Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2263/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X1rşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X1rşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və X3 "xxxx" MMC-nin sifarişi ilə çəkildiyi reklam çarxları üçün ona vəd etdilən 2000 manatdan qalan 1400 manat və əlavə olaraq icazəsi olmadan qanunsuz olaraq bildordlarda və jurnallarda surətinin əks etdirilməsinə görə 2000 manat olmaqla, ümumilikdə 3400 manatın, eləcə də iddia ərizəsinə görə ödənilən 54 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 22417 nömrəli müvafiq olaraq 11.02.2022-ci il tarixli qəbz üzrə 55 manat dövlət rüsumu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ödənilmişdir. Həmçinin iş üzrə iddiaçının vəkili və nümayəndəsi qismində işə əlavə edilmiş vəkil X7 adına olan 24.01.2022-ci il tarixli ******* nömrəli orderə edilmiş düzəliş qanunvercilikdə müəyyən edilmiş qaydada təsdiqlənməmişdir. Belə ki, orderə ağırdıcı ilə düzəliş edilərək “Yasamal” sözü fərqli qələmlə yazılmışdır. Göstərilənlərlə yanaşı “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan müəyyən edilir ki, cavabdehlərdən biri kimi göstərilmiş X4 soy adı “Kononova” deyil “Sədrəddinova”dır. Belə ki, iş materiallarına cavabdehin şəxsi məlumatlarını təsdiqedici sənəd əlavə edilməmişdir. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehin və işdə iştirak edən şəxslərin adı, ata adı və soy adı düzgün göstərilməli, eyni zamanda onların şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə sasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsini qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümümi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi ilə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X2rşı “pul tələbinə” dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-2263/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2263/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver