Məhkəmə qərarları › İş №2(004)-2255/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-2255/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2255/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən atası X3 alıb qaytarmadığı 2600 manat və 4500 ABŞ dolları məbləğində borcun, eləcə də, ondan alıb qaytarmadığı 6700 manat borcun, həmçinin aldatma yolu ilə ona “xxxx” ASC-dən aldıraraq mənimsədiyi 8400 manat kreditin, bu kreditə görə hazırki vaxta kimi ödədiyi 5213,14 manat faiz məbləğinin, kreditlə bağlı bank xidmətləri üçün ödədiyi 58,80 manatın və hazırki iddianın qaldırılması ilə bağlı ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinı onunla əsaslandırmışdır ki, anası X1 16.02.2019-cu ildə, atası X5 06.01.2021 -ci ildə vəfat etmişlər. Atasının vəfatından sonra onun 1-ci növbə vərəsəsi kimi ərizə ilə 32 saylı notariat ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və ərizəsi qeydə alınmışdır. X8 Abbasovis Bakı Metropolitenində Tikinti Departamentinin idarə rəisi vəzifəsində, cavabdeh də metropolitendə polis nəfəri işləmişdir. Özü də, həmçinin, hazırki vaxta kimi Bakı Metropoliteninin Tikinti Departametində aparıcı mühəndis vəzifəsində işləyir. Cavabdehlə iş yerində tanış olmuş və əvvəl münasibətləri işlə bağlı olduğu halda, sonradan bu münasibətlər başqa müstəviyə keçmişdir. Belə ki, cavabdeh onun boşanması barədə məlumatlı idi və özünü arvadından ayrılmış kimi təqdim edərək onunla yaxın münasibətlər qurmasını istəmişdir. Özü də ona qarşı laqeyd deyildi və onunla ailə qurmaq barədə fikirləşirdi. Bu minvalla cavabdeh onun ailəsi ilə yaxınlaşmış, evlərinə gəlib-getmişdir. Artıq valideynləri onların izdivacına etiraz etmirdilər. Cavabdeh ailənin bütün tədbirlərində yaxından iştirak edirdi və bu hal ərizəyə əlavə etdiyi ailə fotoşəkillərindən aydın görünür. Cavabdeh 2016-cı ilin sentyabr ayında atasına müraciət edərək iş qurmaq üçün ona borc pul lazım olduğunu bildirmiş və atası ona 2016-cı ilin sentyabr ayından 2017-ci ilin fevral ayına qədər 2600 manat və 4500 ABŞ dolları borc vermiş və cavabdehdə də 28.02.2017-ci il tarixdə bu barədə atasına “öhdəçilik” adlanan sənədi imzalayaraq vermişdir. Həmin sənəddə cavabdeh üzərinə aldığı 2600 manat və 4500 ABŞ dolları 2017-ci ilin mart ayından başlayaraq 1 il müddətində qaytarılmasına dair öhdəlik götürmüşdür. Lakin keçən müddət ərzində cavabdeh atasına bu borcdan heç nə ödəməmişdir. Atası cavabdehə borcunun qaytarılmasını yadına salanda, o işlərinin yaxşı getmədiyini və pulu mütləq qaytaracağını bildirirdi. Atası, cavabdehin bu hərəkətindən təəsüflənsə də, onunla münasibətlərini rəsmiləşdirmək niyyəti olduğu üçün ondan əlavə sənəd almamış, lakin ona borcunun hissə-hissə də olan qaytarmasını tələb etmişdir. Bu arada, cavabdeh ona olan münasibətindən istifadə edərək gələcək həyatının daha yaxşı olmasını qurmaq üçün bankdan öz adına kredit götürməsini təklif etmiş və vəd vermişdir ki, bankın aylıq faizlərini özü ödəyəcək, sonunda da bankın borcunu bağlayacaq. Onun şirin vədlərinə inanaraq 31.08.2018-ci ildə “xxxx”dan 48 ay müddətinə, illik faiz dərəcəsi 27,84% olmaqla 8400 manat məbləğində kredit götürərək cavabdehə vermişdir. Bundan əlavə, cavabdeh anasının xəstəliyindən istifadə edərək onun yanına gələn vaxtlarda söhbət zamanı işlərinin yaxşı olmamasını, yeni iş yerinə keçmək istəməsini və digər səbəblərlə bağlı ona borc pul verilməsini xahiş etmiş, anası cavabdehin yaxşı oğlan olmasını deyərək ona kömək üçün borc pul verməsinə etiraz etməmişdir. Bu minvalla cavabdeh ondan 2018-ci ilin mart ayından başlayaraq müxtəlif vaxtlarda ümumilikdə 6700 manat pulu borc almış, lakin qaytarmasına söz verməsinə baxmayaraq hazırki vaxta kimi qaytarmamışdır. Məhz bu pulların qaytarılmaması, eləcə də, bəzi mənfi qiymətləndirdiyi hərəkətlərinə görə aralarında soyuq münasibətlər yaranmışdır. Anasının ölümündən bir neçə ay sonra atası və o ayrılıqda cavabdehdən verilən borcların qaytarılması ilə maraqlananda o, hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Atası şəxsən verdiyi borcun cavabdeh tərəfindən qaytarılmamasına görə onu danlayırdı və hər dəfə deyirdi ki, “sənə görə ona borc vermişəm, o isə etibardan sui-istifadə edib, bu borcu deyəsən qaytarmaq istəmir”. Atası artıq cavabdehə qarşı şikayət etməyə hazırlaşırdı. Lakin özünün xəstəliyi ilə əlaqədar müalicələri, sonradan isə Covid-19 virusuna yoluxması ilə bağlı ölümü səbəbindən bu şikayətləri edə bilmədi. Atasının vəfatından sonra cavabdehə zəng edərək atasına verdiyi “öhdəlik” sənədini yadına salaraq ona verdiyi borcları, banka ödədiyi pulları tələb edəndə cavabdeh evləri söküntüyə gedən kimi verilən puldan bütün borcunu qaytaracağını bildirmişdir. Hesab edir ki, cavabdeh atasına və ona məxsus pulları borc adı alıb mənimsəyərək onları qaytarmaq istəmir. Cavabdehin ona və atasına borcunun olması onun 28.02.2017-ci il tarixdə verdiyi “Öhdəçilik” adlı sənədindən əlavə, SMS yazışmaları və səsli mesajların məzmunu ilə, eləcə də, etibarından sui-istifadə edərək aldatma yolu ilə bankdan kredit aldırdığı kredit müqaviləsi, müqaviləyə əlavə edilən ödəniş qrafiki ilə də təsdiq edilir. Bank faizlərini hazırki vaxta kimi ödəməyə davam edir. Cavabdeh qeyd edilən SMS yazışmaları və səsli mesajların məzmunda ondan aldığı borcu və aldırdığı kreditin onun üçün götürülməsini inkar etməsə də, hazırki vaxta kimi nə borclarını qaytarmır, nə də bankın faizlərini ödəmir. Hazırki vaxta kimi banka 5213,14 manat faiz ödəmişdir. Müqavilə müddətinin sonuna kimi bankın faizlərini ödəmək üzərində qalarsa, faktiki olaraq banka 14016,85 manat ödəməli olacaqdır. Halbıki, kreditə alınmış 8400 manat kredit məbləği hazırda cavabdehdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin məhkəmə iclasına üzrsüz səbəbdən gəlməməsi ilə əlaqədar işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 739-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, 28.02.2017-ci il tarixli “Öhdəçilik” adlı sənədə əsasən Cavabdeh İddiaçı atası X3 aldığı 2600 manatı və 4500 ABŞ dollarını 2017-ci ilin mart ayından başlayaraq 1 il müddətində qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 31.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bankdan 48 ay müddətinə, illik faiz dərəcəsi 27,84% olmaqla 8400 manat məbləğində kredit götürmüşdür. Hesablanmış faiz məbləği 5616,85 manat təşkil edir. 08.09.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 08.09.1977-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında X5 qeyd edilmişdir. 11.01.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11.01.2021-ci il tarixdə vəfat etmişdir. 17.02.2021 -ci il tarixli ərizədən görünür ki, İddiaçı ərizə ilə 32 saylı notariat ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və ərizə reyestrdə 8İ-825 nömrə ilə qeydə alınmışdır. İddia ərizəsinə əlavə olunmuş SMS yazışmalarının məzmunundan müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri üzrə mübahisə mövcuddur. Göründüyü kimi, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı və onun atası X2ytarmaq şərti ilə müxtəlif məbləğlərdə borc pul almasına baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri pozmuş və aldığı borc məbləğlərini qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı atası X3 aldığı 2600 manat və 4500 ABŞ dolları məbləğində borc, eləcə də, iddiaçıdan aldığı 6700 manat borc, iddiaçı tərəfindən “xxxx” ASC-dən alınaraq cavabdehə verilmiş 8400 manat kredit, bu kreditə görə ödənimiş 5213,14 manat faiz məbləği, kreditlə bağlı bank xidmətləri üçün ödənilmiş 58,80 manat və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı atası X3 aldığı 2600 (iki min altı yüz) manat və 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla), eləcə də, iddiaçıdan aldığı 6700 (altı min yeddi yüz) manat borc, iddiaçı tərəfindən “xxxx” ASC-dən alınaraq cavabdehə verilmiş 8400 (səkkiz min dörd yüz) manat kredit, bu kreditə görə ödənimiş 5213,14 (beş min iki yüz on üç manat 14 qəpik) manat faiz məbləği, kreditlə bağlı bank xidmətləri üçün ödənilmiş 58,80 (əlli səkkiz manat 80 qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yasamal rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar