Məhkəmə qərarları › İş №2(004)-2147/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2147/2024

07.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2147/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh “Hüquq və X2” X5 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Hüquq və X2” X1rşı “əmək kitabçasının 3(üç) nüsxədə surətinin təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Hüquq və X2” X1rşı “əmək kitabçasının 3(üç) nüsxədə surətinin təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya rəsmi qaydada məlumat verilmişdir. Lakin iddiaçı məhkəməyə gəlməmişdir. İddiaçı elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsini rəhbər tutaraq, Bakı şəhərində hava şəraiti kəskin şəkildə pisləşdiyindən 2(004)-2147/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilən məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda, İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, 2(004)-2147/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılmağa başlanana qədər iddia tələbi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə təmin edildiyindən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0-cı və 259.0.11-ci maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadın çıxarılaraq, onun həmin Məcəllənin 134.1, 134.1.5, 135.6 və 266.3-cü maddələrinə əsasən iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh “Hüquq və X2” X3 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı məhkəməyə müraciət etdikdən sonra əmək kitabçasının əslini cavabdehə təqdim etmiş və cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının 3 nüsxədə surəti təsdiq olunmaqla xx.xx.2024-cü il tarixli məktubla İddiaçı rəsmi qaydada təqdim edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında mübahisə yoxdur. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini, cavabdehin nümayəndəsinin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə dair izahatını və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Hüquq və X2” X1rşı “əmək kitabçasının 3(üç) nüsxədə surətinin təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar