Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2205/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya vermədən xitam verilməsi və mənzilə hüququn itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-Yaqubova X1 verilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzilə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Q.Məmmədov iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh-Cavabdeh müvafiq kompensasiya ödənilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbinin dəqiqləşməsinə dair vermiş olduğu ərizənin məzmununa uyğun izahat verərək, Cavabdeh iddiaçının doğma qızıdır. O, ailəlidir və ailəsi ilə birlikdə Binəqədi rayonunda yaşayır. Cəmilə anadan olandan ailə qurduğu vaxta kimi mübahisəli evdə yaşayıb, indi də bəzən anasıgildə qalır. İddiaçı evi oğluna bağışlamaq istəyir, lakin cavabdeh icazə vermir. Ev 2004-cü ildə iddiaçı tərəfindən alınıb və çıxarış da 2004-cü ilə aiddir. Ona görə də iddiaçının nümayəndəsi və vəkili Q.Məmmədov cavabdeh-Cavabdeh müvafiq kompensasiya ödənilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM №188328 seriyalı Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə reyestr kitabında 15.04.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 347037 seriyalı nikah haqqındakı şəhadətnamənin surətindən müəyyən olunur ki, cavabdeh Yaqubova X2 Vüqar Vətən oğlu ilə 23.11.2019cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 22.05.2004cü il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bundan əlavə mübahisəli mənzildə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh da qeydiyyatdadır. İş materiallarında Bakı şəhəri Yasamal rayonu 24 saylı Mənzil Kommunal İstismar sahəsinin işçiləri Q.Kərimov, A.Həsənova, T.Məmmədova, İ.Quliyev, F.Quliyeva tərəfindən tərtib olunmuş 04.05.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh 2019-cu ildən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilində yaşamır. Məhkəmə tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə ünvanlamış sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilində yaşamadığından bildirişin çatdırılması mümkün olmamışdır. İş materillarında olan AZEMİS elektron məhkəmə çıxarışına əsasən müəyyən edilir ki, Cavabdeh adına heç bir əmlak mövcud deyildir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, istifadə hüququnun yarnması məhkəmə tərəfindən müəyən edilə bilmədiyindən, həmçinin istifadə münasibətləri mövcud olsa belə, kompensassiyasız xitam verilməsi üçün əsaslar təsdiq edilmədiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin mübahisəli mənzildə formal olaraq qeydiyyatda olduğuna istinad etmiş və xahiş etdim hissədə istifadə hüququna xitam verilməsini istəmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, qeydiyyat istifadə hüququ yaratmır. İddiaçı, iddia ərizəsində istifadə hüququna xitam verilməsini xahiş etsə də, bu hüququn yaranması (ümumiyyətlə yaranıb-yaranmaması, yarandığı təqdirdə hansı tarixdən yaranması) və onun aradan qaldırılması üçün mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin mənzilə istifadə hüququnun yaranması vaxtı müəyyən olunmadığından, istifadə hüququnun yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə mübahisəli hüquq münasibətinin yaranması vaxtını və buna uyğun tətbiq edilməli olan maddi hüquq normasını müəyyən edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin mənzildə qeydiyyatda olması onun həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz. Bundan əlavə iddiaçı cavabdehin ailə həyatı quraraq ünvan 2 ünvanında öz ailəsi ilə birlikdə yaşadığını qeyd etsə də, şəxsi servitit zərurətinin aradan qaldırılmasına dair hər hansı mötəbər sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin mənzildə yaşamaması və nikaha girməsi istifadə hüququna kompensassiyasız xitam verilməsi üçün yetərli deyildir. İstifadə hüququ məhdud əşya hüququ olduğundan, bu hüquq əşya ilə bağlı olduğundan, şəxsin mənzildə yaşamaması, nikaha girməsi bu hüququn xitamına səbəb olmur, bunun üçün iddiaçı tərəf şəxsin istifadə ehtiyaclarının aradan qaldırılmasına dair mötəbər sübutlar təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2205/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2205/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver