Məhkəmə qərarları › İş №2(004)-2152/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2152/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2152/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı yaşayış sahəsinə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Bildirmişdir ki, Əmircan qəsəbəsi Qulu Quliyev ev 49 ünvanında qardaşı Şahbazov Nadirin xüsusi mülkiyyətindəki həyətyanı torpaq sahəsindən ev tikintisi üçün 1 sotu onlara satmasını xahiş etmişlər. Çıxılmaz vəziyyətlərini nəzərə alan qardaşı öz torpaq sahəsindən dəyəri 12000 AZN olmaqla 1 sotunu onlara satmışdır. Bununla belə evi tikib istifadəyə yararlı hala gətirilməsi üçün pul yetmirdi. 2018-ci ilin aprel ayında evin dəyərini 25300 AZN müəyyənləşdirərək satmış, 5300 AZN məbləğində pulu oğlunun əməliyyat olunması üçün istifadə etdikdən sonra qalan məbləğlə ev axtarmağa başlamışdır. Hazırda cavabdehin və övladlarının yaşadığı Bakı şəhəri, 2-ci Alatava yaşayış sahəsi, 2M saylı 2 otaqlı, kommunal şəraitli evi onun sahibi ilə 11000 AZN dəyərində razılaşıb satın almışlar. Evin əsaslı təmirə ciddi ehtiyacı olduğu üçün 3 ay təmirçilərlə bərabər işləyib tam təmirli vəziyyətə gətirdiklərini və təmir üçün işlədilən tikinti materiallarına və ustaların zəhmət haqlarına birlikdə 8000 AZN pul xərcləmişlər. Həmin vaxtdan hazıradək müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 2020-ci ilin noyabr ayının sonlarında evin keçmiş sahibinin ona telefon vasitəsi ilə evdə qaz sızması nəticəsində partlayış olduğunu və yanğın baş verdiyini bildirdiyini qeyd etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən İddiaçı ünvan 1 saylı evinə köçürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Mübahisəli mənzili xx.xx.2018-ci il tarixdə Pərviz adlı şəxsdən Bakı şəhəri 43 saylı notariat kontorunda 11000 manat məbləğində pulu ödəyərək aldığını, evə dair kommunal ödənişləri də özünün etdiyini bildirmişdir. Evdə yanğın baş verdiyi üçün evdə yaşaya bilmədiklərini, kirayədə qaldıqlarını, evin təmir olunduğunu və istifadəyə yararlı hala gələnədək kirayədə qalacalarını qeyd etmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təqdim etdiyi AK-1/30286 saylı qazdan istifadə qaydalarına 2 nömrəli əlavəyə əsasən görünür ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında xx.xx.2018 –ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxx 2018-ci il tarixli ərizəyə əsasən görünür ki, Cavabdeh 11000 manat məbləğində pulu X2 ödəmiş, X3 11000 manatın ödəndiyini notarial qaydada təsdiq etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının ünvan 1 saylı yaşayış sahəsinə köçürülməsinə dair hər hansı maddi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin iddiaçı qeyd edilən yaşayış sahəsini onun vəsaiti hesabına alındığını və onun tərəfindən təmir edildiyini bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş və iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi tələbinə dair İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar