Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2142/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X1, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cavabdehna qarşı “əmrin etibarsız hesab olunması,işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı “əmrin etibarsız hesab olunması,işə bərpa və əmək haqqı” tələbi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verməsi barədə əmrin etibarsız hesab edilməsi, son işlədiyi vəzifəyə bərpa olunması, işdən azad olunduğu gündən qanunsuz olaraq işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi və DSMF vəzifəli şəxslərinin İXM-in 192.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cavabdeh xx.xx.2021-ci il tarixdə etiraz ərizəsi verərək İddiaçı “əmrin ləğv edilməsi və əmək haqqı” tələbinə dair 2(004)-2142/2021 saylı iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, onun pensiya yaşına çatmağına 6 aya yaxın müddət qalıb. 35 illik dövlət qulluğu stajı var. 2009-cu ildə X6 üzrə Komissiyası vasitəsilə imtahan verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Əlillərin Sosial Müdafiəsi Baş İdarəsində aparıcı məsləhətçi vəzifəsində işləmişdir. 2011-ci ilin dekabr ayından Abşeron rayon Əlillərin sosial müdafəsi şöbəsində məsləhətçi vəzifəsində 2019-ci ilin dekabr ayına kimi işləmişdir. 2019-cu ilin 28 oktyabrında DSMF Prezident fərmanı ilə ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Publik Hüquqi şəxs yaradıldı. Uzun müddət dövlət qulluğunda işləməsinə baxmayaraq DSMF Abşeron rayon nümayəndiliyinə ştatdankənar işçi kimi işə qəbul edilmişdir. 2020-ci il avqust ayında test imtahanı keçirilmiş və o, 35 keçid balından 38 toplamışdır. xx xxxxxx 2020-ci il tarixdə ona imzalamaq üçün əmək müqaviləsi təqdim olunmuş və o, artıq testi keçdiyi üçün yeni əmək müqaviləsini imzaladığını zənn edərək müqaviləyə qol çəkmişdir. İmza edərkən imzasının altından tarixi də xx xxxxxx 2020 olaraq qeyd etmişdir. 2 gün sonra ona bildirilmişdir ki, o, işdən azad olunmuşdur. Həmin tarixdən pandemiyanın kəskinləşməsi ilə əlaqədar tətbiq olunmuş karantin səbəbindən onun əmək kitabçası təqdim olunmurdu ki, o, hansı əsasla işdən çıxarıldığını bilsin. xx.xx.2021-ci il tarixdə ona rəsmi olaraq əmək kitabçası təqdim olunmuş və o bundan sonra bilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. Belə çıxır ki, onun xx xxxxxx 2020-ci il tarixdə imza etdiyi əmək müqaviləsinin müddəti 1 gün sonra bitmişdir. Lakin əmək kitabçasındakı qeyddən məlum olur ki, onunla xx.xx.2020-ci il tarixdə 3 aylıq müddətli əmək müqaviləsi imzalanmışdır. Cavabdeh onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi və onun son işlədiyi yerə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X3 izahat verərək bildirir ki, əmək müqaviləsi elektron sistemə yerləşdirildikdən sonra qüvvəyə minir. Artıq ümumi təcrübədə yazılı əmək müqaviləsinin bağlanması qaydası əhəmiyyətini itirmişdir. Vətəndaşın yazdığı ərizə əsasında əmək müqaviləsi elektron sistemə daxil edilir. Burada pozuntu yoxdur. Əmək müqaviləsinin müddəti bitdikdə əmək müqaviləsinə xitam vermək işəgötürənin hüququdur. Bu halda da əmək müqaviləsinin müddəti bitdiyindən xitam verilmişdir. Şəxs özü könüllü olaraq əmək müqaviləsini imzalamışdır. Əgər əmək haqqı almışdırsa, deməli mütləq əmək müqaviləsi də olmalıdır. Əmək kitabçasının verilməməsinin səbəbi isə şəxsin özünün müraciət etməməsidir. Əmək müqaviləsinin surətini xx.xx.2020-ci il tarixdə imzalayaraq götürmüşdür. İddia əsassızdır. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək bildirir ki, iddiaçı ilə müqavilə xx xxxxxx 2020-ci il tarixdə 3 aylıq bağlanıb və xx xxxxxx 2020-ci il tarixdə müqavilənin müddəti bitib. Müqavilənin xitam edilmə səbəbi də müddətin bitməsidir. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İT-İ ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, X5 xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” qanunun 33.1.1ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Abşeron rayon xidmət nümayəndəliyinə ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********6 nömrəli müvafiq vəzifələrə təyinatları aparılması haqqında əmrdən çıxarışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh regional ərazi filialına üç ay müddətinə ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli işdən azad edilmə haqqında əmrdən çıxarıışa əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh çalışan İddiaçı AR Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Aparatının İnsan resurslarının idarə edilməsi departamentinə müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı xəbərdarlıq bildirişinin imzalanması ilə bağlı dəvət edilmiş Fondun Abşeron rayon xidmət nümayəndəliyinin ştatdankənar işisi İddiaçı həmin bildirişlə tanış olmuş, lakin ona təqdim olunan bildirişi imzalamaqdan imtina etmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Abşeron rayon xidmət nümayəndəliyinə ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehlə üç aylıq əmək müqaviləsi bağlamış və üç ay müddət bitdikdən sonra işəgötürən əmək münasibətlərini davam etdirməmiş və əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı Cavabdeh əmək müqaviləsinə xitam verməsi barədə əmrin etibarsız hesab edilməsi, son işlədiyi yerə vəzifəsinə bərpa olunması, işdən azad olunduğu gündən qanunsuz olaraq işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı Cavabdeh əmək müqaviləsinə xitam verməsi barədə əmrin etibarsız hesab edilməsi, son işlədiyi yerə vəzifəsinə bərpa olunması, işdən azad olunduğu gündən qanunsuz olaraq işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2142/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2142/2021
30.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver