Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2206/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun - xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi doğum haqqında faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Biləsuvar rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Ərizəçi ərizəsinə əlavə etdiyi AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti və “AZEMİS” sistemindən xx.xx.2023-cü il tarixdə əldə edilmiş çıxarışla təsdiq edilir ki, Ərizəçi xx.xx.1966-cı ildə Biləsuvar şəhərində doğulmuşdur, yaşayış yeri üzrə ünvan 1 ünvanda daimi qeydiyyata alınmışdır. Bu barədə ona ASAN-Sumqayıt (2) tərəfindən xx.xx.2023cü il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir (FİN xxxxxxx). Yəni, Ərizəçi xx.xx.1966-cı ildə Biləsuvar şəhərində doğulması faktı rəsmi sənədlərlə öz təsdiqini tapır. Hazırda ərizəçinin xx.xx.1966-cı ildə doğulmasına dair iş üzrə mübahisə yoxdur. Ərizəçi doğum şəhadətnaməsini əldə etmək üçün doğulduğu yer üzrə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhəri üzrə Nümayəndəliyinə (əvvəllər doğum akt qeydini qeydiyat şöbələri ilə yanaşı, yerli icra hakmmiyyəti orqanları (XDS İK) da aparırdı) və Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinin Mərkəzi Arxivinə müraciət etməlidir. Ərizəçi itmiş doğum akt qeydinin bərpa edilməsi barədə Biləsuvar rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməlidir. Onun müraciətinə əsasən itmiş akt qeydinin barpası Biləsuvar rayon Qeydiyyat şöbəsində mümkün olmadığı təqdirdə və həmin orqanlarda doğum akt qeydi aşkar edilmədikdə, ərizəçi itirilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Biləsuvar rayon Qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli 3-16-5/8-78-101/2023 nömrəli məktubla 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin sorğusuna cavab verərək bildirmişdir ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş Ərizəçi doğumu haqqında akt qeydi Biləsuvar rayon Qeydiyyat şöbəsində aşkar edilməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli 05/Q-421/70 nömrəli arayış vermişdir. Ərizəçi itmiş doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Biləsuvar rayon Qeydiyyat şöbəsinə müraciət etməsini və Biləsuvar rayon Qeydiyyat şöbəsinin onun itmiş doğum akt qeydini bərpa etməkdən imtina etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.2, 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2206/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2206/2023
31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver