Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2255/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə satdığı ümumi dəyəri 14.000 manat olan qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 5.150 manat borcun və ödənilmiş 72 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 2022-ci ilin oktyabr ayında işlədiyi “Stella” gözəllik salonuna müştəri kimi tanıdığı Cavabdeh ümumilikdə 14.000 manat dəyərində qızıl-zinət əşyalarını nisyə satmışdır. Cavabdeh ondan aldığı əşyaların dəyərindən bir hissəsini ödəmiş, 5.150 manat borcu qalmışdır. Məhkəmə gedişi zamanı 150 manat ödəmişdir. Hazırda cavabdehin ona 5.000 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini, Cavabdeh nisyə satdığı ümumi dəyəri 14.000 manat olan qızıl-zinət əşyalarının dəyərindən ödənilməmiş qalan 5.000 manat borcun və ödənilmiş 72 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilmiş və “AZEMİS” vasitəsilə mobil telefonuna SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbrinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, qızıl alqı-satqısı ilə məşğuldur. İddiaçıdan qızıl zinət əşyalarını nisyə almış, başqa şəxslərə satmışdır. Sonuncu dəfə aldığı qızılları satdığı adam pulu ödəməyərək onu pis vəziyyətdə qoymuşdur. Onun iddiaçıya borcu 5050 manat olmuşdur, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 150 manat ödəniş etmişdir. Hazırda 4.900 manat borcu qalmışdır. Bu barədə məhkəməyə xx.xx.2024cü il tarixdə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Polis mayoru Ramil Vəliyevin xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarisə İdarəsində İddiaçı şikayəti əsasında toplanmış HK-1/1234 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, onun qızıl-zinət əşyalarına görə İddiaçı 5.850 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edlərək, İddiaçı 150 manat ödəniş etdiyini və 4.900 manat borcu qaldığını bildirmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4900 manat borc və ödənilmiş 72 manat dövlət rüsumu olmaqla, cəmi 4972 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan, 100 manat borcun tutulması hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4900 manat borc və ödənilmiş 72 manat dövlət rüsumu olmaqla, cəmi 4972 (dörd min doqquz yüz yetmiş iki) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2255/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2255/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver