Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2188/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 386,76 (üç yüz səksən altı manat yetmiş altı qəpik) manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında verilmiş, lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin təşəbbüsü ilə müvafiq qərardad qəbul edilməklə ilə iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan abonent kart hesabından çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh 386,76 (üç yüz səksən altı manat yetmiş altı qəpik) manat borcu vardır. İş materiallarında olan Azərsu ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 567-ci maddəsi çıxış edir. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə ki, iddiaçı Azərsu ASC ilə Cavabdeh arasında sudan istifadəyə dair xx.xx.1997ci il tarixli 10033288 nömrəli müqavilə üzrə öhdəlik münasibətləri yaranmış və həmin müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüşlər. İddiaçı “Satıcı” qismində müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh “Alıcı” qismində öhdəliklərin icrasından yayınmış və sudan istifadəyə görə ödəməli olduğu pul məbləğini ödəməmişdir. Bu səbəbdən, tərəflər arasında yaranmış münasibətlər alqı-satqı münasibətləri olduğundan mübahisənin qanuni əsası MM-in 567-ci maddəsi çıxış etməlidir. Bundan əlavə, MM-in 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası 551.2.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətidir. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Nəticədə, sözügedən iddia tələbi üzrə mübahisə vaxtaşırı ödənişlər barədə tələblər kateqoriyasına aiddir və mübahisənin predmeti 2014-cü ildən etibarən yaranmış öhdəlik münasibətlərinə aid olsa da, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edilmədiyindən iddia müddətinin tətbiq olunması mümkün hesab olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 386,76 (üç yüz səksən altı manat yetmiş altı qəpik) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 386,76 (üç yüz səksən altı manat yetmiş altı qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2188/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2188/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver