Məhkəmə qərarları › İş №2(004)-2191/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2191/2021

08.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2191/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Məhkəmə iclas katibi X3, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xxxx” KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin “xxxx” KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, A.M.Şərifzadə küçəsində yerləşən 96 saylı evin 1 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, həmçinin cavabdehlərdən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 96 saylı evin 1 saylı mənzili əvvəlcə xüsusi mülkyyət hüququ əsasında Cavabdeh1 məxsus olmuş, kreditin qaytarılmasının təminatı kimi Bankın (hazırki işdə iddiaçının) xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli qətnamə ilə mənzilə tutmanın yönəldilməsi və mənzilin hərracda satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra "xxxx" KB ASC mənzili hərracda almış, hərrac təşkilatı ilə Bankın arasında hərracın yekunları üzrə mənzilin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin əsasında Bankın mənzil üzərində mülkiyyət hüququ xx.xx.2019cu il tarixində dövlət reyestrində qeydə alınmış, bu barədə reyestrdən çıxarış verilmişdir. Mənzil hazırda Bankın mülkiyyətindədir. Mənzil "ipoteka predmeti", bank "ipoteka saxlayan", cavabdeh isə 'ipoteka qoyan' olduğundan, hazırki iddia ipoteka münasibətlərinə əsaslandığından cavabdehin mənzildən çıxarılmalı olub-olmadığı haqqında məsələ "İpoteka haqqında" Qanunun müddəalarına uyğun həll edilməlidir. Həmin Qanunun 59.3-cü ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən müddəanın tələbləri baxımından cavabdehin mənzili tərk etmək vəzifəsi yaranmışdır, çünki mənzil satılmış və mənzilin satılmasından 1 aydan çox vaxt keçmişdir. Ona görə də, cavabdehin mənzildən çıxarılması və mənzil boşaldılaraq Banka təhvil verilməlidir. Bundan başqa, mənzil üzərində bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi siibuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə isə Bank mənzilin mülkiyyətçisidir. Cavabdehin isə mənzilə mülkiyyət hüququ xitam olundğundan o, "xxxx" KB ASC-nin mülkiyyətində olan mənzilə qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu səbəbdən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsində yerləşən 96 saylı evin 1 saylı mənzili istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Məhkəmə iclasında iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2 iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8596/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” KB ASC-nin xeyrinə Cavabdeh1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 14874,69 ABŞ dolları əsas, 1068,09 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15992,78 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun 28 manat hissəsinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 96 saylı evin 1 saylı mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına “xxxx” KB ASC-yə ümumilikdə 15992,78 ABŞ dolları pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun 28 manat hissəsinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42.000 manat məbləğində müəyyən edilməsi, mübahisəli mənzilə tutma yönəldikdə və o satıldıqda həmin mənzildə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzili boşaldaraq ən geci bir ay ərzində oradan məcburi qaydada çıxarılmaları qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(105)-460/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8596/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin Cavabdeh1 Ağabaia oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 96 saylı evin 1 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra onun bir ay ərzində boşaldılması hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə rədd olunması, qətnamənin "xxxx” K.B ASC-nin xeyrinə Cavabdeh1 Ağabaia oğlundan qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 14874,69 ABŞ dolları əsas, 1068,09 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15992,78 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun 28 manat hissəsinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 Ağabaia oğlunun mülkiyyətində olan Bakı səhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 96 saylı evin 1 saylı mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına "xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 15992,78 ABŞ dolları pul vəsaitinin sə 30 manat ödənilmiş dövlət rüsumunun 28 manat hissəsinin ödənilməsi, ipoteka precimetinin ilkin satış qiymətinin 42.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 96, mənzil 1 xüsusi mülkiyyət hüququ üzrə "xxxx” KB ASC – nin adına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54623 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8596/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc olaraq hesablanmış məbləğin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi, əmlakın hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi və əmlakın boşaldılması” tələbinə dair iddiası qismən təmin edilmişdir. Mübahisəli əmlak DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışa (Seriya RX, nömrə 1457213) əsasən mülkiyyət hüququ əsasında “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özlərinə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 96 saylı evin 1 nömrəli mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 96 saylı evin 1 nömrəli mənzilindən çıxarılsınlar və həmin mənzil boşaldılsın. Cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq iddiaçı “xxxx” KB ASC –yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar