Məhkəmə qərarları › İş №2(004)-2212/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2212/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2212/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X5 adlı uşağın xx.xx.2017-ci il tarixində Bakı şəhərində doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X1, ana qrafasında isə Ərizəçi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildə qeyri rəsmi olaraq ailə qurmuş, lakin ailə həyatı uzun çəkməmiş və həmin evlilikdən 6 ay sonra ayrılmışdır. Lakin həmin evlilikdən 1 uşağı ev şəraitində dünyaya gəlmişdir. Uşağın atasının hazırda harda olması barədə məlumatı yoxdur. Habelə qeyd edilən uşaq evdə dünyaya gəldiyinə görə hazırda uşağın doğum ilə bağlı sənədləri təqdim edə bilmir. Bundan əlavə uşağın doğum faktının qeydə alınması üçün bu barədə Maraqlı şəxsnə müraciət etsə də ona bu barədə hər hansı bir məlumat verilməmiş, habelə dəfələrlə həmin qeydiyyat şöbəsində olsa da ondan müvafiq poliklinikadan arayış tələb edilmiş, lakin onların heç biri onda olmadığından uşağın sənədlərini əldə edə bilmir. Hazırda uşağının doğum haqqında şəhadətnaməsinin olmaması onun qeydiyyatsız qalmasına, müvafiq bağçaya gedə bilməməsinə, eləcə də gələcəkdə məktəbə getməsinə, habelə xəstələndiyi zaman müvafiq xəsətəxanada qeydiyyata götürülməsinə və tibbi yardım almasına maneçilik törədir. Buna görə hazırda uşağın doğumunun qeydə alınması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirdi ki, o, 2016-cı ildə qeyri rəsmi ailə qurmuş, 6 ay sonra atasının evinə qayıtmışdır. 2017-ci ilin sentyabr ayında övladı dünyaya gəlmişdir. Övladını ev şəraitində dünyaya gətirmişdir. Uşağına doğum haqqında şəhadətnamə almamışdır. Ona görə də məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirdi ki, ərizəçinin anasıdır. O, uzun müddət doğum evində işləmişdir. 2017-ci ilin sentyabr ayında qızının doğum ağrıları başlamışdır. Qızının ağrısı çox olduğundan, həmçinin o özü uzun illər doğum evində işlədiyindən təcili yardım çağırmamışdır. Uşağın doğulmasına kömək etmək üçün qonşusunu çağırmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçini hamilə olduğu zaman da görmüşdür. 2017-ci ilin sentyabr ayında onun ağrıları başlamışdır. Anası kömək üçün onu da çağırmışdır. Doğuş evdə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, uşağın atası qrafasında qeyd edilməsi tələb edilən X4 ərizəçinin atasıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Ərizəçi ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx xxxx 2020-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən xx.xx.2017-ci il təvəllüdlü oğlunun doğumunun qeydiyyata alınması mümkünsüzdür. Ərizəçiyə doğum faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan 39 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş Arayışından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Əsgərzadə Vüsal Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava 93E ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi subaydır, xx.xx.2017ci il tarixdə isə Bakı şərhərində oğlan uşağı dünyaya gətirmişdir. Uşaq tibb müəssisəsindən kənarda doğulduğundan aidiyyəti qeydiyyat şöbəsi tərəfindən doğumun qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi xx.xx.2017-ci il tarixdə Bakı şəhərində oğlan uşağı doğması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində uşağın adı “Vüsal” kimi, soyadı “Əsgərzadə” kimi, anasının adı qrafasında – “Ərizəçi” kimi göstərilməli, uşağa doğum haqqında şəhadətnamə verilməli və məlumatlar doğum haqqında akt qeydləri kitabına yazılmalıdır. Ərizənin ata qrafasında X1 qeyd edilməsi hissəsi üzrə məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən,atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 6.6-cı bəndinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır. Həmin qaydanın 2.12-ci bəndinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Göründüyü kimi, nikahı olmayan anadan doğulan uşağa, ad və ata adı ananın deməsinə əsasən yazılır, həmçinin Ərizəçi atası X1 uşağın atası olmasını iddia etmir və bununla bağlı qeydiyyat şöbəsinə müraciət etməmişdir. Yalnız doğum haqqında şəhadətnamənin ata qrafasında X2 dair məlumatın yazılmasını istəmişdir. Qeydiyyat şöbəsi uşağın doğumunu qeydə almaqdan həkim sənədinin olmaması əsası ilə imtina etmişdir, müvafiq məhkəmə qətnaməsi isə bu qeydə alma üçün əsasdır. Belə olan halda, məhkəmə qətnaməsi əsasında doğum qeydə alnarkən uşağa ata adının ananın göstərişi üzrə verilməsi mümkündür və bu faktın məhkəmə qaydasında müəyyən edilməsi zəruri deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.2017-ci il tarixdə Bakı şəhərində oğlan uşağı doğması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində uşağın adı “Vüsal” kimi, soyadı “Əsgərzadə” kimi göstərilsin, anasının adı qrafasında – “Ərizəçi” kimi göstərilsin. Uşağa doğum haqqında şəhadətnamə verilsin və məlumatlar doğum haqqında akt qeydləri kitabına yazılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar