Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-214/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK-nın müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh”MMC ilə onun arasında bağlanmış 20 iyul 2022-ci il tarixli ortaqlıq müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivini, Q.Əhmədov küçəsində CavabdehMMC-nə məxsus 1,2 hektar ərazisi olan torpaq sahəsində və inşa edilmiş tikilidə iddiaçıya məxsus 25% payın naturada ayrılaraq verilməsinə dair; Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 20 iyul 2022-ci il tarixli ortaqlıq müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh bağladılğı 20 iyul 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1ndə "xxxx" MMC-nin inşası yarımçıq qalan 1,2 hektar ərazisi olan torpaq sahəsində (“A”, “B” və “C” bloku üzrə) 3(üç) bloklu yüksək mərtəbəli yaşayış binasının tikintisini davam etdirilməsindən ötrü birgə ortaqlıq müqaviləsinə əsasən "xxxx" MMC-nə tərəfimdən 459975 (dörd yüz əlli doqquz min doqquz yüz yetmiş beş min)manat vəsait ödənilmişdir. Müqaviləyə əsasən tikilinin 25% payı iddiaçıya məxsusdur. "xxxx" MMC tərəfindən müqaviləyə imza edən X5 cəmiyyətin təsisçisi və direktoru olmuşdur. ünvan 1 ünvanında Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 104 saylı sərəncamı üzrə ayrılmış 1,2 ha torpaq sahəsi Cavabdeh MMC-nə məxsusdur. Belə ki, X5 24 iyun 2022-ci il tarixində təsis payınınalqısatqı əsasında Cavabdeh MMC-nin nizamnamə kapitalında 100% paya sahib olmuşdur. Bundan sonra müvafiq olaraq Cavabdeh MMC-də məndə 25% paya sahib olmaq şərti ilə 20 iyul 2022-ci il tarixli ortaqlıq müqaviləsi də bağlayaraq tərəfindən Cavabdeh MMC-nə 459975 (dörd yüz əlltini doqquz min doqquz yüz yetmiş beş min)manat vəsait ödənilmişdir. Həmçinin əlavə edir ki, Cavabdeh MMC-nin təsisçinin və direktorun təsdiqlədiyi müvafiq sənədə əsasəndə təsisçisi kimi də 25% paya malikdir. Cavabdeh MMC-nin 31 may 2023cü il tarixli iddiaçıya verdiyi rəsmi Arayışı ilə də təsdiqləyir ki, «20 iyul 2022-ci il tarixli Cavabdeh MMC-nin direktoru X5 və İddiaçı arasında bağlanmış birgə fəaliyyətə dair Müqaviləyə əsasən tikintisi ünvan 1 ünvanında inşa edilən Cavabdeh MMC-nə 01 noyabr 2021-ci il tarixdən 31 may 2023-cü il tarixədək şərikli fəaliyyət göstərilməsi üçün İddiaçı tərəfindən ümumilikdə 459975 (dörd yüz əlli doqquz min doqquz yüz yetmiş beş) manat vəsait qoyulmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər tikintinin aparılması və idarə olunmasını birgə həyata keçirirlər. Müqavilənin 3.2-ci bəndinə əsasən tikinti ilə bağlı olan bütün məsələləri birgə razılığ əsasında həyat keçirilir. Müqavilənin 3.3-cü bəndinə əsasən Tərəflər mənzil və qeyri yaşayış sahələrinin satışını birgə həyata keçirirlər. Müqavilənin 3.4-cü bəndinə əsasən Cavabdeh MMC-nin möhürünün istifadəsində birgə səlahiyyətə malikdirlər. Müqavilənin 3.5-ci maddəsinə əsasən Tikintiyə qoyulan nağd pul vəsaiti faiz nisbətinə uyğun olaraq ödənilir və gəlirlər ona uyğun olaraq bölüşdürülür. Bundan sonra 20 may 2022-ci il tarixində birgə tərtib edilmiş AKT-a əsasən Yasamal Rayonu, Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov küçəsində yerləşən, tikilməkdə olan yaşayış kompleksinə aid 29 adda sənədlər bizə təhvil verilmişdir.Tikilinin birinci mərtəbəsində öz hesabına 100 kv.m qeyri-yaşayış sahəsinidə birgə fəaliyyət göstərməkdən ötrü təmir etdirmişdir və qapı qoyulmuşdir. Lakin hazırda Cavabdeh MMC qərəzli olaraq müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək iddiaçıya süni manelər yaradaraq müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirmir. Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli ortaqlıq müqaviləsi bağlanmış, bütün mühüm şərtlər barəsində razılığa gələrək iradə ifadəsini göstərmişlər. Müqavilə bağlanmış hesab edilmişdir. Bu mühüm şərtlərin yerinə yetrilməsi tərəflər üçün vacib sayılmasına baxmayaraq "xxxx" MMC iki ildən artıq müddətdir ki, ünvan 1ndə "xxxx" MMC-nin inşası yarımçıq qalan 1,2 hektar ərazisi olan torpaq sahəsində (“A”“B” və “C” bloku üzrə) 3(üç) bloklu yüksək mərtəbəli yaşayış binasının tikintisini davam etdirməyimə, mənzillərin inşa edənilməsinə baxmayaraq ortaqlıq şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Belə ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Q.Əhmədov küçəsində "xxxx" MMC-nin inşası yarımçıq qalan 1,2 hektar ərazisi olan torpaq sahəsində (“A”“B” və “C” bloku üzrə) 3(üç) bloklu yüksək mərtəbəli yaşayış binasının tam inşası iddiaçının vəsaiti hesabına tikilmişdir. Qoyduğu vəsait üzrə iddiaçıya düşən gəlirlər üzrə 25% payın götürülməsinə qərəzli manelər törədərək müqavilə üzrə razılığa gəldiyikləri mühüm şərtləri yerinə yetirməkdən boyun qaçırmaqla bərabər iddiaçı ortaq olduğu halda "xxxx" MMC-nin hazırda digər şəxslərə 500000(beş yüz min) manatdan yuxarı borcu mövcuddur. Təbii ki, bu borclar artan xətt üzrə davam edir. Yasamal Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMCnin yaranmış borclarına görə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Q.Əhmədov küçəsində "xxxx" MMC-nə məxsus ərazisiyə həbs qoyulmuş və digər icra hərəkətləri edilmişdir. Cavabdeh MMC-i iddiaçıya qarşı yaratdığı süni manelərin məqsədi ondan ibarətdir ki, mövcud şəraiti orada iddiaçı tərəfindən olan nəzarəti aradan qaldırmaqla mövcud şəraiti dəyişməklə iddiaçının 25% payını ödəməsində bəhanələr yaratsın və payını ödəməsin. Belə ki, 25 iyul 2023-cü il və 31 iyul 2023-cü il tarixlərində Cavabdeh MMC-ə yazılı bildiriş göndərərək 45 gün müddət verilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yğeni Yasamal yaşayış massivini, Q.Əhmədov küçəsində inşa edilən binada müqavilə əsasında iddiaçıya məxsus 25% payın miqdarının müəyyən edərək verilməsini təmin edəsiniz müqaviləyə xitam verilməsini və ya "xxxx" MMC-ə məxsus 75% müəyyən edilərək iddiaçı tərəfindən ödənilməklə müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş göndərilmişdir. Cavabdeh MMC bu günə kimi hər hansı mövqe sərgiləməməklə iddiaçıya qarşı öz başnalıq hərəkətləri edərək qərəzli olaraq təmir etdirdiyi ofisə daxil olmağı, sənədlərin yoxlanmasını və müqavilə üzrə iddiaçıdan yarım milyon manat pul götürərək tikintiyi qoyulmasına belə baxmayaraq manelər törədir ki, tikintidə iddiaçıya məxsus 25% payını verməsində çətinliklər yaratsın. Cavabdeh MMC 22 avqust 2023-cü il tarixində iddiaçıya ünvanladığı bildirişdə qeyd edir ki, guya idddiaçının verdiyi məbləği atasına qaytardıqlarından müqavilə bir tərəfli ləğv edilir. Halbuki, Cavabdeh MMC-nin 31 may 2023-cü il tarixli iddiaçıya verdiyi rəsmi Arayışı ilə də təsdiqləyir ki, iddiaçının ortaqlığa görə vəsaiti cəmiyyətdədir. Əgər vəsait qaytarılmışdırsa, təbii ki, müvafiq yazışma mövcud olmalı idi. Gələcəkdə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçilərin hüquqlarının qorunmasının (tımin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəyəcəyinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İş№16(004)-301/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilmiş və ərizəçi İddiaçı ilə Cavabdeh”MMC arasında ünvan 1ndə yüksək mərtəbəli yaşayış binasının inşasına dair bağlanmış xx.xx.2022-ci il tarixli ortaqlıq müqaviləsi üzrə öhdəliklərin icra olunmasına (müqavilənin 3.1 -3.6-cı bəndləri üzrə),dair məhdudiyyətlərin yaradılması, həmçinin ərizəçi İddiaçı” Cavabdeh”MMC-nin ofisinə giriş-çıxışına yönəlmiş maneələr” CavabdehMMC-nə qadadağan edilməsi qərara alınmışdır. Göründüyü kimi ümumi əmlakda öz payına uyğun hissəsində sahiblik və istifadə hüququnu Cavabdeh”MMC-i qərəzli olaraq məhdudlaşdırır. Bu səbəbdən CavabdehMMC-dən müvafiq əvəz ödəməyi tələb etməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə mənim aramda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massnivi, Q.Əhmədov küçəsində yüksək mərtəbəli yaşayış binasının inşasına dair bağlanmış 20 iyul 2022-ci il tarixli ortaqlıq müqaviləsi üzrə binanın tikintisi başa çatana qədər tərəfindən tikintiyə qoyulan nağd pul vəsaitini ödənilməsinə və mənzillərin, qeyri yaşayış sahələrinin satışından əldə olunmuş gəlirlərdən 25%- ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə tərtib edilmiş və imzalanmışdır. Lakin həmin müqavilədə qeyd olunan torpaq sahəsində və ya mövcud tikilidə iddiaçının 25% payın olması şərtləndirilməmişdir. Belə ki, adı çəkilən xx.xx.2022-ci il tarixli müqavilə tərəfi olan X5 "xxxx" MMC-ni (təsisçi payını) 24 iyun 2022-ci tarixdə satın almışdır və 100% təsisçisidir. Buradan mübahisəsiz haldır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin malik olduğu bütün aktivlər 100%-lə yeni təsisçi Ağa İsmayılzadəyə məxsusdur. MMC-nin satın alındığı tarixə iddia ərizəsində adı çəkilən ünvan 1ndə "xxxx" MMC-nə məxsus 1,2 ha. torpaq sahəsi və onun üzərində yarımçıq tikililər mövcud olmuşdur. Bəlli məsələdir ki, tərəflərin birgə fəaliyyəti onlar arasında müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətləri əhatə edir və yalnız bu müddət ərzində əldə edilən əmlakdan yaranan gəlirlərdə payları müəyyən edilə bilərdi. Müqavilə tərəfləri qeyd olunan ünvanda müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətlərdə birgə tikintinin aparılması və birgə apardıqları tikintidən əldə ediləcək gəlirdən paylarını 75/25 nisbətində müəyyən edilmişdir. Qoşulan tərəf olaraq İddiaçı gəlirdən ona müəyyən edilən 25% paya uyğun, layihələndirilən tikintinin ümumi xərclərin 25% məbləğin sərmayə edəcəyi halda müqavilənin notariatda təsdiqlənəcəyi və bundan sonra müqavilənin qüvvəsinə minməsi şərtləndirilmişdir. Müqavilədə nəzərdə tutulmuş 3 binanın tikintinin layihələndirilməsi üçün hesablanmış ilkin xərclərin həcmi 21.000.000 manat məbləğində olması baxımında, bunun 25% hissəsində iştirak edilməsi 5.250.000 manat sərmayə edilməsi bəllidir. Bu baxımdan adı çəkilən müqaviləyə görə pay almaq tələbinin irəli sürülməsi üçün ilkin növbədə həmin məbləğin tikintiyə sərmayə edilməsi gərəkir. Cavabdeh birgə fəaliyyət məqsədləri üçün iddiaçını əraziyə buraxmış, idarəçilikdə iştirakına şərait yaratmış, lakin iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikdən yayınmaq üçün "xxxx" MTK ilə "xxxx" MMC arasında sərmayə qoyuluşu ilə bağlı maliyyə vəsaitinə malik olduğu və onu gələcək layihələndirmədə reallaşdırılacağı vədi ilə sənədlər tərtib etdirmiş, lakin sərmayəni ortaya gətirə bilməmişdir. Ona görə də tərəflər arasında mübahisə yaranmış və müqavilənin notariat qaydasında təsdiqlənməsi həyata keçirilməmişdir. Bu baxımdan yəni tərəflərin müqavilədə razılaşdığı son şərtinə görə müqavilə qüvvəyə minməmişdir. Həmçinin iddiada adı keçən ünvan 1ndə "xxxx" MMC-nə məxsus 1,2 hektar ərazisi olan torpaq sahəsində, "xxxx"MMC Ağa İsmayılzadə tərəfindən satın alındığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətlərdə hər hansı əmlak dəyişikliyi olmamışdır. Bundan başqa xatırlatmaq istəyir ki, müqavilə tərəfi olaraq İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və məqəsdli hərəkətləri ilə MMC-nin fəaliyyətinə maneələr yaratdığı baxımından, onunla 20.07,2022-ci il tarixdə bağlanmış müqaviləyə xx.xx.2023-cü il tarixdə bir tərəfli qaydada xitam verilmişdir. Müqaviləyə bir tərəfli qaydada xitam verildiyi barədə ona xəbərnamə göndərilmişdir. Bundan əvvəl də xitmala bağlı ona bildiriş təqdim edilmişdir. Bu baxımdan, yəni artıq xitam verilmiş müqavilənin, təkrarən xitam verilməsi tələbi barədə iddia formaldır və heç bir əsası yoxdur. İddianın digər hissələri ilə tələb, onun əsası kimi istinad edilən adı çəkilən müqavilənin qeyd olunan şərtlərə uyğun olmadığından və müqavilədə razılaşdırılmış öhdəliklərlə əhatə olunmadığından əsaslı hesab edilə bilməz. O ki, qaldı iddiaçı tərəflər arasında bağlanmış müqavilə şərtinə görə tikintiyə pul qoyduğu iddiasına, bunun üçün məhkəməyə gərək yoxdur, qoyduğu pul məbləğin təsdiqinə dair hesabatı təqdim etməklə, yerindəcə həlli mümkündür. Lakin tərəflər arasında mübahisənin davam etdiyi son 6-7 ay müddətində hər dəfə bir bəhanə ilə hesabatı təqdim etməkdən yayınır. Çünki belə bir sərmayə qoyuluşu olmamış, əksinə ofisdən gedəndə seyf, mətbəx və ayaq yolundan sifonlar, kranları, otağın qapısını çıxarmış, hətta ofisin mətbəxində işlədilən qabqacağı belə aparmışlar. Göründüyü kimi, hazırkı iddiaanın heç bir hüquqi əsas yoxdur. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin Qlobal SF MMC məhkəməyə İddiaçı "xxxx" MMC-yə qarşı "müqaviləyə xitam verilməsi və digər tələblər" barədə iddia tələbinin əsasları üçün nümayəndəsinin məhkəmədə izahatında istinad etdiyi dəlillərin əsassızlığına dair dəlillərin təqdim edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, 1. İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsinin məzmunundan göründüyü kimi və həmçinin nümayəndəsinin məhkəmədə israrla qeyd etdiyinə görə "Qlobal-SF'MMC ilə mövcud 20 iyul 2022-ci il tarixli ortaqlıq müqaviləsindən başqa, həmin MMC-nin nizamnamə kapitalının da 25% payının satın-aldığına dair təsisçi ilə müqaviləsi vardır. Məhz ona görə də gəlirdən əldə edilən paydan savayı, həmçinin ümumilikdə MMC-nin əmlakının 25% hissəsinin sahibidir. Lakin belə bir müqavilə mövcud olmamışdır və "xxxx" MMC-nin nizamnamə kapitalının 100% tam hissəsi olaraq X3 məxsusdur. Belə ki, "xxxx" MMC-ni təsisçi payını tam şəkildə 24 iyun 2022-ci tarixdə onun əvvəlki sahibindən X1 almışdır və 100% təsisçisidir. Bu hal hüquqi şəxslərin Dövlət Reyestrində bu şəkildə qeydiyyata alınmışdır və hal hazıra kimi də təsisçilərlə bağlı qeydiyyatında dəyişiklik baş verməmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin malik olduğu bütün aktivlər 100%-lə yeni təsisçi Ağa İsmayılzadəyə məxsusdur və hal-hazırda da bu şəkildə qalmaqdadır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinin məcmu nəticəsinə görə ünvan 1ndə "xxxx" MMC-nin inşaası yarımçıq qalan 1,2 hektar ərazisi olan torpaq sahəsində 3 bloklu yüksək mərtəbəli yaşayış binasının inşaasını birgə davam edəcəklər və inşa etdikləri tikililərdən əldə edilən gəliri 75/25% (75% Ağa İsmayılzadəyə, 25% İddiaçı) nisbətində bölüşdürəcəklər, tikintiyə qoyulan xərcləri də həmin faiz nisbətində uyğun ödəyirlər. Qeyd olunan ünvanda hazırda "A”, "B" və "C" sıralama ilə işarələnmiş 3 (üç) bina, "A" bina 9-cu mərtəbə, "B" bina 2-ci mərtəbə, "C" bina isə 7-ci mərtəbəsi tamamlanmış səviyyəsindədə yarımçıq tikili vəziyyətindədir. Binaların qeyd edildiyi vəziyyəti "xxxx" MMC-nin hazırkı təsisçisi Ağa İsmayılzadə tərəfindən satın alındığı xx.xx.2022-ci il tarixdə, eləcədə ondan əvvəl həmin binaların tikintisinin həyata keçirilməsi ilə bağlı "xxxx" MTK ilə "xxxx" MMC arasında "Razılıq müqaviləsinin" bağlandığı xx.xx.2021-ci il tarixdə də eyni vəziyyətdə olmuşdur. Yəni binaların tikintisi vəziyyəti 2021-ci ilin oktyabr ayından indiyə kimi dəyişməz qalmışdır. Adətən gəlir tikintinin başa çatdırılması ilə satışla xərclərin nəticəsində əldə edildiyi bəllidir. Yəni tərəflər gəlir əldə etmələri üçün ən azında nəyisə tikib, satmalıdırlar. Lakin tərəflər arasında müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən indiyə kimi tikinti sahəsində artım olmamışdır. Nə qədər ki, yeni mərtəbə tikilməmişdir, satış da mövcud olmumamışdır. Tərəflər arasında mübahisə getdiyindən ümumiyyətlə yeni tikililərin aparılması və satışı yaxın zamanlarda gözlənilmir. Bu baxımdan tərəflərin müqavilədə qeyd etdikləri gəlirdən 75/25% haylarının məbləği sıfra bərabərdir. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd edir ki, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqavilə şərtinə əsasən MMC-yə 559.975 manat pul ödəmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında həmin pulların oğlu Rzaya deyil, başqa oğluna məxsus olduğunu bildirmişdir. Halbuki, həmin məbləğə dair təqdim etdikləri ödəniş qəbzləri və Arayışın məzmununa görə, arayışda qeyd edilən 71.975 manat məbləğdən başqa, yerdə qalan 388.000 manat "Zəfər Premim” MTK-ya məxsusdur. Həmin məbləğdən 238.000 manat məbləğin ödənişlərinə dair qəbzlər tərəflər arasında müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən əvvəlki müddətlərdə tərtib edilmişdir. Bu da iddia ərizəsində qeyd olunan məbləğin də iddiaçıya aidiyyəti olmadığını göstərir. Arayışda qeyd edilmiş 71.975 manat məbləğin sərfinə dair iddiaçı tərəfindən hesabat təqdim edilmədiyindən, həmin məbləğin özü belə mübahisəlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək bildirdi ki, İddiaçı "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırıb, "xxxx" MMC ilə arasında bağlanmış 20 iyul 2022-ci il tarixli ortaqlıq müqaviləsinə əsasən ünvan 1ndə Cavabdeh MMC-nə məxsus 1,2 hektar ərazisi olan torpaq sahəsində və inşa edilmiş tikilidə ona məxsus 25% payın naturada ayrılaraq verilməsinə dair, Cavabdeh MMC ilə arasında bağlanmış 20 iyul 2022-ci il tarixli müqaviləyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası kimi cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə istinad edərək, həmin müqavilənin şərtinə əsasən ünvan 1ndə Cavabdeh MMC-nə məxsus 1,2 hektar ərazisi olan torpaq sahəsində və inşa edilmiş tikilinin 25% hissəsinin onun payı olduğunu qeyd edir. İlkin olaraq qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə tərtib edilmiş və imzalanmışdır. Lakin həmin müqavilədə qeyd olunan torpaq sahəsində və ya mövcud tikilidə iddiaçının 25% payın olması şərtləndirilməmişdir. Belə ki, adı çəkilən xx.xx.2022-ci il tarixli müqavilə tərəfi olan X5 Cavabdeh MMC-ni (təsisçi payını) 24 iyun 2022-ci tarixdə satın almışdır və 100% təsisçisidir. Buradan mübahisəsiz haldır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin malik olduğu bütün aktivlər 100%-lə yeni təsisçi Ağa İsmayılzadəyə məxsusdur. MMC-nin satın alındığı tarixə iddia ərizəsində adı çəkilən ünvan 1ndə Cavabdeh MMC-nə məxsus 1,2 ha. torpaq sahəsi və onun üzərində yarımçıq tikililər mövcud olmuşdur. Bəlli məsələdir ki, tərəflərin birgə fəaliyyəti onlar arasında müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətləri əhatə edir və yalnız bu müddət ərzində əldə edilən əmlakdan yaranan gəlirlərdə payları müəyyən edilə bilərdi. Müqavilə tərəfləri qeyd olunan ünvanda müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətlərdə birgə tikintinin aparılması və birgə apardıqları tikintidən əldə ediləcək gəlirdən paylarını 75/25 nisbətində müəyyən edilmişdir. Qoşulan tərəf olaraq İddiaçı gəlirdən ona müəyyən edilən 25% paya uyğun, layihələndirilən tikintinin ümumi xərclərin 25% məbləğin sərmayə edəcəyi halda müqavilənin notariatda təsdiqlənəcəyi və bundan sonra müqavilənin qüvvəsinə minməsi şərtləndirilmiş. Müqavilədə nəzərdə tutulmuş 3 binanın tikintinin layihələndirilməsi üçün hesablanmış ilkin xərclərin həcmi 21.000.000 manat məbləğində olması baxımında, bunun 25% hissəsində iştirak edilməsi 5.250.000 manat sərmayə edilməsi bəllidir. Bu baxımdan adı çəkilən müqaviləyə görə pay almaq tələbinin irəli sürülməsi üçün ilkin növbədə həmin məbləğin tikintiyə sərmayə edilməsi gərəkir. Cavabdeh birgə fəaliyyət məqsədləri üçün iddiaçını əraziyə buraxmış, idarəçilikdə iştirakına şərait yaratmış, lakin iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikdən yayınmaq üçün "xxxx" MTK ilə Cavabdeh MMC arasında sərmayə qoyuluşu ilə bağlı maliyyə vəsaitinə malik olduğu və onu gələcək layihələndirmədə reallaşdırılacağı vədi ilə sənədlər tərtib etdirmiş, lakin sərmayəni ortaya gətirə bilməmişdir. Ona görə də tərəflər arasında mübahisə yaranmış və müqavilənin notariat qaydasında təsdiqlənməsi həyata keçirilməmişdir. Bu baxımdan yəni tərəflərin müqavilədə razılaşdığı son şərtinə görə müqavilə qüvvəyə minməmişdir. Həmçinin iddiada adı keçən ünvan 1ndə Cavabdeh MMC-nə məxsus 1,2 hektar ərazisi olan torpaq sahəsində, Cavabdeh MMC Ağa İsmayılzadə tərəfindən satın alındığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətlərdə hər hansı əmlak dəyişikliyi olmamışdır. Bundan başqa xatırlatmaq istəyirəm ki, müqavilə tərəfi olaraq İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və məqsdli hərəkətləri ilə MMC-nin fəaliyyətinə maneələr yaratdığı baxımından, onunla xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə xx.xx.2023-cü il tarixdə bir tərəfli qaydada xitam verilmişdir. Müqaviləyə bir tərəfli qaydada xitam verildiyi barədə ona xəbərnamə göndərilmişdir. Bundan əvvəl də xitmala bağlı ona bildiriş təqdim edilmişdir. Bu baxımdan, yəni artıq xitam verilmiş müqavilənin, təkrarən xitam verilməsi tələbi barədə iddia formaldır və heç bir əsası yoxdur. İddianın digər hissələri ilə tələb, onun əsası kimi istinad edilən adı çəkilən müqavilənin qeyd olunan şərtlərə uyğun olmadığından və müqavilədə razılaşdırılmış öhdəliklərlə əhatə olunmadığından əsaslı hesab edilə bilməz. O ki, qaldı iddiaçı tərəflər arasında bağlanmış müqavilə şərtinə görə tikintiyə pul qoyduğu iddiasına, bunun üçün məhkəməyə gərək yoxdur, qoyduğu pul məbləğin təsdiqinə dair hesabatı təqdim etməklə, yerindəcə həlli mümkündür. Lakin tərəflər arasında mübahisənin davam etdiyi son 6-7 ay müddətində hər dəfə bir bəhanə ilə hesabatı təqdim etməkdən yayınır. Çünki belə bir sərmayə qoyuluşu olmamış, əksinə ofisdən gedəndə seyf, mətbəx və ayaq yolundan sifonlar, kranları, otağın qapısını çıxarmış, hətta ofisin mətbəxində işlədilən qabqacağı belə aparmışlar. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə ödənildiyi qeyd edilən məbləğlərlə bağlı qeyd edir ki, həmin məbləğlər Cavabdeh MMC ilə İddiaçı arasında bağlınmış Birgə fəaliyyətə dair müqavilədən, yəni xx.xx.2022-ci il tarixdən əvvəlki tarixə aiddir. Qeyd edilməlidir ki, tərəflərin birgə fəaliyyəti onlar arasında müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətləri əhatə edir və yalnız bu müddət ərzində əldə edilən əmlakdan yaranan gəlirlərdə payları müəyyən edilə bilərdi. Eyni zamanda xx.xx.2022-ci il tarixdə 130000 manat məbləğin ödənilməsi ilə bağlı qeyd edilmişdir ki, pul əvəzi əmlak şəklində Nərimanov rayonu Ə.Orucəliyev küç., 18-ci mərtəbə, 4 otaqlı 142 saylı mənzilin verilməsi qeyd edilmişdir ki, həmin əmlakın verilməsi ilə bağlı heç bir sübut müəəyn olunmamısdır. 71975 manat məbləğin ödənildiyi qeyd edilsə də həmin məbləğin hansı tarixdə, kim tərəfindən verilməsi, kim tərəfindən qəbul edilməsi göstərilməmiş və həmin məbləğlərindən verilməsi öz təsdiqini tapmamışdır. İddiaçı guya tərəfindən həmin mələğlərin verildiyini və eləcə də, evin verilməsini bildirərək həmin məbləğləri qeydə aldımaq üçün arayış tələb etmiş, belə ilkin arayış verilsə də, sonradan araçdırma nəzticəsində həmin hallar öz təsdiqini tapmamış və iddiaçı tərəfindən mtk-ya bun adair sübutlarda təqdim edilməmişdir. Bundan başqa da, həmin müddətlərdə nəinki mənzil satılmış, ümumiyyətlə o binada bir daş üsdünə daş belə qoyulmamışdır. Sadəcə daha öncədən mənzillər əldə etmiş bəzi mülkiyyətçilər mənzillərini başqa şəıxslərə satmışdırlar ki, bu zamanda yenidən alqı-satqı bağlanaraq addan-ada dəyişmə qydiyyata alınmışdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən onlar ünvan 1ndə Cavabdeh MMC-nin inşası yarımçıq qalan 1.2 hektar ərazisi olan torpaq sahəsində 3 (üç) bloklu yüksək mərtəbəli yaşayış binasının inşasının davam edilməsi üçün birgə ortaqlıq edilməsinə dair üzərlərinə öhdəlik götürmüşlər. Müqavilənin şərtlərinə əsasən tərəflər tikintinin aparılması və idarə olunmasını, tikinti ilə bağlı olan bütün məsələləri birgə razılıq əsasında, mənzil və qeyriyaşayış sahələrinin satışını birgə həyata keçirilməli, Cavabdeh MMC-nin möhürünün istifadəsində birgə səlahiyyətə malikdirlər. Tikintiyə qoyulan nağd pul vəsaiti faiz nisbətinə uyğun olaraq ödənilir və gəlirlər ona uyğun olaraq bölüşdürülür. Hal-hazırda tərəflər arasında müqavilə öhdəliklərinin icra olunmaması ilə bağlı mübahisə yaranmış və İddiaçı Cavabdeh MMC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Əlavə olaraq bildirirəm ki, "xxxx" MTK ilə müqaviləsi daha əvvəl keçmiş təsisçi arasında bağlanmışdır. "xxxx" MTK-nin bu məsələhəyə heç bir adiyyatı yoxdur və onun öz hüquqi mövqeyi vardır. "xxxx" MTK-nin bu məsələyə adiyatı olsaydı o, onu məhkəmədə mübahisələndirərdim. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında "xxxx" MTK-nin adının qeyd olunması yalnız çaşqınlıq yaratmaqdan ibarətdir. Cavabdeh tərəf iddiaçıya ilkin olaraq 25 faiz təsisçi olduğunu bildirmişdir. İddiaçı həmdə 25 faiz payçı hüququnada malikdir. Lakin sonradan iddiaçıya qarşı qərəzli mövqedən çıxış edərək onu təsisçi etməmişdilər. Bina alınarkən iddiaçıya bildirmişlər ki, səndə pul qoyaraq 25 faiz paya sahib ola bilərsən, oda onlara inanaraq 25 faiz payçı kimi binanın tikintisinə rəsmi qaydada pul qoymuşdur. Bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçıya hətda aralarınd bağlanmış müqavilə belə vermidrilər, aralarında ziddiyət var idi. İddiaçı 25 faiz pay istiyirdi. Bundan başqa cavabdeh özü etiraf edir ki, iddiaçının orda pulu var. Bu onlar tərəfindən təqdim etdikləri arayışdanda görünür. Cavabdeh əgər, bildirirsə ki, iddiaçının orda pulu yoxdur, buna dair sübutlarını məhkəməyə təqdim etsin. Hətta direktor özü iddiaçıya bildirmişdir ki, sizin pulunuz burdadır gedin bina tikiləndən sonra gələrsiz. Mübahisədə elə bundan ibarətdir. İş materiallarında olan və "xxxx" MTK adınan olan qəzlər 2018-ci il tarixdə "xxxx" MTK ilə köhnə təsisçi ilə arasında bağlanmış müqavilə əsasında ödədikləri ödənişlərin qəbzləridir. Sonradan onlara imtina etdilər və məsələ də beləcə qaldı. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008ci il tarixli, 104 saylı sərəncamından görünür ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1,2 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-yə ayrılmaqla onun tikinti həyata keçirməsinə icazə verilmişdir. İş materillarında olan Qlobal SF MMC ilə Zəfər Premium MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılıq müqaviləsindən görünür ki, Cari müqavilə üzrə tərəflər,ünvan 3 ünvanında Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 104 saylı Sərəncamı üzrə Qlobal- SF MMC yə məxsus olan, ayrılmış 1,2 ha torpaq sahəsinin bir hissəsində tikintisi başa çatmamış “A”, “B” və “C” blokları üzrə natamam inşa edilmiş binaların bütün huquqlannı o cümlədən; Binaların tikintisi, dövlət organlanndan qanuni sənədlərin alınmasını, mənzillər və qeyri-yaşayış sahələrinin satışı və gələcəkdə idarə olunması üzrə bütün sənədləri, birinci tərəf, İkinci tərəfə verir. Müqavilənin 4-cü bəndinə əsasən “Birinci Tərəf (Qlobal- SF MMC)” tərəfindən, “A”, “B”, və “C” natamam bloklar üzrə “Razılıq müqaviləsi ’’imzalanan tarixə qədər inşaata çəkilmiş bütün xərclərin dəyəri tərəflərin razılışması əsasında 11.000.000 ( milyon) AZN qiymətləndirilir. 4.2- İkinci tərəf, bü müqvilədə göstərilən 11.000.000AZN məbləğinin ödənişini aşağıda göstərilən şəkildə birinci tərəfə ödəyir. 4.2.1- Bir milyon AZN Nağd pul və ya əmlak : 4.2.1.1- 100.000AZN bü müqavilə imzalanan zaman 4.2.1.2- 200.000AZN Müqavilə imzalandığı gündən 45 ( qıx beş ) gün ərzində “Birinci Tərəfə” ödənilir 4.2.1.4- 700.000 AZN Bakı şəhərində torpaq , yaşayış və qeyri yaşayış və ya hazır əmlak şəklində (tərəflərin razılığına əsasən) xx/xx/2021 tarixədək təhvil verilir 4.2.2 - 2700 kv/m A-В və C bloklannda(yasayis sahəsinddən ) birinci tərəf , tərəfindən bü müqavilədən öncə satılmış mənzillərin dəyəri 1.890.000 (Bir milyon səkkiz yüz doxsan) AZN qiymətləndirilərək 4.2 bəndində göstərilən ümumi məbləğdən çıxılacaq. Həmçinin müqavilədə qeyd edilmişdir ki, Bu müqavilə tərəflər arasında notariat təsdiqdən sonra qüvvəyə minir. İş mateiallarında olan qəbzlərdən görünür ki, Zərər Premium MTK Qlobal SF MMCyə xx.xx.2021-ci il tarixdə 100000 manat, xx.xx.2021-ci il tarixdə 25000 manat, xx.xx.2021ci il tarixdə 25000 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 100000 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təsis payının alqı-satqı müqaviləsindən görünür ki, X4 "xxxx" MMC-nın nizamnamə kapitalında ona məxsus 12 (on iki) pay. 12 (on iki) manat olan 100% təşkil edən payını 12 (on iki) manata X3 satmışdır. İş materiallarında olan Qlobal SF MMC-nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Birgə fəaliyyətə dair müqavilədən görünür ki, müqavilə üzrə tərəflər ünvan 5 ünvanında Qlobal SF MMC-nin inşası yarımçıq qalan 1,2 hektar ərazisi olan torpaq sahəsində 3(üç) bloklu yüksək mərtəbəli yaşayış binasının inşaatının davam etdirilməsi barədə razılığa gəlmişdir. Tərəflərin pay bölgüsü X5 - 75% (yetmiş beş) və İddiaçı - 25% (iyirmi beş) kimi müəyyən edilmişdir. İş materiallarında olan Qlobal SF MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 20 iyul 2022-ci il tarixli ‘'Qlobal SF” MMC-nln direktoru X5 və İddiaçı arasında bağlanmış Birgə fəaliyyətə dair Müqaviyələ əsasən tikintisi ünvan 5 ünvanında inşa edilən "xxxx" MMC-nə 01 noyabr 2021-ci il tarixdən 31 may 2023-cü il tarixədək şərikli birgə fəaliyyət göstərilməsi üçün X6 tərəfindən ümumilikdə 459975 manat vəsait yatırılmışdır. İş materiallarında olan mənfəət vergisi bəyannaməsindən görünür ki, Global SF MMC-nin 2022-ci il üzrə zərəri (xərci) 5040 manat təşkil etmiş və həmin dövr üzrə mənfəət vergisi 0 (sıfır) manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən vergi ödəyicısinin ümumi gəlirləri 10542.66 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı bildirişdən görünür ki, iddiaçı cavabdehə yazılı bildiriş göndərərək müqaviləyə xitam verilməsini xahiş etmiş və payının ******* manata alınmasını təklif etmişdir. İş materialların da olan Qlobal SF MMC tərəfindən İddiaçı göndərilmiş bildirişlərdən görünür ki, Qlobal SF MMC İddiaçı ilə aralarında bağlanmış müqaviləyə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq və xitam verilməsi barədə məlumat göndərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub- olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, ‘'Qlobal SF” MMC-nln direktoru X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Birgə fəaliyyətə dair müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən tərəflər tikintinin aparılmasını və idarə olunmasını birgə həyata keçirirlər. Tərəflərin pay bölgüsü 'Qlobal SF” MMC-yə 75%, İddiaçı 25% müəyyən edilmiş, həmçinin gəlilərin bölünməsi də eyni nisbətdə müəyyən edilmişdir. İddiaçı hazırda onun tərəfindən müəyyən məbləğlər ödənilməsinə istinad edərək tikintisi başa çatana qədər tərəfindən tikintiyə qoyulan nağd pul vəsaitini ödənilməsinə və mənzillərin, qeyri yaşayış sahələrinin satışından əldə olunmuş gəlirlərdən 25%- ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə əvvəlcə iddiaçı tərəfindən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə ödənildiyi qeyd edilən məbləğlərlə bağlı qeyd edir ki, həmin məbləğlər Qlobal-SF MMC ilə İddiaçı arasında bağlınmış Birgə fəaliyyətə dair müqavilədən, yəni xx.xx.2022-ci il tarixdən əvvəlki tarixə aiddir. Qeyd edilməlidir ki, tərəflərin birgə fəaliyyəti onlar arasında müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətləri əhatə edir və yalnız bu müddət ərzində əldə edilən əmlakdan yaranan gəlirlərdə payları müəyyən edilə bilərdi. Müqavilə tərəfləri qeyd olunan ünvanda müqavilənin bağlandığı xx.xx.2022-ci il tarixdən sonrakı müddətlərdə birgə tikintinin aparılması və birgə apardıqları tikintidən əldə ediləcək gəlirdən paylarını 75/25 nisbətində müəyyən etmişlər, lakin cavabdeh tərəfin bildirdiyinə görə müqavilənin notariatda təsdiqlənəcəyi və bundan sonra müqavilənin qüvvəsinə minməsi şərtləndirilmişdir. Həmçinin təqdim edilmiş qəbzlərdən və cədvəldən görünür ki, qeyd edilən həmin məbləğləri təhvil verən İddiaçı deyil, Zərəf Premium MTK olmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixdə 130000 manat məbləğin ödənilməsi ilə bağlı qeyd edilmişdir ki, pul əvəzi əmlak şəklində Nərimanov rayonu Ə.Orucəliyev küç., 18-ci mərtəbə, 4 otaqlı 142 saylı mənzilin verilməsi qeyd edilmişdir ki, həmin əmlakın verilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. 71975 manat məbləğin ödənildiyi qeyd edilsə də həmin məbləğin hansı tarixdə, kim tərəfindən verilməsi, kim tərəfindən qəbul edilməsi göstərilməmişdir. Beləliklə, göründüyü kimi İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi, yəni tikinti işlərinin birgə həyata keçirilməsi üçün öhdəsinə düşən məbləğin onun tərəfindən ödənilməsi iş materialları ilə sübuta yetirilməmişdir. İddiaçı qeyd etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin təqdim edilmiş şəkillərdən və sənədlərdən görünür ki, müqavilədə göstərilmiş binaların tikintisi hazırda davam etmir və beləliklə də mənfəət əldə edilməsi müəyyən edilmir. Bu hal Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məlumatda da öz təsdiqini tapır. Belə ki, həmin məlumatdan da görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən vergi ödəyicisinin ümumi gəlirləri 10542.66 manat təşkil etmişdir. Həmin məbləği cavabdeh tərəf daha öncədən mənzil və s. alan şəxslərin həmin aldıqları mənzillərin başqa şəxşlərə satılması ilə bağlı sənədləşmə işlərinin 2022-ci ildə həyata keçirilməsi ilə əlaqələndirmişdir ki, məhkəmə cavabdeh tərəfin bu dəlilini ağlabatan hesab edir. Həmçiin müqavilədə qeyd edilmişdir ki, bu müqavilə tərəflər arasında notariat təsdiqdən sonra qüvvəyə minir. Lakin müqavilənin notarial qaydada təsdiq edilməsi müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 cavabdehlər "xxxx" MMC və "xxxx" MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MTK-nın müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-214/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-214/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver