Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2235/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ HakimBabazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xeyrimizə MK/30498/64/11 saylı, 28.06.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 1914.26 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh3 məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması və əmlakın boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında 22.06.2018-ci il tarixində bağlanılmış L013/2018/11 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/30498/64/11 saylı, 28.06.2018-ci il tarixli Kredit sazişinə əsasən 24 ay müddətinə, illik 25 faiz olmaqla 7000 (yeddi min) manat kredit verilmişdir.Bu kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 ilə “Bank” arasında 25.06.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Sumqayıt şəh., 8-ci M-R, ev 29/18, m.11 Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.Bankla Cavabdeh1 arasında bağlanmış MK/30498/64/11 saylı Kredit Müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış 25.06.2018-ci il tarixli İpoteka müqaviləsinə və Azərbaycan Respublikası Daşınjmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20.06.2018-ci il tarixli, RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Sumqayıt şəh., 8-ci M-R, ev 29/18, m.11 Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və 6.2018-ci iltarixdə RX ******* saylı Çıxarışla qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış «Kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə 16.02.2021-ci il tarixinə cavabdehin «Bank»a MK/30498/64/11 saylı, 28.06.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 1914.26 manat əsas borcu yaranmışdır.Həmçinin digər Cavabdeh2 (zamin) həmin kredit Sazişinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəlklərini icra etməlidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 20.04.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə Mk/30498/64/11 saylı, 28.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1914.20 manat borcun və ödənilmiş 30 mnat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitin ödənilməsini təmin etmək məqsədilə tələbin Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 29/18 saylı evin, 11 nömrəli mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul edərək izahatında göstərdi ki,cavabdeh qaynatası Cavabdeh1 bankdan arasında 28.06.2018-ci il tarixli müqavilə əsasında 24 ay müddətinə, illik 25 faiz olmaqla 7000 (yeddi min) manat kredit götürmüşdür. Həmin vaxt onun anasına məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 29/18 saylı evin, 11 nömrəli mənzili ipoteka müqaviləsinə əsasən borca görə ipoteka ilə yüklü edildi. Bundan onun da xəbəri var idi. Cavabdeh1 banka pulu ilk vaxtlar ödəyirdi, sonradan ödəməmişdir. Anası Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 29/18 saylı evin, 11 nömrəli mənzilinin sahibi 29 iyul 2020-ci ildə vəfat etmişdir. O, həmin mənzildə böyümüş, yaşamış və hal-hazırda da yaşayır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan L013/2018/11 saylı, 22.06.2018-ci il tarixli “Kredit Limitinin Ayrılması Haqqında Müqaviləsinə əsasən əsasən Cavabdeh1 "xxxx" ASC tərəfindən 84 ay müddətinə, illik 30 faiz olmaqla 100000 (yüz min) manatlıq kredit limiti ayrılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında 22.06.2018-ci il tarixində bağlanmış L013/2018/11 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/30498/64/11 saylı, 28.06.2018-ci il tarixli Kredit sazişinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 25 faiz olmaqla 7000 (yeddi min) manat kredit verilmişdir. Həmin müqavilənin 7.4.1-ci bəndindən görünür ki, müştəri müqavilə üzrə üzərinə öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi dərhal icra edir. Həmin müqavilənin 7.4.4-cü bəndindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc, faizlər, cərimə məbləği borcun tutulması üzrə məhkəmə xərcləri və Müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Müştəri ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 28.06.2018-ci il tarixli 3016 nömrəli Kassa məxaric orderindən görünür ki, Cavabdeh1 7000 (yeddi min) manat kredit verilmişdir. İş materiallarında olan 23.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 28.06.2018-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 1,914.26 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 Cavabdeh3 tam mülkiyyətindədir. İş materiallarında olan 25.06.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 ilə “Bank” arasında 25.06.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Sumqayıt şəh., 8-ci M-R, ev 29/18, m.11 Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 2 saylı Sumqayıt Ərazi İdarəsinin 01 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon 29/18 ünvanında yerləşən 11 saylı mənzili üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır İş materiallarında olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 Cavabdeh3 məxsus mənzil İddiaçı ASC-nin xeyrinə hüquq yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh4 tərəfindən təqdim edilmiş 21.06.2018-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış mövcud və onlar arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən və razılaşmalardan əmələ gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) ipoteka ilə yülkü edilməsi və/ və ya satılmasına etiraz etmir. İş materiallarında olan Cavabdeh5 tərəfindən təqdim edilmiş 21.06.2018-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış mövcud və onlar arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən və razılaşmalardan əmələ gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) ipoteka ilə yülkü edilməsi və/ və ya satılmasına etiraz etmir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 18.01.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini üçün tutmanın Cavabdeh3 məxsus olan ünvan 4 ünvanına yönəldilməsi üçün məhkəməyə müraciət edəcəyi haqda bu bildirişi göndərməklə ipoteka predmetinə tutmanın yönəldilməyə başlandığını, əks halda ipoteka predmeti qanunvericiliyə uyğun şəkildə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında açıq hərracda satılacağə və “Bank”ın tələbləri, habelə məhkəmə, icra və hərrac hərəkətlərinə çəkilən xərclər satışdan əldə edilən vəsait hesabına ödəniləcəyi, əgər satışdan əldə olunan vəsait göstərilən tələblərin ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehdən tələb ediləcəyi barədə Cavabdeh1 xəbərdar etmişdir. İş materiallarında olan 10.08.2021-ci il tarixli, LP-135/2021 saylı Legal Prime tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticəsindən görünür ki, Sumqayıt şəhəri, 8ci mikrorayon 29/18 ünvanında yerləşən 11 saylı mənzilin hazırki bazar dəyəri 42000 (qırx iki min) manat, likvid qiyməti 36000 manat təşkil edir. İş materiallarında olan AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh3 29.07.2020-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 nömrəli MKS tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh5 8-ci mikrorayon, ev 29/18, mənzil 11 ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat ofisi tərəfindən verilmiş 04 sentyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh3 vərəsələri Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət etməmişlər, ofisdə həmin şəxsin adına vərəsəlik işi açılmamışdır. İş materiallarında olan 23.02.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki hallarından görünür ki tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müqavilə şərtlərinə müvafiq olaraq 7000 (yeddi min) manat məbləğində pul vəsaitini cavabdehə vermiş, Cavabdeh1 isə həmin pulu müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə qaytarmağı öz öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, həmin öhdəlikləri icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunıı ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında 22.06.2018-ci il tarixində bağlanmış L013/2018/11 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/30498/64/11 saylı, 28.06.2018-ci il tarixli Kredit sazişinə Cavabdeh1 24 ay müddətinə, illik 25 faiz olmaqla 7000 (yeddi min) manat kredit verilmişdir. Həmin müqavilə əsasında zamin Cavabdeh2 borclu Cavabdeh1 öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi öz üzərinə götürmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1,914.26 manat məbləğində əsas borcun tutulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmın hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 1243-cü maddəsinə əasaən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. İş materiallarından göründüyü kimi, Cavabdeh3 məxsus olan və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak iddiaçı arasında 22.06.2018-ci il tarixində bağlanmış L013/2018/11 saylı Kredit limitinin ayrılması haqqında müqavilə daxilində MK/30498/64/11 saylı, 28.06.2018-ci il tarixli Kredit sazişi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı kimi ipoteka predmeti qismində yüklü etmişdir. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın likvid dəyəri Legal Prime MMC-nin 10.08.2021-ci il tarixli, LP-135/2021 saylı rəyinə əsasən, 36.000 (otuz altı min) manat təşkil edir. Məhkəmə araşdırması zamanı, eyni zamanda müəyyən edildi ki, ipoteka qoyan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh3 29 iyul 2020-ci il tarixdə vəfat etmiş, vəfatından 1 ildən çox vaxt keçməsinə baxmayaraq, vərəsəlik işi açılmamışdır. Mərhumun oğlu Cavabdeh5 sözügedən mənzildə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Bu hal öz təsdiqini iş materialları ilə və cavabdeh mərhumun oğlu Cavabdeh5 izahatı ilə tapır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1914,26 (bir min doqquz yüz on dörd manat iyirmi altı qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu 30 (оtuz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma, likvid dəyəri 36.000 (otuz altı min) manat müəyyən edilməklə, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 8-ci MKR, ev 29/18, 11 saylı mənzilə yönəldilməli və açıq hərracda satılmalı, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına həmin ipoteka ilə təmin edilmiş kredit borcu ödənilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, 8-ci MKR, ev 29/18, 11 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda cavabdehlər Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmalı və mənzil ən geci bir ay ərzində boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1914,26 (bir min doqquz yüz on dörd manat iyirmi altı qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu 30 (оtuz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma, likvid dəyəri 36.000 (otuz altı min) manat müəyyən edilməklə, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 8-ci MKR, ev 29/18, 11 saylı mənzilə yönəldilsin və açıq hərracda satılsın. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına həmin ipoteka ilə təmin edilmiş kredit borcu ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 8-ci MKR, ev 29/18, 11 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda cavabdehlər Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılsınlar və mənzil ən geci bir ay ərzində boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2235/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2235/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver