Məhkəmə qərarları › İş №2(004)-2179/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2179/2023

31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2179/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu ərizəçi X1 maraqlı şəxslər Abşeron rayon İcra şöbəsi və "xxxx" MMC-yə qarşı “qətnamənin nəzərə alınması, icra məmurunun qanunsuz hərəkətləri və qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 maraqlı şəxslər Abşeron rayon İcra şöbəsi və "xxxx" MMC-yə qarşı “qətnamənin nəzərə alınması, icra məmurunun qanunsuz hərəkətləri və qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Növxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair cavabdeh tərəfindən tərtib edilmiş 27 aprel 2022-ci il tarixli 103 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesbatın ləğv edilməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2336/2021 saylı qətnaməsinin nəzərə alınması və bu işdə maraqlı şəxs olan Abşeron rayon İcra şöbəsinin icraçısının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi X1 maraqlı şəxslər Abşeron rayon İcra şöbəsi və "xxxx" MMC-yə qarşı “qətnamənin nəzərə alınması, icra məmurunun qanunsuz hərəkətləri və qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair ərizəsi xüsusi icraat qaydasında verilmişdir. Lakin iş materiallarından görünür ki, tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin ərizədə göstərilmiş tələblə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qanunvercilikdə göstərilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi X1 maraqlı şəxslər Abşeron rayon İcra şöbəsi və "xxxx" MMC-yə qarşı “qətnamənin nəzərə alınması, icra məmurunun qanunsuz hərəkətləri və qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair ərizəsi iddia icraatı qaydasında verilməli olduğundan ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi X1 maraqlı şəxslər Abşeron rayon İcra şöbəsi və "xxxx" MMC-yə qarşı “qətnamənin nəzərə alınması, icra məmurunun qanunsuz hərəkətləri və qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar