 təhvil vermişdir. S.Məxmər xx.xx.2023-cü il təvəllüdlü uşağa bir müddət baxdıqdan sonra uşağın anası ilə əlaqə saxlamağa çalışsa da mümkün olmamış və xx.xx.2024-cü il tarixində uşağı Binəqədi RPİ-nin inspektoru və SXA-nın əməkdaşının iştirakı ilə müvəqqəti olaraq “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən uşaq sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024cü il tarixli 3-17-3/3-3- 297/2024 nömrəli Qərarı əsasında uşağın Sığınacaqdan Bakı şəhəri 1 X8 yerləşdirilməsi həyata keçirilmişdir. Uşağın valideynlərinin, yaxın qohumlarının tapılması istiqamətində köməklik göstərilməsi ilə bağlı 1 X10 tərəfindən 179 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhər Baş Polis idarəsinə müraciət olunmuşdur. Bakı şəhər Baş Polis idarəsinin 1 X8 ünvanladığı 46/2-49393 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubunda uşağın valideynlərinin, yaxın qohumlarının tapılmasının mümkün olmadığı, uşaqla bağlı heç bir müraciətin daxil olmadığı qeyd edilmişdir. Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli 3-17/2- 9789/2024 nömrəli məktubla Maraqlı şəxs1nə müraciət olunmuşdur. Maraqlı şəxs1 Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16- 5/8-10/3594/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onun övladlığa verilə bilən statusu almasının mümkün olmadığını, habelə aşağıda qeyd edilən müddəaları rəhbər tutaraq, uşağın doğum faktının müəyyən olunmasının zəruri olduğunu bildirir. Ərizəçi məhkəmə gedişatında tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Nəbiyeva Mavi XXX qızının doğum tarixinin xx.xx.2023-cü il, doğum yerinin Bakı şəhəri, atanın naməlum olması, ananın Maraqlı şəxs2 olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən Maraqlı şəxs2 izahat verərək bildirmişdir ki, Nəbiyeva Mavinin anasıdır. Uşaq xx.xx.2023-cü il tarixdə səhər saat 7:00-də Topçubaşov adına xəstəxanada anadan olmuşdur. Uşağın atasının adı Əbdülhəsəndir. Atası uşağın varlığından xəbərdar deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Maraqlı şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu ilə əlaqədar nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3-17-3/3-3-297/2024 saylı, xx.xx.2024-cü il tarixli “Valideyn himayəsindən məhrum olmuş uşağın müəssisəyə yerləşdirilməsinə dair” qərardan görünür ki, Valideyn himayəsindən məhrum olmuş şərti adı Mavi olan qız uşağı ünvan 3 ünvanında yerləşən 1 X8 yerləşdirilməsi qərara alınmışdır. 179 nömrəli, xx.xx.2024-cü il tarixli “Bakı şəhəri 1 X8 yerləşdirilmiş valideyn himayəsindən məhrum olmuş uşağın valideyinlərinin tapılıb-tapılmaması haqqında” məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 22 08 2024- cü il tarixli 3-17-3/3-3-297/2024 nömrəli Qərarına əsasən xx.xx.2023- cü il təvəllüdlü Nəbiyeva Mavi adlı qız uşağı xx.xx.2024- cü ildə müvəqqəti 1 X8 yerləşdirilmişdir. “ Azərbaycan Uşaqları” birliyinin Yerləşmə aktına əsasən, X1 dediynə görə ana X4 Nəbiyeva Mavini onun yanına müvəqqəti qoyaraq getmişdir. Uşağı götürmək üçün söz veriyi vaxtdan aylar keçməsinə baxmayaraq geri gəlməmişdir.Uşağın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti olaraq ” Azərbaycan Uşaqları" İctimai Birliyinə yerləşdirilmişdir. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 28 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31 10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçüm doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Doğum haqqında tibbi şəhadətnamələr təqdim edilmədiyi üçun doğumun qeydiyyata alınması imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən uşağın anası kimi özünü təqdim edən Maraqlı şəxs2 uşağı qayğı göstərməsi üçün dayəyə - X2 təhvil vermişdir. S.Məxmər xx.xx.2023-cü il təvəllüdlü uşağa bir müddət baxdıqdan sonra uşağın anası ilə əlaqə saxlamağa çalışsa da mümkün olmamış və xx.xx.2024-cü il tarixində uşağı Binəqədi RPİ-nin inspektoru və SXA-nın əməkdaşının iştirakı ilə müvəqqəti olaraq “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən uşaq sığınacağı- Reinteqrasiya Mərkəzinə yerləşdirmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024cü il tarixli 3-17-3/3-3- 297/2024 nömrəli Qərarı əsasında uşağın Sığınacaqdan Bakı şəhəri 1 X8 yerləşdirilməsi həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.2023-cü il, doğulduğu yer - “Bakı şəhəri”, ana qrafasında “Maraqlı şəxs2”, ata qrafasında “Əbdülhəsən” qeyd edilməklə məlumatlar göstərilməli, qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsaslanmalıdır. Qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.2023-cü il, doğulduğu yer - “Bakı şəhəri”, ana qrafasında “Maraqlı şəxs2”, ata qrafasında “Əbdülhəsən” qeyd edilməklə məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2139/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2139/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver