Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2263/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Hüquq və X11” X10rşı “informasiya sorğularının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Hüquq və X11” X10rşı “informasiya sorğularının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-2/2024 nömrəli və 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)- 5/2024 nömrəli informasiya sorğularının) icra eüdilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 oktyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və X7 elmi işçi vəzifəsinə qəbul edilmişdir. "Hüquqi Ekspertiza və X1 yaradılması və fəaliyyətinin təmin Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və X11 "Hüquqi Ekspertiza və X2" X16 tabeliyində “Hüquq və X11 X17 (bundan sonra - İnstitut) çevrilməklə yenidən təşkil edilmişdir. Nəticədə iddiaçı 7 ay yarım sonra işəgötürənlə bağladığı yeni əmək müqaviləsinə görə İnstitutda hüquq tədqiqatçısı kimi işləməyə başlamışdır. İddiaçı 22 dekabr 2023-ci tarixində İnstitutun Hüquq və kadrlar şöbəsinə çağırılmış və ona işəgötürənlə bağladığı 5 yanvar il tarixli 19 nömrəli əmək müqaviləsinə 30 dekabr 2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsi “b” bəndinə əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi ilə bağlı 22 dekabr 2023-cü il tarixli 002/07-503 nömrəli xəbərdarlıq rəsmi qaydada təqdim olunmuşdur. İddiaçının bağladığı 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə istinad olunaraq, "Hüquq və X11" X16 26 dekabr 2023-cü il tarixli 220/K nömrəli "İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi" haqqında əmri ilə xitam verilmişdir. Bundan sonra iddiçı cavabdehə 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)- 1/2024 nömrəli və 29 yanvar 2024-cü il tarixli İS(OFT-HİHİ)-2/2024 nömrəli informasiya sorğularını göndərərək, aralarında bağlanmış 5 var 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdir. Cavabdeh isə öz növbəsində həmin iki müraciətə (informasiya sorğularına) baxılmasının nəticəsi barədə iddiaçıya göndərdiyi 2 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli məktubla informasiya sorğusunda qoyulmuş suallara cavab verməmişdir. Daha sonra iddiaçı cavabdehə 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli informasiya brğusunu göndərərək, aralarında bağlanılmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə bir daha aydınlıq gətirilməsini xahiş etmişdir. Cavabdeh isə həmin müraciətə (informasiya sorğusuna) baxılmasının nəticəsi barədə iddiaçıya göndərdiyi 11 mart 2024cü il tarixli 002/07-111 nömrəli məktubla nformasiya sorğusunda qoyulmuş suallara təkrar olaraq cavab verməmişdir. Hazırkı mübahisə əmək münasibətlərindən irəli gəldiyi üçün tərəflər "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin tələbinə uyğun olaraq, 16 fevral 2024-cü il tarixində ilkin mediasiya prosesində iştirak etmiş, lakin cavabdehin mediasiya prosesini davam etdirməyə razılıq verməməsi səbəbindən həmin Qanunun 29.3-cü maddəsinin tələbinə uyğun olaraq, hər iki tərəfə MŞB/18/2024-00142 nömrəli mediasiya işi üzrə 16 fevral 2024-cü il tarixli "İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə" arayış təqdim edilmişdir. Mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən o, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 32.1 və 32.1.2-ci maddələrini rəhbər tutaraq, mediasiya prosesinə xitam vermiş və həmin Qanunun 32.2-ci maddəsinə əsasən tərəflərə MŞB/18/2024-00142 nömrəli mediasiya işi üzrə 16 fevral 2024-cü il tarixli "Mediasiya prosesinə xitam verilməsi haqqında" protokolunu təqdim etmişdir. İddiaçı cavabdehə 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli İS(ƏFT- HİHİ)-2/2024 nömrəli və 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli informasiya sorğularını göndərərək aralarında bağlanılmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə yazılı şəkildə aydınlıq gətirilməsini ondan xahiş etsə də, cavabdeh informasiya sorğularını icra etməkdən imtina etmişdir. Bununla da cavabdeh iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ hissəsi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü və 2.3.2-cü maddələri ilə təmin edilmiş hüquqlarını pozmuşdur. Cavabdeh “Hüquq və X11”nun nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, , İddiaçı “Hüquq və X11” X14rşı “26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HlHl)- 2/2024 nömrəli və 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli informasiya sorğularının icra edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində 5 yanvar 2023- cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə yazılı şəkildə aydınlıq gətirilməsini xahiş etdiyini, cavabdehin isə informasiya sorğularını icra etməkdən imtina etdiyini bildirərək, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin birinci hissəsi, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü və 2.3.2-ci maddələri ilə təmin edilmiş hüquqlarının pozulduğunu iddia etmişdir. F. Ələkbərovla İnstitut arasında 2023-cü il 05 yanvar tarixli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi Əmək müqavilələrinin qeydə alınması kitabında 19 nömrə ilə qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanması 2023-cü il 08 yanvar tarixində gücləndirilmiş elektron imza vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmiş və Əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində xxxxxxx000300 nömrəsi ilə qeydiyyata alınmışdır. F. Ələkbərovla bağlanmış əmək müqaviəsinə əsasən, o, 2023-cü il 05 yanvar tarixindən “Hüquq və X11” X16 Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul edilmişdir. F. Ələkbərovla bağlanmış müddətli əmək müqaviləsinin müddətinin 2023-cü il 30 dekabr tarixində qurtarması səbəbindən işəgötürənin 2023-cü il 26 dekabr tarixli 220/K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onunla bağlanmış Əmək müqaviləsinə 2023-cü il 30 dekabr tarixindən xitam verilməsi (Əmək müqaviləsinin müddətinin qurtarması) rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən 2023-cü ilin 29 dekabr tarixindən “Hüquq və X11” X17 26 müraciət ünvanlamış bütün müraciətləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində cavablandırlaraq müvafiq sənələr və ya məlumatlar ona təqdim edilmişdir. F. Ələkbərovun istər işlədiyi müddətdə, istərsə də işdən çıxdıqdan sonra müraciətlərinə əsasən, müvafiq sənədlərin təsiq edilmiş surəti, eləcə də, onun haqqında tərtib edilmiş digər sənədlərin surəti və onunla bağlı digər məlumatlar da ona təqdim edillmişdir. İşdən çıxdıqdan sonra da müraciətinə əsasən, İnstitutda işlədiyi müddətdə barəsində toplanmış sənədlərlə tanış olmasına şərait yaradılmış və tanış olaraq müvafiq qeydlər aparmışdır. F. Ələkbərovun müraciətlərinə əsasən, ona təqdim olunmuş aşağıdakı sənədlər və məlumatlara cavab verilməsini məhkəmənin diqqətinə çatdırırlar: 1. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, əmək kitabçasının 3 nüsxədə təsdiq edilmiş surətinin ona təqdim olunmasını xahiş etmişdir. Müraciətinə baxılmış və Hüquq və X8 17 yanvar 2024-cü il tarixli 002/07-34 nömrəli məktubu ilə əmək kitabçasının əslinin 29 dekabr 2023-cü il tarixində onun tərəfindən təhvil alınması səbəbindən əmək kitabçasının təsdiq edilmiş surətinin ona təqdim edilməsinin mümkün olmaması bildirilmişdir. 2. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, əmək kitabçasından iş fəaliyyəti barədə çıxarışın ona təqdim olunmasını xahiş etmişdir. Müraciətinə baxılmış və Hüquq və X8 17 yanvar 2024-cü il tarixli 002/07-34 nömrəli məktubu ilə əmək kitabçasının əslinin 29 dekabr 2023-cü il tarixində onun tərəfindən təhvil alınması səbəbindən əmək kitabçasından iş fəaliyyəti barədə çıxarışın ona təqdim edilməsinin mümkün olmaması bildirilmişdir. 3. F. Ələkbərov xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, peşəkarlıq səviyyəsini xarakterizə edən xasiyyətnamənin ona verilməsini xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X8 23 yanvar 2024-cü il tarixli 002/07-54 nömrəli məktubuna qoşma ilə ilə barəsində tərtib edilmiş xasiyyətnamə onun ünvanına göndərilmişdir. 4. F. Ələkbərov xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, İnstitutda işlədiyi vəzifənin adı və aldığı əmək haqqının məbləği göstərilməklə iş yeri haqqında arayış verilməsini xahiş etmişdir. Müraciətə baxılmış və İnstitut tərəfindən ona 17 yanvar 2024-cü il tarixli 002/07- 33 nömrəli arayış verilmişdir. 5. F. Ələkbərov xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, İnstitutda işlədiyi 12 aylıq dövr ərzində bank hesabına köçürülən və əmək haqından tutulan ödənişlər barədə ona arayışın verilməsini xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X8 17 yanvar 2024-cü il tarixli 002/07-35 nömrəli məktubu ilə qeyd olunan məlumatlar onun ünvanına göndərilmişdir. 6. F. Ələkbərov xx.xx.2024-cü il tarixli ərizə ilə İnstituta müraciət edərək, 26 dekabr 2023-cü il tarixli 220/K nömrəli əmrin 3 nüsxədə təsdiq edilmiş surətinin ona təqdim olunmasını xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X8 23 fevral 2024-cü il tarixli 002/07-56 nömrəli məktubuna qoşma ilə qeyd olunan sənədin 3 nüsxədə təsdiq edilmiş surəti onun ünvanına göndərilmişdir. 7. F. Ələkbərov xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, ərizəsinin operativ icrası məqsədilə ******* nömrəli əmək kitabçasının surətini İnstituta göndərmişdir. Müraciətinə 23 yanvar 2024-cü il tarixli 02/07-55 nömrəli məktubla cavab verilərək, eyni məzmunlu müraciətinə 17 yanvar 2024-cü il tarixli 002/07-34 nömrəli məktubla cavab verildiyi bildirilmişdir. 8. F. Ələkbərov xx.xx.2024-cü il tarixli İnformasiya sorğusu ilə müraciət edərək əmək müqaviləsinə əsasən, tərəflər arasında hüquq bərabərliyi prinsipinin nədən ibarət olması ilə bağlı müraciət etmişdir. Müraciətə baxılmış və Hüquq və X11 tərəfindən 02 fevral 2024- cü il tarixli 002/07-64 nömrəli məktubla cavab verilmişdir.9. F. Ələkbərov xx.xx.2024-cü il tarixli İnformasiya soğusu ilə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı sualların cavablandırılmasını xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X8 02 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli məktubu ilə cavab verilmişdir. 10. F. Ələkbərov xx.xx.2024-cü il tarixli İnformasiya sorğusu ilə müraciət edərək, onun tərəfindən 11 yanvar 2024-cü il tarixində təsdiq olunmaq üçün İnstituta göndərilmiş ******* nömrəli əmək kitabçasının 3 nüsxədə çap edilmiş rəngli surətinin geri qaytarılmasını xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X11 tərəfindən 13 fevral 2024- cü il tarixli 002/07-68 nömrəli məktubla onun tərəfindən göndərilmiş ******* nömrəli əmək kitabçasının 3 nüsxədə çap edilmiş rəngli surəti onun ünvanına göndərilmişdir. 11. F. Ələkbərov xx.xx.2024-cü il tarixli İnformasiya sorğusu ilə İnstituta müraciət edərək, Hüquq və X11 X16 Həmkarlar Təşkilatının üzvlüyünə qəbul edilməsi ilə bağlı sənədlərin təsdiqlənmiş surətinin onun ünvanına göndərilməsini xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X8 29 fevral 2024-cü il tarixli 002/07-91 nömrəli məktubu ilə qeyd olunan sənədin təsdiq edilmiş surəti onun ünvanına göndərilmişdir. 12. F. Ələkbərov 14 fevral 2024-cü il tarixli İnformasiya sorğusu ilə müraciət edərək, N. Rüstəmovanın xidməti məktubunun təsdiqlənmiş surətinin onun ünvanına göndərilməsini xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X8 26 fevral 2024-cü il tarixli 002/07-42 nömrəli məktubu ilə qeyd olunan sənədin təsdiq edilmiş surəti onun ünvanına göndərilmişdir. 13. F. Ələkbərov 23 yanvar 2024-cü il tarixli məktublarla müraciət edərək, İnstitut tərəfindən haqqında toplanan məlumatlarla (arxivdə və şəxsi işdə saxlanılan məlumatlar) tanış olması üçün zəruri şərait yaradılmasını xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X8 02 fevral 2024-cü il tarixli 002/07-63 nömrəli məktubu ilə 30 dekabr 2023-cü il tarixində şəxsi işi ilə tanış olduğu bildirilmiş və yenidən şəxsi işdə olan məlumat və sənədlərlə tanış olmasının iş günləri ərzində və iş vaxtında mümkünküyü bildirilmişdir. İddiaçı yenidən xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, xx.xx.2024cü il tarixində sənədlərlə tanış olmaq üçün gələcəyi barədə məlumat vermiş və ona 29 fevral 2024-cü il tarixində yenidən şəxsi işində olan sənədlərlə və məlumatlarla tanış olması üçün şərait yaradılmışdır. O şəxsi işində olan məlumat və sənədlərlə tanış olmuş və müvafiq qeydlər aparmışdır. Bununla bağlı F. Ələkbərovun iştirakı ilə 29,02 2024-cü il tarixli 10 nömrəli akt tərtib edilmişdir. 14. F. Ələkbərov 04 mart 2024-cü il tarixli İnformasiya sorğusu ilə müraciət edərək, bir sıra sənədlərin təsdiqlənmiş surətinin onun ünvanına göndərilməsini xahiş etmişdir Müraciətə baxılmış və Hüquq və X8 02 aprel 2024-cü il tarixli 002/07-130 nömrəli məktubu ilə İnformasiya sorğusunda qeyd olunan sənədin təsdiq olunmuş surəti onun ünvanına göndərilmişdir.15. F. Ələkbərov 15 mart 2024-cü il tarixli İnformasiya sorğusu ilə müraciət edərək, 05 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə 3 gün gecikmə ilə daxil edilməsinin inzibati xətanın törədilməsinə səbəb olması barədə suala cavab verilməsini xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X12 tərəfindən 02 aprel 2024- cü il tarixli 002/07-132 nömrəli məktubla cavab verilmişdir. 16. İddiaçı 27 mart 2024-cü il tarixli İnformasiya sorğusu ilə müraciət edərək, Həmkarlar Təşkilatına üzvlüyü barədə suala cavab verilməsini xahiş etmişdir. Müraciətə baxılmış və Hüquq və X11 tərəfindən 05 aprel 2024- cü il tarixli 002/07-136 nömrəli məktubla cavab verilmişdir. F. Ələkbərovun yuxarıda qeyd edilən müraciətlərindən əlavə olaraq, bir sıra müraciətlərinə də baxılmış və cavablandırılmışdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya cavabdeh onun 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-2/2024 nömrəli və 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli İnformasiya sorğularını icra etməkdən imtina etmiş və bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin birinci hissəsi, "Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü və 2.3.2-ci maddələri ilə təmin edilmiş hüquqlarının pozulduğunu iddia etmişdir. İddiaçının bu iddiası tamamilə əsassızdır. Belə ki, onun 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHl)-1/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-2/2024 nömrəli İnformasiya sorğuları “Hüquq və X11” publik hüquqi şəxs tərəfindən 02 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli məktubla cavablandırılmışdır. Məktubda sorğuda göstərilən bütün suallar cavablandırılsa da, iddiaçı tərəfindən 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)- 5/2024 nömrəli informasiya sorğusu ilə yenidən eyni məzmunlu müraciət ünvanlanmış və həmin müraciətinə cavabdeh tərəfindən 11 mart 2024-cü il tarixli 002/07- 111 nömrəli məktubla cavab verilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin birinci hissəsi, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respyblikası Qanununun 2.2-ci, 2.3-cü və 2.3.2-ci maddələri ilə təmin edilmiş hüquqlarının pozulduğunu iddia etmişdir ki, bu da tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin birinci hissəsinə əsasən, Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. “Məlumat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüquququna malikdir. Həmin qanunun 2.3.2 maddəsinə əsasən, informasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. İddiaçı müraciət etmək hüququnu həyata keçirərək, ümumilikdə 29 dekabr 2023-cü il tarixindən “Hüquq və X11” publik hüquqi şəxəsə 26 müraciət ünvanlamış və bütün müraciətləri “ Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində cavablandırıldığı halda iddia ərizəsində guya cavabdehin informasiya sorğusunu cavablandırmaqdan imtina etdiyini bildirmişdir. Lakin iddiaçı iddia ərizəsində konkret olaraq hansı suallara cavab verilmədiyini göstərməmiş və hüququnun pozulmasını əsaslandıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, 1 oktyabr 2019cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və X7 elmi işçi vəzifəsinə qəbul edilmişdir. “Hüquqi Ekspertiza və X1 yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və X11 “Hüquqi Ekspertiza və X2” X16 tabeliyində “Hüquq və X11” X17 (bundan sonra - İnstitut) çevrilməklə yenidən təşkil edilmişdir. Nəticədə, o, 7 ay yarım sonra işəgötürənlə bağladığı yeni əmək müqaviləsinə görə İnstitutda hüquq tədqiqatçısı kimi işləməyə başlamışdır. Daha sonra, o, 22 dekabr 2023-cü il tarixində İnstitutun Hüquq və kadrlar şöbəsinə çağırılmış və mənə işəgötürənlə bağladığı 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi ilə bağlı 22 dekabr 2023-cü il tarixli 002/07-503 nömrəli xəbərdarlıq rəsmi qaydada təqdim olunmuşdur. Onun bağladığı 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə istinad olunaraq, “Hüquq və X11” X16 26 dekabr 2023-cü il tarixli 220/K nömrəli “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri ilə xitam verilmişdir. Bundan sonra, o, cavabdehə 26 yanvar 2024-cü il tarixli lS(ƏFT-HİHİ)-l/2024 nömrəli və 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-2/2024 nömrəli informasiya sorğularını göndərərək, aralarında bağlanılmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdir. Cavabdeh isə öz növbəsində həmin iki müraciətə (informasiya sorğularına) baxılmasının nəticəsi barədə ona göndərdiyi 2 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli məktubla informasiya sorğusunda qoyulmuş suallara cavab verməmişdir. Daha sonra , o, cavabdehə 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)- 5/2024 nömrəli informasiya sorğusunu göndərərək, aramlarında bağlanılmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə bir daha aydınlıq gətirilməsini xahiş etmişdir. Cavabdeh isə həmin müraciətə (informasiya sorğusuna) baxılmasının nəticəsi barədə ona göndərdiyi 11 mart 2024-cü il tarixli 002/07-111 nömrəli məktubla informasiya sorğusunda qoyulmuş suallara təkrar olaraq cavab verməmişdir. Hazırkı mübahisə əmək münasibətlərindən irəli gəldiyi üçün tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin tələbinə uyğun olaraq, 16 fevral 2024-cü il tarixində ilkin mediasiya prosesində iştirak etmiş, lakin cavabdehin mediasiya prosesini davam etdirməyə razılıq verməməsi səbəbindən həmin Qanunun 29.3-cü maddəsinin tələbinə uyğun olaraq, hər iki tərəfə MŞB/18/2024-00142 nömrəli mediasiya işi üzrə 16 fevral 2024-cü il tarixli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim edilmişdir. Mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 və 32.1.2-ci maddələrini rəhbər tutaraq, mediasiya prosesinə xitam vermiş və həmin Qanunun 32.2-ci maddəsinə əsasən tərəflərə MŞB/18/2024-00142 nömrəli mediasiya işi üzrə 16 fevral 2024-cü il tarixli “Mediasiya prosesinə xitam verilməsi haqqında” protokolunu təqdim etmişdir. O, cavabdehə 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-2/2024 nömrəli və 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli informasiya sorğularını göndərərək aralarında bağlanılmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsi ilə bağlı məsələlərə yazılı şəkildə aydınlıq gətirilməsini ondan xahiş etsə də, cavabdeh informasiya sorğularını icra etməkdən imtina etmişdir. Bununla da cavabdeh onun Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ hissəsi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü və 2.3.2-cü maddələri ilə təmin edilmiş hüquqlarımı pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Qeyd edilənləri nəzərə alaraq, idida tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Hüquq və X11” X18 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 1.2-ci bəndindən görünür ki, işçi “Hüquq və X11” X18 Hüquqi tədqiqat şöbəsi, hüquq tədqiqatçısı (junior - Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericiliyi) vəzifəsinə işə qəbul olunmuşdur. 2.2-ci bəndinə əsasən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. 2.4-cü bəndinə əsəsn işci 05 yanvar 2023-cü il tarixindən işə başlayır. 22 dekabr 2023-cü il tarixli, 002/07-503 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə “Hüquq və X11” X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin müddəti 30 dekabr 2023-cü il tarixində bitir. Bununla əlaqədar olaraq, İddiaçı ilə bağlanmış əmək müqavaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 20ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023 tarixində xitam veriləcəkdir. “Hüquq və X11” X13 26 dekabr 2023-cü il tarixli, 220/K nömrəli əmrindən görünür ki, hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı (aparıcı mütəxsəssiz) İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 20ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 30 dekabr 2023 tarixində xitam verilməsi əmr edilmişdir. İddiaçı tərəfindən “Hüquq və X11” X15 ünvanlanmış 26 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-1/2024 nömrəli informasiya sorğusundan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ hissəsi və 11-ci maddəsi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü, 2.3.2-ci və 24.1-ci maddələri rəhbər tutularaq, müraciətdəki 2 (iki) suala əsaslandırılmış yazılı cavabın 7 iş günündən gec olmayaraq tərtib edilib sifarişli poçt göndərişi ilə yuxarıda qeyd olunan ünvana göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur. SUAL 1: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunaraq, tərəflər - X4 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinə əsasən tərəflər (işəgötürən və işçi) arasındakı hüquq bərabərliyi prinsipi nədən ibarət olmuşdur? SUAL 2: 5 yanvar 2023-cü il tarixli 19 nömrəli müddətli əmək müqaviləsinin 2.2-ci bəndi istisna olmaqla, tərəflər - X4 və İddiaçı arasında bağlanmış əmək müqaviləsində tərəflər (işəgötürən və işçi) arasındakı hüquq bərabərliyi prinsipini müəyyənləşdirən digər hallar (məsələlər) həmin müqavilənin hansı hissəsində öz əksini tapmışdır? İddiaçı tərəfindən “Hüquq və X11” X15 ünvanlanmış 29 yanvar 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-2/2024 nömrəli informasiya sorğusundan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1 hissəsi və 11-ci maddəsi və “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü, 2.3.2-ci və 24.1-ci maddələri rəhbər tutularaq, müraciətdəki 3. (üç) suala əsaslandırılmış yazılı cavabın 7 iş günündən gec olmayaraq tərtib edilib sifarişli poçt göndərişi ilə yuxarıda qeyd olunan ünvana göndərilməsinin təmin edilməsi xahiş olunur. SUAL 1: İşçi - İddiaçı tutduğu vəzifənin (hüquq tədqiqatçısı aparıcı mütəxəssis) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə həmin işin daimi xarakterə malik olduğu işəgötürənə qabaqcadan bəlli olduğu və 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsində tərəflər (işəgötürən - X4 və işçi İddiaçı) arasındakı hüquq bərabərliyi prinsipini tənzimləyən müddəaların mövcud olmadığı hallarda, hansı obyektiv və subyektiv səbəb(lər)dən "Hüquq və X11" X16 İdarə Heyətinin sədri X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə istinad edərək, işçi - İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır? SUAL 2: Hansı obyektiv və subyektiv səbəb(lər)dən "Hüquq və X11" X16 (bundan sonra İnstitut) İdarə Heyətinin sədri X4 Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təsbit edilmiş bərabərlik hüququnu pozmaqla (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154.2-ci maddəsi) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddə), İnstitutun Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı bağlamışdır? baş mütəxəssis X3 ilə müddətsiz müqavilə SUAL 3: "Hüquq və X11" X16 (bundan sonra - İnstitut) tabe olduğu təşkilat - "Hüquqi Ekspertiza və X2" publik hüquqi şəxs öz işçiləri ilə müddətsiz əmək müqavilələri bağladığı halda, hansı obyektiv və subyektiv səbəb(lər)dən X9 sədri X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə istinad edərək, işçi İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır? İddiaçı tərəfindən “Hüquq və X11” X15 ünvanlanmış 26 fevral 2024-cü il tarixli İS(ƏFT-HİHİ)-5/2024 nömrəli informasiya sorğusundan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsi, “Məlumat azadlığı haqqında ”Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ hissəsi və 11-ci maddəsi və “İnformasiya əldə rək haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci, 2.3-cü, 2.3.2-ci, 9.1-ci, 9.1.2-ci, 14.1-ci, 4.1.7-ci, 16.1-ci, 16.1.6-cı və 24.1-ci maddələri rəhbər tutularaq, müraciətdəki 4 (dörd) suala əsaslandırılmış azılı cavabın 7 iş günündən gec olmayaraq tərtib edilib sifarişli poçt göndərişi ilə yuxarıda qeyd olunan ünvana öndərilməsinin təmin edilməsi xahiş olunur. SUAL 1: Tərəflər - X4 və İddiaçı arasında bağlanmış 5 var 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin hansı hissəsində müqavilə tərəflərinin (işəgötürənin və işçinin) hüquq bərabərliyini REAL ŞƏKİLDƏ təmin edən müddələr göstərilmişdir? SUAL 2: Tərəflər - X4 və İddiaçı arasında bağlanmış 5 anvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin tərəfləri (işəgötürən və işçi) arasında hüquq ərabərliyinin REAL ŞƏKİLDƏ təmin edildiyini müəyyən edən müddələr hansılardır? SUAL 3: Tərəflər - X4 və İddiaçı arasında bağlanmış 5 yar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin 2.3-cü bəndinin müddəaları hansı hüquqi əsaslara İrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə – “Əmək müqaviləsinin (kontraktın) ümunəvi forması"nın 2.3-cü bəndində nəzərdə tutulmuş müddəalarla ziddiyyət təşkil edir? SUAL 4: Tərəflər - X4 və İddiaçı arasında bağlanmış 5 yanvar 2023-cü il tarixli 19 nömrəli əmək müqaviləsinin 2.3-cü bəndində hansı hüquqi əsaslara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə – "Əmək müqaviləsinin (kontraktın) nümunəvi rması"nın 2.3-cü bəndində nəzərdə tutulmuş müddəalara zidd olaraq həmin müqavilənin müddətli bağlanılmasının səbəbləri göstərilməmişdir? “Hüquq və X11” X18 tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2024-cü il tarixli, 002/07-64 nömrəli müraciətə baxılmasının nəticəsi barədə məktubun surətindən görünür ki, İddiaçı 26 yanvar 2024-cü il tarixli və 29 yanvar 2024-cü il tarixli müraciətlərinə Hüquq və X7 baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İnstitutla işçilər arasında yaranan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyi təmin edilmiş və Əmək Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq əmək müqaviləsi sərbəst bağlanmışdır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilməmişdir. İşçilərlə, o cümlədən İddiaçı ilə Əmək müqaviləsi bağlanarkən, onun məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilmişdir. “Hüquq və X11” X18 tərəfindən İddiaçı ünvanlanmış 11 mart 2024-cü il tarixli 002/07-111 nömrəli müraciətə baxılmasının nəticəsi barədə məktubun surətindən görünür ki, İddiaçı 26 fevral 2024-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilir ki, eyni məzmunlu müraciətinə 02 fevral 2024-cü il tarixli 002/07-64 nömrəli məktubda cavab verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinin “k” bəndinə əsasən əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi fərdi əmək mübahisələrinin predmeti hesab edilir. Azərbaycan Respublikasının Konstutusiyasının 50-ci maddəsinin birinci hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanununun: 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.2-ci maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-ci ci maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Məhkəmə qeyd edir ki, 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024-cü tarixli və 29 yanvar 2024-cü il tarixli (1-ci və 3-cü suala münasibətdə) informasiya sorğusu ilə iddiaçının əldə etmək istədiyi məlumatlar qanunla əldə edilməsinə yol verilən məlumat olduğundan, iddiaçının verdiyi informasiya sorğusunun yazılı şəkildə cavablandırılmasını tələb etməsi tam qanunidir və qanunda bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Eyni zamanda 29 yanvar 2024-cü il tarixli informasiya sorğusunda qoyulan ikinci suala münasibətdə məhkəmə qeyd edir ki, bu sualda üçüncü şəxsə məxsus konfidensial məlumat olduğundan, sorğuya cavab yalnız həmin subyektin razılığı əsasında verilə bilər. Əks təqdirdə, cavabdehin həmin suala cavab vermək vəzifəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının sorğusuna yazılı şəkildə cavab vermək cavabdehin vəzifəsidir. İddiaçı 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024-cü il tarixli və 29 yanvar 2024-cü il tarixli informasiya sorğuları cavabdeh “Hüquq və X11” X18 tərəfindən lazımınca icra olunmamış, sorğuda qoyulan suallara mahiyyəti üzrə cavab verilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024-cü il tarixli informasiya sorğularının və 29 yanvar 2024-cü il tarixli informasiya sorğusunun 1-ci və 3-cü suala münasibətdə icra olunması vəzifəsi cavabdeh “Hüquq və X11” X13 üzərinə qoyulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 26 yanvar 2024-cü il tarixli, 26 fevral 2024-cü il tarixli informasiya sorğularının və 29 yanvar 2024-cü il tarixli informasiya sorğusunun 1-ci və 3-cü suala münasibətdə icra olunması vəzifəsi cavabdeh “Hüquq və X11” X13 üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2263/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2263/2024
16.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver