Məhkəmə qərarları › İş №2(004)-2159/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2159/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2159/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə “İddiaçı" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 412/F23 N«-li kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 9324.01 manat əsas, 1913.58 manat faiz, 1090,91 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1.962.09 manat, cəmi 14290,59 manat (on dörd min iki yüz doxsan manat, əlli doqquz qəpik) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat tutularaq ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m. yaşayış sahəsi 32.0 kv m. köməkçi sahəsi 0 kv m olan. 2 otaqlı, 15 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılması, satıldıqdan bir ay sonra boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 412/F23 №-li təminatlı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 6% (altı) faiz ödənilmək şərtilə, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş xx xxxxxx 2018-ci il tarixində edilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2012-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən (Seriya MA № 0018313, Reyestr nömrəsi: **********31-05101-093002, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2009, 45 nömrəli reyestr kitabının 4249 nömrəli vərəqində qeydiyyata alınmışdır) Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındıqdan sonra mənzilin “İddiaçı" ASC-nin xeyrinə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən x xxxxxxx 2012-ci il tarixli RX seriyalı ******* nömrəli (reyestr nömrəsi: **********31-05101- O93002, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012, 45 nömrəli reyestr kitabının 4249 nömrəli vərəqəsində qeydiyyata alınmışdır) Çıxarış verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, eyni zamanda Cavabdeh1, Cavabdeh2 ilə ‘İddiaçı" ASC arasında xx.xx.2012-ci il tarixli, 412/F23 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu xx.xx.2012-ci il tarixli, 412/F23 №-li kredit müqaviləsinə əsasən, xx xxxxxx 2019-cu il tarixinə 9324,01 manat (doqquz min üç yüz iyirmi dörd manat, bir qəpik) əsas, 1913,58 manat (min doqquz yüz on üç manat, əlli səkkiz qəpik) faiz, 1090,91 manat (min doxsan manat, doxsan bir qəpik) cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1,962.09 manat (min doqquz yüz altmış iki manat, doqquz qəpik), cəmi 14.290 59 manat (on dörd min iki yüz doxsan manat, əlli doqquz qəpik) təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən “İddiaçı" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu “İddiaçı" ASC-nin ləğvedici təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlara əsasən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 412/F23 №-li təminatlı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 6% (altı) faiz ödənilmək şərtilə, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kreditin təminatı olaraq, tərəflər arasında xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən (Seriya MA № 0018313, Reyestr nömrəsi: **********31-05101-093002, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2009, 45 nömrəli reyestr kitabının 4249 nömrəli vərəqində qeydiyyata alınmışdır) Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. Eyni zamanda, kreditin təminatı olaraq, bankla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyəcəyi təqdirdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Cavabdeh, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizə ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m. yaşayış sahəsi 32.0 kv m. köməkçi sahəsi 0 kv m olan. 2 otaqlı, 15 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, xx.xx.2019-cu il tarixdə bildiriş qeydə alınmışdır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/930 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2012-ci il tarixli, 412/F23 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2015-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 137,85 manat məbləğində və xx.xx.2019-cu il tarixə (sualda göstərilən tarixə) əsas və faiz borcu ümumilikdə 8.726,84 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2015-ci il tarixə: faiz borcu üzrə 137,85 manat, xx.xx.2019-cu il tarixə: əsas borc üzrə 8726,84 manat, faiz borcu üzrə 0,00 manat. Ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 manat təşkil edir. Məhkəməyə daxil olmuş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 194/E saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 ünvanında yerləşən Cavabdeh2 yüklü olan, ümumi sahəsi 32.0 kv.m. yaşayış sahəsi 32.0 kv m. 15 nömrəli mənzilin real bazar dəyəri 27000 (iyirmi yeddi min) manat məbləğ təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə hesab edir ki, borclu Cavabdeh3 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə onu da qeyd edir ki, tələb zaminlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli 412/F23 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşlar. Müvafiq kredit razılaşması üzrə icra müddəti xx.xx.2015-ci il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə ilk dəfə zaminə qarşı kredit müqaviləsindən irəli gələn tələblər irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2015-ci ildir. Kreditor əsas öhdəliyin icrası vaxtından 01 il keçdikdən sonra (xx.xx.2019-cu il tarixdə) məhkəməyə müraciət etdiyindən zaminliyə xitam verilmişdir. Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verildiyindən iddia tələbi Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə əsas borc üzrə hesablanmış 1090,91 manat məbləğində dəbbənin azaldılaraq, 109 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh borclu Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə olan pul öhdəliyi digər Cavabdeh2 tərəfindən ipoteka ilə təmin edildiyindən borc tələbi kreditin təminatı kimi ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyumuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditini qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və ya o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə həmçinin qeyd edir ki, qiymətləndirmə rəyində göstərilən məbləğlər əsas götürülməklə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 ünvanında yerləşən Cavabdeh2 yüklü olan, ümumi sahəsi 32.0 kv.m. yaşayış sahəsi 32.0 kv m. 15 nömrəli mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyində göstərilən məbləğlər və iddia ərizəsində göstərilən məbləğlər nəzərə alınmaqla iddia təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 412/F23 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh3 8726,84 manat əsas, 137,85 manat faiz, 109 manat cərimə, 1962,09 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5 faiz ilə hesablanan borc olmaqla, cəmi 10935,78 (on min doqquz yüz otuz beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tələb üzrə tutma Cavabdeh2 olunun mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməli, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılmalı, Bakı şəhəri, ünvan 3 açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmalıdır. İddia zaminlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizi iddiaçıya, 70 faizi Cavabdeh3 aid edilməklə, Cavabdeh3 21 (iyirmi bir) manat pul və 40 (qırx) qəpik xidmət haqqı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 30 faizi iddiaçıya, 70 faizi Cavabdeh3 aid edilməklə, iddiaçıdan 90 (doxsan) manat, Cavabdeh3 isə 210 (iki yüz on) manat pul tutularaq, “xxxx” MMC-nin hesabına (VÖEN: **********, “Kapital Bank” Hesab: AZ84AİİB********************) köçürülməli, ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 30 faizi iddiaçıya, 70 faizi Cavabdeh3 aid edilməklə, iddiaçıdan 60 (altmış) manat, Cavabdeh3 isə 140 (bir yüz qırx) manat pul tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 412/F23 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh3 8726,84 manat əsas, 137,85 manat faiz, 109 manat cərimə, 1962,09 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5 faiz ilə hesablanan borc olmaqla, cəmi 10935,78 (on min doqquz yüz otuz beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 olunun mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilsin. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilsin. Həmin mənzil açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh3 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Bakı şəhəri, ünvan 3 açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia zaminlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizi iddiaçıya, 70 faizi Cavabdeh3 aid edilməklə, Cavabdeh3 21 (iyirmi bir) manat pul və 40 (qırx) qəpik xidmət haqqı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 30 faizi iddiaçıya, 70 faizi Cavabdeh3 aid edilməklə, iddiaçıdan 90 (doxsan) manat, Cavabdeh3 isə 210 (iki yüz on) manat pul tutularaq, “xxxx” MMC-nin hesabına (VÖEN: **********, “Kapital Bank” Hesab: AZ84AİİB********************) köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 30 faizi iddiaçıya, 70 faizi Cavabdeh3 aid edilməklə, iddiaçıdan 60 (altmış) manat, Cavabdeh3 isə 140 (bir yüz qırx) manat pul tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar