Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2190/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzili dövlət mənzil fondunun balansında olmaqla İddiaçı babası X12 məxsus olmuşdur. İddiaçı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində babası X18, anası X13, atası Azad Şıxəliyev və xəstə xalası X14 ilə birlikdə yaşamışlar. Cavabdeh İddiaçı doğma xalasıdır. Cavabdeh 1990-cı ildə X28 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və yaşadığı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilindən gəlin köçərək ərinə məxsus Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən evə getmişdir. Cavabdeh 3-4 ay Biləcəridə yaşadıqdan sonra əri X28 ilə birlikdə köçüb X11 şəhərinə getmişdir. Hazırda ailəsi ilə birlikdə daimi olaraq İzmir şəhərində yaşayır və Turkiyə Cumhuriyyətinin vətəndaşıdır. Bu barədə cavabdehə “X19” adı ilə 19.11.2012-ci il tarixdə 19.11.2022-ci ilə kimi etibarlı olan Turkiyə Cumhuriyyəti vətəndaşının U05461241 nömrəli pasportu verilmişdir. İddiaçının babası X18 04.02.2001-ci ildə vəfat etmişdir. İddiaçının anası X13 və atası Azad Şıxəliyev öz vəsaitləri hesabına X15 dəfn etmiş və yas mərasimlərini keçirmiş, ona qəbir daşı qoymuşlar. Cavabdeh atası Hacan Abdullayev vəfat edəndə 2001-ci ildə yas mərasiminə gəlmiş, iştirak etmiş və yenidən İzmirə qayıtmışdır. Mənzilin əsas icarədarı olan Hacan Abdullayev vəfat etdikdən sonra, icarə müqaviləsinin onun ailə üzvlərindən birinin adına dəyişdirilməsinə zərurət yaranmışdır. İddiaçının nənəsi X20 20.03.1997-ci ildə vəfat etdiyinə, xx.xx.1987-ci il təvəllüdlü X21 həmin vaxt yetkinlik yaşına çatmadığına, X14 ruhi xəstə olduğuna, X13 və Azad Şıxəliyev isə mənzildə qeydiyyatda olmadıqlarına görə razılaşmışlar ki, mənzilin icarə müqaviləsini iddiaçının xalası Cavabdeh adına dəyişdirsinlər. X2 və digər ailə üzvlərinin razılığı ilə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinin icarə müqaviləsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.01.2006-cı il tarixli 20 nömrəli sərəncamı ilə X9 ölümü ilə əlaqədar mərhumun qızı Cavabdeh adına dəyişdirilmiş, ailə tərkibi üç nəfər - özü, bacısı X14 və bacısı qızı X21 göstərilmişdir. Mənzilin icarə müqaviləsi Cavabdeh adına dəyişdirilsə də, Cavabdeh 1990-cı ildən həmin mənzildə daimi olaraq yaşamamış və 2006-cı ildən sonra da yaşamamışdır. Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində iddiaçı X21, anası X13 və atası Azad Şıxəliyev və xalası X14 yaşamağa davam etmişlər, ruhi xəstə olan X6 iddiaçı X21 və anası X13 qulluq etməyə davam etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli 2(004)-564/2012 nömrəli qətnaməsi ilə X2 ərizəsinə əsasən 07.10.1957-ci ildə Bakı şəhərində doğulmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.04.2012-ci il tarixli 97 nömrəli sərəncamı ilə X13 fəaliyyət qabiliyyəti olmayan bacısı 07.10.1957-ci il təvəllüdlü X6 qəyyum təyin edilmişdir. X14 25.10.2013-cü ildə vəfat etmişdir. İddiaçı və anası X13 mərhum X7 dəfn etmişlər, yas mərasimlərini keçirmiş və qəbir daşını düzəldirmişlər. 2013-cü ildə İddiaçı atası Azad Şıxəliyev vəfat etmişdir. Cavabdeh iddiaçının atası Azad Şıxəliyev vəfat edəndə gəlmiş, qırxında isə onun əri X28 yas yerinə gəlmişdir. Yas mərasimindən sonra Cavabdeh yenidən Türkiyyəyə qayıtmışdır. X3 ölümündən sonra İddiaçı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində öz ailəsi və anası X13 ilə birlikdə yaşayır, mənzilin bütün kommunal xidmət haqlarını ödəyir və mənzilin yararlı vəziyyətdə saxlanılması üçün lazım olan xərcləri öz vəsaitləri hesabına ödəyirlər. Cavabdeh 1990-cı ildən qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilindən köçüb başqa ünvana gəlin getdiyinə və həmin vaxtdan əri ilə birlikdə özlərinə məxsus olan Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən evdə yaşadığına, daha sonra isə ailəsi ilə birlikdə X11 şəhərinə köçdüyünə və hazırda da orada yaşadığına, 1990-cı ildən sonra daimi yaşamaq üçün Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə qayıtmadığına görə, 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə olan istifadə hüququnu itirmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş göndərilmişdir. Lakin cavabdeh orada yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə 40 nömrəli MKİS tərəfindən müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. X4 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 20 ildir ki, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 38 nömrəli mənzilində öz ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində X13, əri Azad Şıxəliyev, oğlu Saleh, qızı İddiaçı, Ülkərin əri və iki uşağı, həmçinin ruhi xəstə olan bacısı X14 ilə birlikdə yaşamışdır. X14 5-6 il olar ki, vəfat edib. X6 bacısı X13 və onun qızı İddiaçı qulluq etmişlər. Cavabdeh X2 bacısıdır. O, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində yaşadığını görməmişdir. Pandemiyadan əvvəl qonşu kimi biri-birinin evinə gedib-gəlmişlər, söhbət əsnasında X13 bacısı Cavabdeh Türkiyədə yaşadığını ona bildirmişdi. X5 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 41 nömrəli mənzilində doğulduğu vaxtdan 1961-ci ildən öz ailəsi ilə birlikdə yaşayır. Hazırda Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində X13, oğlu Saleh, qızı İddiaçı, Ülkərin əri və iki uşağı yaşayırlar. Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzili X2 atası X12 məxsus olmuşdur. Cavabdeh İddiaçı xalasıdır. Cavabdeh 1990-cı ildə ərə getmişdir, həmin vaxtdan Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində yaşamır. X18 2001-ci ildə ölmüşdür. Cavabdeh atası öləndə yas yerinə gəlmişdi. X9 vəfatından sonra İddiaçı və anası X13 Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində onlarla birlikdə yaşayan X10 qulluq etmişlər. X17 2013-cü ildə vəfat etmişdir. X8 dəfn və yas mərasimlərini bacısı X13 təşkil etmiş və öz vəsaiti hesabına xərocini ödəmiş, bacısına qəbir daşı düzəltdirmişdir. X2 dediyinə görə bacısı Cavabdeh öz ailə ilə Türkiyədə yaşayır. O, sonuncu dəfə Cavabdeh 2001-ci ildə atası Hacan Abdullayev vəfat edəndə yas yerində görüşmüş, baş sağlığı vermişdir. O, Cavabdeh 1990-cı ildə ərə gedəndən sonra Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində yaşadığını görməmişdir. Onun mənzili ikinci, iddiaçının yaşadığı mənzil isə üçüncü mərtəbədə yerləşir. X1 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun doğma qızı, Cavabdeh isə doğma bacısıdır. Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzili dövlət mənzil fondunun balansında olmaqla onun atası X12 məxsus olmuşdur. O, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində atası X18, əri Azad Şıxəliyev, oğlu Saleh Şıxəliyev, qızı İddiaçı və xəstə bacısı X14 ilə birlikdə yaşamışdır. Bacısı Cavabdeh 1990-cı ildə X28 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və yaşadığı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilindən gəlin köçərək ərinə məxsus Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən evə getmişdir. Cavabdeh 3-4 ay Biləcəridə yaşadıqdan sonra əri X28 ilə birlikdə köçüb Türkiyənin İzmir şəhərinə getmişdir. Hazırda Cavabdeh öz ailəsi ilə birlikdə daimi olaraq İzmir şəhərində yaşayır və Turkiyə Cumhuriyyətinin vətəndaşıdır. Turkiyə Cumhuriyyəti vətəndaşı olmasına dair pasportu var. Onun atası X18 04.02.2001-ci ildə vəfat etmişdir. O, əri Azad Şıxəliyevlə birlikdə öz vəsaitləri hesabına atası Hacan Abdullayevi dəfn etmiş və yas mərasimlərini keçirmiş, ona qəbir daşı qoymuşdur. Bacısı Cavabdeh ataları Hacan Abdullayev vəfat edəndə 2001-ci ildə yas mərasiminə gəlmiş və yasdan sonra yenidən İzmirə qayıtmışdır. Mənzilin əsas icarədarı olan atası Hacan Abdullayev vəfat etdikdən sonra, icarə müqaviləsinin ailə üzvlərindən birinin adına dəyişdirilməsinə zərurət yarandı. Onun anası X20 20.03.1997-ci ildə vəfat etdiyinə, qızı xx.xx.1987-ci il təvəllüdlü X21 həmin vaxt yetkinlik yaşına çatmadığına, bacısı X14 ruhi xəstə olduğuna, onun və Azad Şıxəliyevin isə mənzildə qeydiyyatı olmadığına görə razılaşmışlar ki, mənzilin icarə müqaviləsini bacısı Cavabdeh adına dəyişdirsinlər. Onların razılığı ilə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinin icarə müqaviləsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.01.2006-cı il tarixli 20 nömrəli sərəncamı ilə X9 ölümü ilə əlaqədar mərhumun qızı Cavabdeh adına dəyişdirilmiş, ailə tərkibi üç nəfər - özü, bacısı X14 və bacısı qızı X21 göstərilmişdir. Mənzilin icarə müqaviləsi Cavabdeh adına dəyişdirilsə də, Cavabdeh 1990-cı ildən həmin mənzildə daimi olaraq yaşamamış və 2006-cı ildən sonra da yaşamamışdır. O, Cavabdeh aitasının vəfatından sonra Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə köçməsini və xəstə bacısı X6 qulluq etməsini təklif etmişdir. Lakin bacısı Cavabdeh ona mənzilə ehtiyacı olmadığını və Türkiyədə yaşadığına görə bacısına qulluq edə bilməyəcəyini bildirmişdir. Bacısı Cavabdeh bildirmişdir ki, X6 qulluq etməyi ona və qızı Ülkərə təklif etmiş və mənzilə dair hər hansı bir iddiası olmayacağını demişdir. Bu səbəbdən o, özünə məxsus olan evini satmış və daimi yaşamaq üçün Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə bacısı Esmira Abdullayevanın və qızı Ülkərin yanına öz ailəsi ilə birlikdə köçmüşdür. O, 2007-ci ildə Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə qeydiyyata alınmışdır. O, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində öz ailə üzvləri və bacısı X14 ilə birlikdə yaşamağa davam etmişdir. O, qızı X21 ilə birlikdə ruhi xəstə olan bacısı X6 qulluq etməyə davam etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli qətnaməsi ilə onun ərizəsinə əsasən 07.10.1957-ci ildə Bakı şəhərində doğulmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.04.2012-ci il tarixli 97 nömrəli sərəncamı ilə o, fəaliyyət qabiliyyəti olmayan bacısı X6 qəyyum təyin edilmişdir. X14 25.10.2013-cü ildə vəfat etmişdir. O, mərhum bacısı X7 dəfn etmiş, yas mərasimlərini keçirmiş və qəbir daşını düzəldirmişdir. 2013-cü ildə onun əri Azad Şıxəliyev də vəfat etmişdir. Bacısı Cavabdeh onun əri Azad Şıxəliyev vəfat edəndə Bakıya gəlmiş, qırxında isə Elviranın əri X28 yas yerinə gəlmişdi. Sonra Cavabdeh yenidən Türkiyyəyə qayıtmışdır. Hazırda o, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində oğlu Saleh, qızı İddiaçı və onun ailəsi ilə birlikdə yaşayır, mənzilin bütün kommunal xidmət haqlarını ödəyir və mənzilin yararlı vəziyyətdə saxlanılması üçün lazım olan xərcləri öz vəsaitləri hesabına ödəyirlər. Cavabdeh 1990-cı ildən Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilindən köçüb getmişdir. Hazırda Cavabdeh öz ailəsi ilə birlikdə İzmir şəhərində yaşayır, Bakıya gələndə isə Bakı şəhəri Biləcəri qəsəbəsində ərinə məxsus olan evlərində qalır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları, iddiaçının nümayəndəsi və vəkilinin izahatından, şahadlərin ifadələrindən və rəsmi sənədlərdən müəyyən edilir ki, Cavabdeh İddiaçı doğma xalasıdır. Onların qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzili dövlət mənzil fondunun balansında olmaqla İddiaçı babası və cavabdehin atası X12 məxsus olmuşdur. Cavabdeh 1990-cı ildə X28 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və yaşadığı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilindən gəlin köçərək ərinə məxsus Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən evə getmişdir. Cavabdeh 3-4 ay Biləcəridə yaşadıqdan sonra əri X28 ilə birlikdə köçüb X11 şəhərinə getmişdir. Cavabdeh hazırda ailəsi ilə birlikdə daimi olaraq İzmir şəhərində yaşayır və Turkiyə Cumhuriyyətinin vətəndaşıdır. İddiaçı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində babası X18, anası X13, atası Azad Şıxəliyev və xəstə xalası X14 ilə birlikdə yaşamışlar. X18 04.02.2001-ci ildə vəfat etmişdir. İddiaçının anası X13 və atası Azad Şıxəliyev öz vəsaitləri hesabına X15 dəfn etmiş və yas mərasimlərini keçirmiş, ona qəbir daşı qoymuşlar. Cavabdeh atası Hacan Abdullayev vəfat edəndə 2001-ci ildə yas mərasiminə gəlmiş, iştirak etmiş və yenidən İzmirə qayıtmışdır. Mənzilin əsas icarədarı olan Hacan Abdullayev vəfat etdikdən sonra, icarə müqaviləsinin onun ailə üzvlərindən birinin adına dəyişdirilməsinə zərurət yaranmışdır. Hacan Abdullayevin arvadı X20 20.03.1997-ci ildə vəfat etdiyinə, xx.xx.1987-ci il təvəllüdlü Şıxəliyeva (Məmmədova) Ülkər Azad qızı həmin vaxt yetkinlik yaşına çatmadığına, X14 ruhi xəstə olduğuna, X13 və Azad Şıxəliyev isə mənzildə qeydiyyatda olmadıqlarına görə razılaşmışlar ki, mənzilin icarə müqaviləsini Cavabdeh adına dəyişdirsinlər. X2 və digər ailə üzvlərinin razılığı ilə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinin icarə müqaviləsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.01.2006-cı il tarixli 20 nömrəli sərəncamı ilə X9 ölümü ilə əlaqədar mərhumun qızı Cavabdeh adına dəyişdirilmiş, ailə tərkibi üç nəfər - özü, bacısı X14 və bacısı qızı X21 göstərilmişdir. Mənzilin icarə müqaviləsi Cavabdeh adına dəyişdirilsə də, Cavabdeh 1990-cı ildən həmin mənzildə daimi olaraq yaşamamış və 2006-cı ildən sonra da yaşamamışdır. Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində İddiaçı, anası X13 və atası Azad Şıxəliyev və xalası X14 yaşamağa davam etmişlər, ruhi xəstə olan X6 İddiaçı və anası X13 qulluq etməyə davam etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli 2(004)-564/2012 nömrəli qətnaməsi ilə X2 ərizəsinə əsasən 07.10.1957-ci ildə Bakı şəhərində doğulmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.04.2012-ci il tarixli 97 nömrəli sərəncamı ilə X13 fəaliyyət qabiliyyəti olmayan bacısı 07.10.1957-ci il təvəllüdlü X6 qəyyum təyin edilmişdir. X14 25.10.2013-cü ildə vəfat etmişdir. İddiaçı və anası X13 mərhum X7 dəfn etmişlər, yas mərasimlərini keçirmiş və qəbir daşını düzəldirmişlər. 2013-cü ildə İddiaçı atası Azad Şıxəliyev vəfat etmişdir. Cavabdeh iddiaçının atası Azad Şıxəliyev vəfat edəndə Bakıya gəlmiş, qırxında isə onun əri X28 yas yerinə gəlmişdir. Yas mərasimindən sonra Cavabdeh yenidən Türkiyyəyə qayıtmışdır. X3 ölümündən sonra İddiaçı Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilində öz ailəsi və anası X13 ilə birlikdə yaşayır, mənzilin bütün kommunal xidmət haqlarını ödəyir və mənzilin yararlı vəziyyətdə saxlanılması üçün lazım olan xərcləri öz vəsaitləri hesabına ödəyirlər. Sərhədkeçmə məlumatlarından müəyyən edilir ki, Cavabdeh sonuncu dəfə 02.03.2019-cu il tarixdə Azərbaycan Respublikasının sərhədindən kənara çıxmış və X11 şəhərinə getmişdir. Cavabdeh hazırda ailəsi ilə birlikdə daimi olaraq İzmir şəhərində yaşayır və Turkiyə Cumhuriyyətinin vətəndaşıdır. Bu barədə cavabdehə “X19” adı ilə 19.11.2012-ci il tarixdə 19.11.2022-ci ilə kimi etibarlı olan Turkiyə Cumhuriyyəti vətəndaşının U05461241 nömrəli pasportu verilmişdir. Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilindən 1990-cı ildən köçüb başqa ünvana gəlin getdiyinə və həmin vaxtdan əri ilə birlikdə özlərinə məxsus olan Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən evdə yaşadığına, daha sonra isə ailəsi ilə birlikdə X11 şəhərinə köçdüyünə və hazırda da orada yaşadığına, 1990-cı ildən sonra daimi yaşamaq üçün Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə qayıtmadığına və həmin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxdığına görə, 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə olan istifadə hüququ, gəlin köçdüyü vaxtdan itirilmiş hesab edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hazırkı mənzil hüquq münasibətləri 1990-cı ildə və 17.01.2006-cı ildə əmələ gəldiyindən hazırkı mübahisəli hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29.03.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Odur ki, məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilsin. Bu qətnamə, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsindəki 108 nömrəli evin 44 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2190/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2190/2021
17.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver