Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2248/2024 27.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ə qarşı “mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ə qarşı “mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində layihədə göstərildiyi kimi, heç bir əlavə və dəyişiklik, artırma, azaltma olmadan 4 otaqlı, ümumi sahəsi 1 12 kv.metr olan təmirsiz mənzilin ona təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh MTK-nın (Cavabdeh MMC) üzərinə qoyulması; 2023-cü ilin fevral ayından bu günədək ödənilməmiş kirayə haqqına görə 7 200 manat cavabdeh “Grand Plaza1' MTKdan (Cavabdeh MMC) tutularaq, ona ödənilməsi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzil ona naturada təhvil veriləndən sonra 3 ay sonrayadək Cavabdeh MTK-dan (Cavabdeh MMC) hər ay 600 manat tutularaq, ona ödənilməsi barədə; Maddi ziyana görə 93 600 manat Cavabdeh MTK-dan (“Grand Plaza" MMC) tutularaq, ona ödənilməsi; Mənəvi ziyana görə 50 000 manat Cavabdeh MTK-dan (“Grand Plaza" MMC) tutularaq, ona ödənilməsi; Vəkilə ödədiyi 320 manat və ödənilmiş dövlət rüsumu 450 manat cəmi 770 manat Cavabdeh MTK-dan (Cavabdeh MMC) alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 0 7 avqust 2018-ci il tarixdə onunla Cavabdeh MMC indiki Cavabdeh MTK arasında 071 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1 -ci maddəsinə əsasən “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,1 kv.m olan (faktiki sahəsi 75,58 kv.m) olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.2-ci maddəsinə əsasən isə “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündiirmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi f sahəsi 112 kv.m olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin müqavilənin şərtlərində Cavabdeh MMC tərəfindən inşa edilən ərazidə ona veriləcək 112 kv.m-lik mənzilin neçənci binada, binanın hansı girişində, neçənci mərtəbəsində, eləcə də neçə otaqdan ibarət olması barədə hər hansı bir müddəa öz əksini tapmamışdı. Eləcə də, bina və mənzil planının əks olunduğu eskiz müqaviləyə əlavə edilməmişdi. O, Cavabdeh MMC-yə qarşı müqavilənin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini və 07 avqust 2018-ci il tarixdə onunla Cavabdeh MMC arasında bağlanmış 071 savlı müqavilənin 1.1.2-ci bəndinin dəyişilərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binanın 0-dan hesablanan 6-cı, yaşayış mərtəbələrinin 4-cü mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 112 kv.m olan (eyvanlar istisna olmaqla) eskizdə göstərilən təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsinin öhdəsinə götürməsinin əlavə edilməsi, müqaviləyə verilən mənzilin eskizinin əlavə edilməsi və müqavilənin ayrılmaz hissəsi hesab edilməsi, bağlanan müqavilənin notarial qaydada təsdiq edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(004)-4059/2019 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2(103)-11983/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndi “tikinti şirkəti Cavabdeh MMC-nin ünvan 2 ünvanında yerləşən “əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşasış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirərək inşa etdiyi 1 saylı binanın 0-dan hesablamaqla 6-cı, yaşayış mərtəbələrinin 4-cü mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili “əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür” məzmunda dəyişiklik edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh təşkilat qətnamədən kasasiya şikayəti vermişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 saylı qərarı ilə Cavabdeh MMCnin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2(103)-11983/2019 saylı qətnaməsinə- iddianın təmin olunan hissəsində dəyişiklik edilsin, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndinə Cavabdeh MMC İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi ravonu, S.Rüstəmov küçəsi, 59 savlı evin 19-cu mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binadan 0-dan hesablamaqla (qeyriyaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür” məzmunda dəyişiklik edilsin və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020- ci il tarixli, 2(102)-2872/2020 saylı qərarına əsasən Cavabdeh MMC 23 sentyabr 2020-ci il tarixli 192 №-li əmr vermişdir. Əmrdə göstərilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı Müqavilənin 1.1.2-ci bəndi aşağıdakı kimi dəyişdirilsin: "xxxx" MMC İddiaçı mülkiyyətində olan ünvan 2 mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binada 0-dan hesablamaqla (qeyriyaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.” 07 avqust 2018-ci il tarixli 071№-li müqavilənin 1.2-ci bəndinə görə “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni mənzil ilə təmin edən günədək 3 ay sonrayadək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində aylıq 600 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş günü xx.xx.2018-ci il tarixdən gec olmayaraq üç ayda bir dəfə 1 800 manat olmaqla ödəyir. 07 avqust 2018-ci il tarixli 071№-li müqavilənin 2.2.3-cü bəndinə əsasən “Tikinti şirkəti” “Əmlak mülkiyyətçisi”nə bu Müqavilənin 1.2 bəndində nəzərdə tutulmuş kirayə haqqının ödənişini təmik etmək vəzifəsi qoyulmuşdur. Cavabdeh MMC indi adını dəyişdirərək Cavabdeh MTK kimi fəaliyyət göstərir. Hazırda cavabdeh müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmir. Belə ki, bina hazır olmasına baxmayaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binada O-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzilimi naturada ona təhvil verilmir, həmçinin 2023-cii ilin fevral ayından bu günədək aylıq kirayə haqqı olan 600 manatı da ödəmir, fevral ayından bu günədək kirayə haqqına görə 7 200 manat ödəməlidir. Bundan başqa, cavabdeh müqaviləyə əsasən binanı 24 aya tikib mənzili ona təhvil verməli idi, lakin bu günədək mənzili ona təhvil verməyib. Bununla da o, maddi və mənəvi ziyana düşmüşdür. Belə ki, mənzili 2020-ci ildə təhvil verməli idi və o, Premium binada 4 otaqlı mənzilidə yaşamalı idim və ya həmin mənzili kirayə verib gəlir əldə edə bilərdi. Həmin mənzili təxminən 2600 manata kirayə verə bilərdi, lakin bu gün həmin gəlirdən məhrum edilmişəm, 36*2600=93600 beləliklə 93 600 manat maddi ziyan dəymişdir. Bundan başqa ona mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh evini sökdüyündən yerində hündür mərtəbəli yeni bina tikdiyindən 2018-ci ildən bu günədək mənzilsiz qalmışam kirayələrdə yaşayır, 36 yaşı var bu səbəbdən evlənə bilmir, çünki ailə qurub yaşamağa mənzilin yoxdur, çox sarsıntı keçirirəm. Buna görə ona mənəvi ziyana görə 50 000 manat cavabdehdən tutularaq ödənilməlidir. Hazırda məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında göstərdi ki, MTK iddia tələbini qəbul etmir. Grand Plaza 2022-ci ilin noyabr ayından istismara qəbul olunubdur. Şirkət öz öhdəliklərini yerinə yetirməkdədir. Mənzilin təhvil alınması ilə bağlı iddiaçıya təklif göndərilmişdir. Lakin təklifin çatıb-çatmaması ilə bağlı məlumatı yoxdur. İddiaçı tərəfə təklif getdikdən sonra kirayəhaqqının da şirkət tərəfindən ödənilməsi dayandırılmışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış 071 saylı, 07 avqust 2018-ci il tarixli müqavilənin 1.1.1-ci maddəsinə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən 704 nömrəli reyestr kitabının 66079 nömrəli vərəqindən qeydə alınmış xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 74,1 kv.m olan (faktiki sahəsi 75,58 kv.nı) ibarət olan yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2ci maddəsinə əsasən "Tikinti şirkəti” "xxxx" MMC ünvan 3 ünvanında yerləşən "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 112 kv.m olan, təmirsiz mənzili "Əmlak mülkiyyətçisi”'-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən "Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisi”ni mənzil ilə təmin edən günədək 3 ay sonrayadək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə "Əmlak mülkiyyəlçisi"-nə kompensasiya şəklində aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş günü xx.xx.2018-ci il tarixindən gec olmayaraq üç ayda bir dələ 1800 AZN manat olmaqla ödəyir. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən “Tikinti Şirkəti”nə “Əmlak mülkiyyətçisi"-nə bu Müqavilənin 1.2. bəndində nəzərdə tutulmuş kirayə haqqının ödənişini təmin elmək öhdəliyi qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(004)- 4059/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ə qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2(103)-11983/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndi “Tikinti şirkəti Cavabdeh MMC-nin ünvan 2 ünvanında yerləşən “əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşasış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirərək inşa etdiyi 1 saylı binanın 0-dan hesablamaqla 6-cı, yaşayış mərtəbələrinin 4-cü mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili “əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür” məzmunda dəyişiklik edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 saylı qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019cu il tarixli, 2(103)-11983/2019 saylı qətnaməsinə- iddianın təmin olunan hissəsində dəyişiklik edilməsi, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndinə Cavabdeh MMC İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi ravonu, S.Rüstəmov küçəsi, 59 savlı evin 19-cu mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binadan 0-dan hesablamaqla (qeyriyaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür” məzmunda dəyişiklik edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 saylı qərarına əsasən Cavabdeh MMC tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli, 192 №-li əmrin məzmunundan görünür ki, “Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı Müqavilənin 1.1.2-ci bəndi aşağıdakı kimi dəyişdirilsin: "xxxx" MMC İddiaçı mülkiyyətində olan ünvan 2 mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.” DƏDKR X1 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 24,26,28,30 (küçənin sənəddəki adı S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Q.Quliyev küçələrinin əhatə etdiyi ərazi) ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair sənədlərin surətindən görünür ki, xx.xx.2022ci il tarixdə Cavabdeh MTK tərəfindən inşa edilmiş tikinti obyektinin istismarına icazə verilmişdir. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 02 mart 2023-cü il tarixli Təklifin məzmunundan və ona əlavə olunan qaimədən görünür ki, İddiaçı Cavabdeh MTK–nın 12 sentyabr 2022-ci il tarixdən istismara qəbul edildiyindən, həmin MTK-da müqavilə əsasında mülkiyyətində olan mənzili təhvil almaq təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 və 387.2-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 07 avqust 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi” İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,1 kv.m olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, MMC isə “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 112 kv.m olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tikinti işlərinin başa çatdırma müddəti 24 ay müəyyən edilmişdir. AR Ali Məhkəməsinin Mk-nın 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 saylı qərarına əsasən tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndinə Cavabdeh MMC İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi ravonu, S.Rüstəmov küçəsi, 59 savlı evin 19-cu mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binadan 0-dan hesablamaqla (qeyriyaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.” məzmunda dəyişiklik edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş maddi sübutdan görünür ki, MTK 2023-cü ilin mart ayında mənzilin təhvil alması təklifi ilə İddiaçı müraciət etmişdir. Bununla yanaşı 2023-cü ilin fevral ayından kirayə haqqının verilməsi dayandırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı 07 avqust 2018-ci il tarixli, 071 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binanın 0-dan hesablanmaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.m. olan təmirsiz mənzil Cavabdeh MTK tərəfindən təhvil verilməsi hissəsində əsaslı olub təmin edilməlidir. Belə ki, mülki prosessual qanunverciliyə görə 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, bu hal AR Ali Məhkəməsinin Mk-nın 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 saylı qərarı ilə öz təsdiqi tapdığından mübahisələndirilə bilməz. 10 iyun 2024-cü il tarixdə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı iddiaçıya təklif olunan mənzilin binanın 6-cı mərtəbəsində yerləşməsi, təmirsiz olması, mənzildə arakəsmələrin olmadığı müəyyən olunmuşdur. Cavabdeh MTK-nın direktoru Kənan Xəlilov mənzildə arakəsmələrin olmamasını belə əsaslandırmışdır ki, mənzildə arakəsmələr sakinlərlə razılaşdırılmaqla bölünür. Bundan əlavə, məhkəmə iddia tələbini ödənilməmiş kirayə haqqı hissəsində qismən təmin edilməsini məqsədəuyğun hesab edir. Belə ki, iddiaçı özü də iddiasında 2023-cü ilin fevral ayından kirayə haqqının ödənişinin dayandırılmasını bildirmişdir. Lakin məhkəmə gedişatında kirayə haqqının ödənişinin bir ay sonra, yəni 2023-cü ilin mart ayında dayandırılması müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanılmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.2-ci maddəsinə əsasən "Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisi”ni mənzil ilə təmin edən günədək 3 ay sonrayadək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə "Əmlak mülkiyyəlçisi"-nə kompensasiya şəklində aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş günü xx.xx.2018-ci il tarixindən gec olmayaraq üç ayda bir dələ 1800 AZN manat olmaqla ödəyir. Bir sözlə, MTK mülkiyyətçini mənzil ilə təmin edən gündən 3 ay sonraki müddət üçün də kirayə haqqını ödəmək öhdəliyini götürmüşdür. Belə olduğu halda, cavabdehdən 4 aylıq (ödənilməmiş 1 ay+mənzil təhvil veriləndən sonrakı 3 ay üzrə) kirayə haqqının məbləği, yəni 2400 manat məbləğində pul tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə həmçinin tələbin maddi və mənəvi zərərin tutulması hissəsində rədd ediməsini məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı mənzilin vaxtında təhvil verildiyi halda, əlavə kirayə ödənişini ödəməli olmadığnı bildirmişdir. Halbuki, hazırki məhkəmə qətnaməsi ilə ödənilməmiş kirayə haqqının tutulması qət edilmişdir. Digər tərəfdən iddiaçı mənzili kirayə vermək ehtimalına da əsaslanır. Lakin bununla əlaqədar, hər hansı bir sübut (həmin ərazidə müvafiq mənzillərin aylıq kirayə haqqının məbləğini göstərən arayış və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı mənzilin olmaması səbəbindən ailə qura bilmədiyini və bu səbəbdən ona mənəvi zərərin vurulmasını iddia etmiş, bununla da həmin evdə məhz yaşamaq niyyətinin olduğunu dolayısı olaraq göstərmişdir, odur ki, bu hal onun həmin mənzili kirayə vermək niyyətində olduğunu istisna edir. Göründüyü kimi, iddiaçının ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair tələbini əsaslandığı hallar bir-birinə ziddiyyət təşkil edir. Odur ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binanın 0-dan hesablanmaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.m. olan təmirsiz mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi; Cavabdeh MTK-dan 2400 (iki min dörd yüz) manat məbləğində pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsümunun 144 (bir yüz qırx dörd) manat hissəsi məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binanın 0-dan hesablanmaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.m. olan təmirsiz mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh MTK-dan 2400 (iki min dörd yüz) manat məbləğində pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsümunun 144 (bir yüz qırx dörd) manat hissəsi məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2248/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2248/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver