Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2174/2020 19.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə 3 saylı “Asan” xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2018-ci il tarixdə Bakı 3 saylı Asan xidmət mərkəzində nikaha saxil olmuşlar. Onlar arasında el adətinə əsasən elçilik mərasimi olmuşdur. Nikaha tez daxil olmalarının səbəbi Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən güzəştlə mənzil almaq istəkləri olmuşdur. Lakin ev ala bilmədiyi üçün cavabdehin valideynləri tərəfindən narazılıqlara səbəb olmuş, nişan qayıtmış və toy olmamışdır. Aralarındakı nikah bağlandığı gündən etibarsızdır. Çünki cavabdehin ailə qurmaq niyyəti olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə iddianın etiraf edilməsinə dair ərizə təqdim edərək, iddiaçı ilə aralarındakı nikahın formal olduğunu bildirdi və məhkəmədən İddiaçı arasında bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1, 25.2, 25.4, 26-cı maddələrini, Azərbaycan Respublikası MPM-nin 52, 191.3, 220.4-cü maddələrini nəzərə alaraq müəyyən etdi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AZ-İİ 307994 nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X1 xx.xx.2018-ci il tarixdə 3992 saylı akt qeydi ilə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, iddianı etiraf edir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmiş, həmin etiraf ərizəsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, Cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu hal məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, tərəflər arasındakı bağlanmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə cavabdeh X1 arasında xx.xx.2018-ci il tarixdə 3992 saylı akt qeydi ilə 3 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2174/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2174/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver