Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2192/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafail qızının və İddiaçı2 Rafail qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdən istifadə üçün maneələrin aradan qaldırılması və əmlak” tələbinədair ilkin və ilkin iddia üzrə cavabdeh qarşılıqlı idddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə idddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafail qızı və İddiaçı2 Rafail qızına qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafail qızının və İddiaçı2 Rafail qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdən istifadə üçün maneələrin aradan qaldırılması və əmlak” tələbinədair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı idddia üzrə iddiaçı Cavabdeh1 Yusof oğlunun ilkin iddia üzrə idddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafail qızı və İddiaçı2 Rafail qızına qarşı “ “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafail qızı və İddiaçı2 Rafail qızı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizələrinin baxılmadan saxlanmasını xahiş etmişlər. Həmçinin ilkin iddia üzrə cavabdeh qarşılıqlı idddia üzrə iddiaçı Cavabdeh1 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsinin baxılmadan saxlanmasını xahiş etmişdir. Məhkəmə ərizələri araşdıraraq hesab edir ki, tərəflərin ərizələri təmin edilməli və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 185, 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafail qızının və İddiaçı2 Rafail qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətdən istifadə üçün maneələrin aradan qaldırılması və əmlak” tələbinədair ilkin və ilkin iddia üzrə cavabdeh qarşılıqlı idddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə idddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Rafail qızı və İddiaçı2 Rafail qızına qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2192/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2192/2020
08.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver