Məhkəmə qərarları › İş №2(004)-2234/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2234/2025

21.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2234/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “K.Y.Fərəcova adına X3” X8rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “K.Y.Fərəcova adına X3” X8rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı “K.Y.Fərəcova adına X3” X8rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “K.Y.Fərəcova adına X3” publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair “K.Y.Fərəcova adına X3” X13n direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmrin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxdığı iş vaxtına görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixə qədər olan müddətə görə kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməklə işçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “K.Y.Fərəcova adına X3” X13 İddiaçı ilə xx.xx.2021-ci il tarixdə xx.xx.2024-cü il tarixə qədər 3 il 1 günlük əmək müqaviləsi bağlayaraq onu institutun uşaq cərrahiyyəsi şöbəsinə uşaq cərrahı vəzifəsinə işə qəbul etmişdir. Müqaviləni iddiaçı tərəfdən iddiaçının özü, cavabdeh tərəfdən isə institutun direktoru X9 imzalamışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, müqavilənin müddətinin bitməsinə bir həftə qalana qədər cavabdeh tərəf müqaviləyə xitam verilməsi barədə rəsmi bildirmədiyindən, müqavilə müddəti növbəti 1 il müddətinə xx.xx.2025-ci il tarixə avtomatik uzadılmış hesab olunmuş və iddiaçı da bunu qanunvericilikdə göstərildiyi kimi başa düşərək öz xidməti vəzifələrini həmin müqavilənin tələblərinə uyğu icra etməkdə davam etmiş, işəgötürən tərəfindən də buna etiraz bildirilməmişdir. Həmçinin iddiaçı bildirir ki, onunla əmək müqaviləsinin uzadılması barədə işəgötürən 2024-cü ilin son rübündə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş və nazirlik tərəfindən buna razılıq alınmışdır. Lakin cavabdeh tərəf əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2024-cü ildə guya əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitəcəyini, həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir Halbuki, tərəflər arasında 3 aylıq əmək müqaviləsi bağlanmamış, əvvəlki əmək müqaviləsinin müddəti isə avtomatik olaraq xx.xx.2025-ci il tarixə qədər uzadılmış, qeyd olunan əsasla isə yalnız bir dəfə, şəxs 65 yaşına atdıqda əmək müqaviləsinə xitam verildiyini nəzərə almamışdır. İnstitutun direktorunun xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmri əsasında xx.xx.2025-ci il tarixdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edir və onunla bağlanmış müqaviləyə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmrin ləğv edilməsini, işinə bərpa olunmasını və məcburi buraxdığı iş vaxtına görə kompensasiyanın ödənilməsini tələb edir.

3. Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "K.Y.Fərəcov adına Elmi-Tedqiqat Pediatriya institutu'' PHŞ dövlət büdcəsindən maliyyələşən müəssisədir. İddiaçı 2010-cu il tarixindən cavabdeh "K.Y.Fərəcov adına Elmi- Tedqiqat Pediatriya institutu'' PHŞ-də “Uşaq cərrahiyyəsi” şöbəsində cərrah həkim vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixində İddiaçı 65 yaşını tamamlamış, lakin onun xahişi ilə xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər) hər dəfə 1 (bir) ildən çox olmayaraq uzadılmışdır. Cavabdeh "K.Y.Fərəcov adına ElmiTedqiqat Pediatriya institutu'' PHŞ xx.xx.2021-ci il tarixinədək TƏBİB-in, xx.xx.2021-ci il tarixindən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Bu səbəbdən İddiaçı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "K.Y.Fərəcov adına Elmi-Tedqiqat Pediatriya institutu'' PHŞ arasında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hər dəfə 1 (bir) il uzadılmışdır. xx.xx.2023-cü il tarixindən isə xx.xx.2023-cü il tarixli 629/1k nömrəli əmrə əsasən 3 (üç) ay, xx.xx.2024-cü il tarixli 61/1k nömrəli əmrə əsasən 3 (üç) ay, xx.xx.2024-cü il tarixli 335/1k nömrəli əmrə əsasən 3 (üç) ay, xx.xx.2024cü il tarixli 628/1k nömrəli əmrə əsasən 3 (üç) ay, xx.xx.2024-cü il tarixli 939/1k nömrəli əmrə əsasən 3 (üç) ay müqavilə uzadılaraq, hər əmrdə tərəflər arasında əmək müqaviləsi imzalanmışdır (əmrlər və müqavilələr təqdim olunmuşdur). İddiaçı müqavilənin müddətinin uzadılması barədə hər 3 aydan bir bağlanmış əmək müqaviləsinin 1.1-ci bəndində müqavilənin bağlanma tarixi göstərilir, 2.3-cü bəndində işə başlama tarixindən müqavilənin uzadılmasının son müddəti göstərilir, 2.4-cü bəndində işçinin xx.xx.2021-ci il tarixində işə başlama tarixi göstərilir. xx.xx.2021-ci il tarixin göstərilməsinin səbəbidə "K.Y.Fərəcov adına Elmi-Tedqiqat Pediatriya institutu'' PHŞ xx.xx.2021-ci il tarixindən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməsidir. "K.Y.Fərəcov adına Elmi- Tedqiqat Pediatriya institutu'' PHŞ xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ilə İddiaçı məlumat verilmişdir ki, xx.xx.2025-ci il tarixindən onun əmək müqaviləsinin müddəti uzadılmayacaqdır. Həmin xəbərdarlıq bildirişini İddiaçı tanış olaraq öz etirazını bildirmişdir. xx.xx.2025-ci il tarixli, 14-k nömrəli əmri ilə İddiaçı xx.xx.2025-ci il tarixindən uzadılmış əmək müqaviləsinə xitam verilmişdir. "K.Y.Fərəcov adına Elmi-Tedqiqat Pediatriya institutu'' PHŞ-in hüququdur ki, 65 yaşını tamamlamış işçinin əmək müqaviləsinin müddətini uzatsın, bu öhdəliyi dövlət büdcəsindən maliyyələşən işə götürənə vəzifə öhdəliyi kimi qoyula bilməz. "K.Y.Fərəcov adına Elmi-Tedqiqat Pediatriya institutu'' PHŞ isə elmi fəaliyyətlə məşğul olmayan uşaq cərrah həkim vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinin müddətini qanunla verilmiş qadağalara baxmayaraq 5 il yox 8 ilədək uzada bilmişdir. İddiaçı yaşlanmasını özünə qəbul etməsədə iş fəaliyyətində də göstərməyə başlamışdır. Belə ki, 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayının sonunadək olan müddətdə cərrah həkimlərin gördüyü iş aktivliyi, cərrah həkim Gündüz Ağayev 2024cü ilin iyul ayından dekabr ayının sonunadək 199 əməliyyat, cərrah həkim Sabir Novruzov 349 əməliyyat, cərrah həkim Umud Musayev 193 əməliyyat, cərrah həkim Heyrət Əhmədov 166 əməliyyat etmişdir. Ən az əməliyyat edən cərrah həkim İddiaçıdur ki, il üzrə 27 əməliyyat etmişdir. İddiaçı tərəfindən il üzrə gördüyü əməliyyatlar isə yırtığ və sünnət olmuşdur. İddiaçı etdiyi əməliyyatlarından biri, xəstə Adəm Mirzəyevin yırtıq əməliyyatını düzgün etmədiyindən 3 (üç) aydan sonra cərrah Gündüz Ağayev tərəfindən təkrar əməliyyat etmişdir. Yırtıq əməliyyatını 4-cü kurs rezident tələbələrdə çox sərbəst edə bilir. İddiaçı əməliyyat etdiyi digər xəstə Eyvazlı Zəhrnin valideyinləri tərəfindən İddiaçı barəsində rüşvət aldığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət etmişdir. Bu barədə İddiaçı izahat alınmış xəstə Eyvazlı Zəhrnin valideyinlərindən aldığı pul geri qaytarılmışdır. Əlavə olaraq onu bildirirəm ki, İddiaçı gecə növbəsi və növbə vermir, xəstə qəbulunu etmir, hər gün səhər bütün həkimlərin iştirakı ilə keçrilən “xəstə müzakirəsi” iclasında iştirak etmir və şöbədə stasionar müalicə olunan xəstələrinə baxışında iştirak etmir. İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 9-T-310125 nömrəli iş yerinə göndəriş məktubuna, "K.Y.Fərəcov adına Elmi-Tedqiqat Pediatriya institutu'' PHŞ-nin xx.xx.2025-ci il tarixli 71-k nömrəli əmrinə əsasən 25 yaşlı X7 ilə 3 (üç) illik müqavilə həkim uşaq cərrahı vəzifəsinə işə qəbul edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. 1952-ci il tarixli əmək kitabçasına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2009cu il tarixdə K.Y.Fərəcova adına X1 uşaq cərrahiyyəsi şöbəsinə şöbə müdiri vəzifəsinə qəbul edilmişdir.

9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı uşaq cərrahiyyəsi şöbəsində uşaq cərrahı vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi xx.xx.2024-cü il müddətinədək bağlanmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən işçi xx.xx.2021-ci il tarixdən işə başlayır.

10. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı uşaq cərrahiyyəsi şöbəsində həkim-cərrah vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi xx.xx.2023-cü il müddətinədək bağlanmışdır.

11. “K.Y.Fərəcova adına X3” X10 xx.xx.2023-cü il tarixli 629/1k nömrəli əmrinə əsasən uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.

12. “K.Y.Fərəcova adına X3” X10 xx.xx.2024-cü il tarixli 61/1K nömrəli əmrinə əsasən uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.

13. “K.Y.Fərəcova adına X3” X10 xx.xx.2024-cü il tarixli 335/1K nömrəli əmrinə əsasən uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.

14. “K.Y.Fərəcova adına X3” X10 xx.xx.2024-cü il tarixli 628/1K nömrəli əmrinə əsasən uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.

15. “K.Y.Fərəcova adına X3” X10 xx.xx.2024-cü il tarixli 939/1K nömrəli əmrinə əsasən uşaq cərrahiyyəsi şöbəsinin uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsi üç ay müddətinə tərəflərin razılığı əsasında xx.xx.2024-cü il tarixindən xx.xx.2025-cü il tarixinə kimi uzadılmışdır.

16. İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişinə əsasən xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitməsi, bununla əlaqədar olaraq “K.Y.Fərəcova adına X3” X13 ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən etibarən xitam verilməsi ilə bağlı xəbərdar edilmişdir.

17. “K.Y.Fərəcova adına X3” X10 xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmrinə əsasən “K.Y.Fərəcova adına X3” X10 uşaq cərrahiyyəsi şöbəsinin həkim-cərrahı İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.

18. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH 048418 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində uşaq cərrahiyyəsi ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “X3” X11 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba cavabdan görünür ki, istehsalat zərurətini və sertifikasiyadan keçdiyini nəzərə alaraq yeni işçi təyina olunana qədər həkim-uşaq cərrahı İddiaçı Məhəmmədsadıq oğlunun çalışma müddətinin 1 il müddətinə uzadılmasına etiraz edilmir.

20. 31 yanvar 2025-ci il tarixli 9-T-310125 nömrəli iş yerinə göndərişdən görünür ki, Mərkəzi Klinikanın rezidenturasını uşaq cərrahiyyəsi ixtisası üzrə 2024-cü ildə bitirmiş həkim-mütəxəssis X7 K.Y.Fərəcova adına X3 –uşaq cərrahiyyəsi şöbəsinə həkim-uşaq cərrahı vəzifəsinə sərəncamı göndərilmişdir.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K.Fərəcova adına X3” X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 71-K nömrəli əmrindən görünür ki, X7 xx.xx.2025ci il tarixindən uşaq cərrahiyyəsi şöbəsinə 1.0 vahid həkim – uşaq cərrahı vəzifəsinə üç illik müqavilə əsasında işə qəbul edilmişdir.

22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işə götürən tərəfindən əmək müqaviəsinin ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “e” bəndində qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

24. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

25. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

26. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

27. Həmin Məcəllənin 10-1.4-cü maddəsinə əsasən bu Qanunun 10-1.2-ci və 10- 1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

28. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

29. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, İddiaçı 2009-cu ildən K.Y.Fərəcova adına X2 çalışmış, 65 yaşına çatdıqda (xx.xx.2017-ci il) əmək müqaviləsinin müddəti hər dəfə işəgötürən tərəfindən 1 ildən çox olmayan müddətə uzadılmışdır. Daha sonra xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il , xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli “K.Y.Fərəcova adına X3” X10 əmrləri ilə əmək müqaviləsinin müddəti 3 ay olmaqla uzadılmışdır. “K.Y.Fərəcova adına X3” X10 xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmrinə əsasən “K.Y.Fərəcova adına X3” X10 uşaq cərrahiyyəsi şöbəsinin həkim-cərrahı İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə və 73 yaşında olması nəzərə alınaraq xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı ilə “K.Y.Fərəcova adına X3” publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair “K.Y.Fərəcova adına X3” X13n direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 14-k nömrəli əmrin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxdığı iş vaxtına görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixə qədər olan müddətə görə kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməklə işçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, araşdırma zamanı xx.xx.2025-ci il tarixli 14-k saylı əmrin qanunsuz hesab edilməsinə əsas ola biləcək hallar məhkəmə tərəfindən aşkar edilmədi. Bundan başqa məhkəmə iddiaçının yenidən əvvəlki işin bərpa olunmasına dair tələbinə münasibət bildirərək qeyd edir ki, Əmək qanunvericiliyinin tələblərindən də görünür ki, dövlət büdcəsindən maliyyələşin iş yerlərində çalışmanın son yaşı həddi 65-dir. Bundan sonra işçinin həmin müəssisədə çalışması üçün işçi ilə işə götürənin qarşılığlı razlığı əsasında müqavilə bağlanmalıdır. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətinin uzadılması onun işlədiyi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir və işçinin həmin müəssisədə çalışmasının davam etdirilməsi barədə qərar qəbul etmək imkanı müvafiq dövlət orqanlarının diskresion səlahiyyəti kimi nəzərdə tutulmaqla, həmin orqan(lar)ın bu səlahiyyət(lər)indən istifadə etmələri (etməmələri) işçinin hüququnun pozulması kimi qiymətləndirilə bilməz. İşəgötürəni əmək müqaviləsi bağlanmasına məcbur edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir.

31. Məhkəmə hesab edir ki, iddiaçı 65 (altmış beş) yaşına çatdığından, əmək müqaviləsinə işçisi çalışmanın yaş həddinə çatdığı üçün xitam verildiyindən və cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulmadığından İddiaçı cavabdeh “K.Y.Fərəcova adına X3” X8rşı iddiası təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar