Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2209/2023 21.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində cavabdehlə əmək münasibətlərində olmuşdur. 2022-ci ilin dekabr ayında işdən azad edilmişdir. Lakin cavabdeh işəgötürən tərəfindən iddiaçının əmək münasibətlərindən əmələ gələn ödənişləri ödənilməmişdir. Bu səbəbdən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbi üzrə 1 illik iddia müddəti ötürüldüyündən iddia müddətinin keçməsi əsası ilə iddianının təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 179 ş/h nömrəli əmrə əsasən müəyyən edilir ki, "xxxx" QSC-nin sürücüsü İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən işdən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" QSC-nin nümayəndəsinin məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1112/2023 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi iddianın ərazi aidiyyəti üzrə yanlış verilməsi əsası ilə geri qaytarılmışdır. Qərardad qanunin qüvvəyə minmişlə hazırki mülki işin mübahisəsiz halıdır. İş materiallarında olan mediasiya sənədlərinə əsasən müəyyən olunur ki, mediasiya prosesinin ilkin sessiyası barədə xx.xx.2022-ci il tarixli bildirişinə əsasən tərəflər mediasiya prosesinə dəvət olunmuş, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayış tərtib edilmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbinin predmetini təşkil edən mübahisənin həll edilməsi ilə bağlı bir neçə dəfə X2 Xidmətinə müraciət etmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, X2 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Beləliklə, müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad olunaraq "xxxx" QSC ilə əmək münasibətlərinə xitam verilmişdir. Deməli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd olunan 1 illik iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan mediasiya prosesi dövründə "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən iddia müddətinin axımı dayanmışdır. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1112/2023 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi iddianın ərazi aidiyyəti üzrə yanlış verilməsi əsası ilə iddia ərizəsi icraat qəbul edilmədən geri qaytarılmış və qərardad qanuni qüvvəyə minmişdir. İddiaçının hazırki mülki iş üzrə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, nəticədə 1 illik iddia müddəti ötürülmüşdür. Cavabdeh "xxxx" QSC tərəfindən iddia müddətinin tətbiq olunması məhkəmədən xahiş olunmuşdur. Nəticədə, iddia müddətinin tətbiq olunması barədə ərizə təmin olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən tələb təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2209/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2209/2023
21.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver