Məhkəmə qərarları › İş №2(004)-2143/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2143/2025

24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2143/2025 24.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Ərizəçi Bakı şəhər 5 saylı Notariat Ofisinin və Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edildiyi “hüquqi əhəmiyyəti şəxslərlə qohumluq münasibəti, ölmüş elan edilmə və miras əmlakının mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər 5 saylı Notariat Ofisinin və Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edildiyi “hüquqi əhəmiyyəti şəxslərlə qohumluq münasibəti, ölümün qeyd edilməsi və miras əmlakının mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Fatma xanım Bağır qızının mərhum babası X1 atası Dadaş Səlim oğlunun ögey bacısı, Hüsniyyə xanım Səlim qızının babası X1 atası Dadaş Səlim oğlunun bacısı, Xədicə xanım Səlim qızının mərhum babası X1 atası Dadaş Səlim oğlunun bacısı olması faktının müəyyən edilməsi, hər üç payçının ölmüş elan etməklə payçıların hissəsinin faktiki qəbul etdiyi üçün onun və mərhum qardaşının varisinin adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin “xahiş edirəm” hissəsindən də aydın görünür ki, ərizəçi bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Ərizəçinin “xahiş edirəm” hissəsində qeyd olunan “Fatma xanım Bağır qızının, Hüsniyyə xanım Səlim qızının və Xədicə xanım Səlim qızının mərhum babası X1 atası Dadaş Səlim oğlunun bacıları olması” barədə, “hər üç payçının ölmüş elan edilməsi” barədə və “miras əmlakın mərhum qardaşının varisinin adına rəsmiləşdirilməsi” barədə bir–biri ilə əlaqəli olmayan hüquqi əhəmiyyətli şəxslərlə qohumluq münasibətinin müəyyən edilməsi, ölmüş elan edilmə və miras əmlakının mülkiyyətə verilməsi barədə tələblərini birləşdirmişdir. Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Bakı şəhər 5 saylı Notariat Ofisinin və Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edildiyi “hüquqi əhəmiyyəti şəxslərlə qohumluq münasibəti, ölümün qeyd edilməsi və miras əmlakının mülkiyyətinə verilməsi” tələbinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən 20 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar