Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2233/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Əliağa qızının, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Əliağa qızının Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliağa qızı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən xx xxxxxxx 2020-ci il tarixində 610 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olması barədə Bakı nikah evində akt qeydləri kitabında 610 nömrə ilə qeyd aparılmışdır. Cavabdehlə aralarında nikah bağlansa da, COVİD-19 virusu ilə əlaqədar olaraq toyları baş tutmamışdır.Rəsmi nikaha daxil olandan sonra cavabdehin xarakterində, ona qarşı olan münasibətində çox böyük dəyişikliklər görmüş və anlamışdır ki, bu durumun gələcək ailə münasibətlərinə də çox böyük təsiri olacaq və ailənin gələcəkdə bir yerdə yaşaması mümkün olmayacaq. Rəsmi nikaha daxil olandan sonra boşanma qərarını alana qədər cavabdehlə ailə münasibətlərinə aid hər-hansı bir əlaqədə olmamışdır. Beləliklə, ailə qurmaq niyyətli ilə kağız üzərində girdiyi nigah faktiki olaraq baş tutmamış, bir-birinə qarşı hüquq və vəzifələri yaranmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Əliağa qızı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehlə nikah bağlamağa valideynlərinin təhriki ilə məcbur olmuş, əslində isə belə bir nikahın bağlanmasına dair heç bir niyyəti olmamışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin etiraf edilməsinə dair ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində və məhkəmə iclasındakı çıxışında göstərildiyi kimi, onun cavabdehlə evlənmək niyyəti olmamışdır. Göstərilənlərə əsasən, cavabdehin evlənmək niyyətinin olmasına baxmayaraq, iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olarkən iddiaçının evlənmək niyyəti olmayıbdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Habelə, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müracət edərək, iddianı etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, iddiaçının cavabdehlə ailə qurmaq niyyəti olmadığından, həmçinin, cavabdehin nümayəndəsi tərəfindən iddia etiraf edildiyindən və bu hal məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, tərəflər arasındakı bağlanmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əliağa qızı ilə Cavabdeh Səadət Sarayı (Bakı nikah evi) tərəfindən xx xxxxxxx 2020-ci il tarixində 610 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2233/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2233/2021
07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver