Məhkəmə qərarları › İş №2(004)-2189/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2189/2020

27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2189/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladı - xx.xx.2019-cu il təvəllüdlü X2 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilinə (yeni qaydalarla AZ1141, Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 125 M4 m2) olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh onun doğma qızıdır. Onun qızı Cavabdeh xx.xx.2018-ci il tarixdə X7 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və ərinin yaşadığı evə gəlin köçmüşdür. O, qızı Aygünə el adəti ilə xx.xx.2018-ci il tarixdə toy etmiş və cehiz əmlakı verərək, ərinin evinə yola salmışdır. X3 Qazax rayonunda və Bakı şəhərində iki evi var. xx.xx.2018-ci il tarixdən qızı Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilində yaşamır. Cavabdeh xx.xx.2018-ci il tarixdən X7 ilə birlikdə özlərinə məxsus olan evdə yaşayırlar və birgə nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü Atilla adlı bir uşaqları vardır. Hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən daimi yaşamaq üçün ərinin evinə köçdüyünə görə, onun ailə üzvü sırasından çıxmış və onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüququnu itirmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək, iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, xx.xx.2018-ci il tarixdə X7 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. xx.xx.2018-ci il tarixdə toyları olmuş və toydan sonra yaşadığı atası İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 saylı evin 11 saylı mənzilindən gəlin köçərək əri ilə birlikdə yaşamağa başlamışdır. xx.xx.2018-ci il tarixdən atasının evində yaşamır. Elton Əbdurəhmanovla birgə nikahından X5 adlı bir uşağı var. Hal-hazırda əri və uşağı ilə birlikdə Göygöl rayonunda kirayədə yaşayırlar. Ailə qurarkən atası ona cehiz əşyaları alıb vermişdir. Cavabdeh xahişi ilə məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 16:40-a təxirə salınmışdır, bu barədə Cavabdeh məhkəmə bildirişi təqdim edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il tarixli elektron çıxarışdan müəyfən edilir ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 60 nömrəli evin 11 nömrəli mənzili (yeni qaydalarla: AZ1141 Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi 125 M4 mənzil 2) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli vərəqində xx.xx.2019-cü il tarixdə qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilində İddiaçı, X1, X6, Cavabdeh və X8 qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi,işin araşdırılmış həqiqi halları və tərəflərin izahatları ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı doğma qızıdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə X7 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və ərinin yaşadığı evə gəlin köçmüşdür. İddiaçı qızı Aygünə el adəti ilə toy etmiş və cehiz əmlakı verərək, xx.xx.2018-ci il tarixdə ərinin evinə yola salmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdən atasının mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilindən çıxaraq, daimi yaşamaq üçün əri X3 evinə köçmüşdür. Cavabdeh əri X7 ilə birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Atilla adlı bir uşağı var və onlar birlikdə öz evlərində yaşayırlar. Cavabdeh xx.xx.2018-ci il tarixdən daimi yaşamaq üçün ərinin evinə köçməklə, iddiaçının ailə üzvü sırasından çıxmış və iddiaçının mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüququnu itirmişdir. Bu səbəbdən cavabdehin iddiaçının mülkiyyətində olan mənzlə istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkündür. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Odjur ki, məhkəmə qeyd edir ki, Cavabdeh və onun azyaşlı övladı - xx.xx.2019-cu il təvəllüdlü X2 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilinə (yeni qaydalarla AZ1141, Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 125 M4 m2) olan istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və onun azyaşlı övladı - xx.xx.2019-cu il təvəllüdlü X2 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilinə (yeni qaydalarla AZ1141, Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 125 M4 m2) olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə, Cavabdeh və azyaşlı övladı - xx.xx.2019-cu il təvəllüdlü X2 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 60 nömrəli evin 11 nömrəli mənzilindən (yeni qaydalarla AZ1141, Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 125 M4 m2) qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar