Məhkəmə qərarları › İş №2(004)-2239/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2239/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2239/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2236 manat məbləğində pul və 42,36 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 6000 manat məbləğində pulun verilməsinə dair 36 ay müddətinə 061A********** saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixində İddiaçı ilə "xxxx" QSC arasında Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə 061G**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən "xxxx" QSC borcun tutulması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7317/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə 2235,83 manat əsas, 325,75 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2611,58 manat borcun Cavabdeh və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə zamin İddiaçı tərəfindən 2236 manat kredit borcu "xxxx" QSC-yə ödənilmişdir və Cavabdeh banka olan borcu tam bağlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7317/2021 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh və İddiaçı qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası qismən təmin edilərək "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 2235,83 manat əsas, 325,75 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2611,58 manat borcun Cavabdeh və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İş materiallarında olan "xxxx" QSC-nin 03 oktyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabı üzrə 2236 manat məbləğində borcu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Göründüyü kimi, "xxxx" QSC müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7317/2021 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh və İddiaçı qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası qismən təmin edilərək "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 2235,83 manat əsas, 325,75 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2611,58 manat borcun Cavabdeh və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. Həmin tələb üzrə cavabdeh İddiaçı tərəfindən Cavabdeh hesabı üzrə 2236 manat borc pul ödənilmişdir. Hazırda İddiaçı müvafiq müqavilə üzrə zamin durduğu Cavabdeh ödədiyi borcu tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh 2236 manat məbləğində pul vəsaiti və 42,36 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 2236 manat məbləğində pul vəsaiti və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 42,36 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar