Məhkəmə qərarları › İş №2(004)-2264/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2264/2022

12.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2264/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızının Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 31.10.2006-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 23.09.2007-ci ildə X3 dünyaya gəlmişdir. Onlar arasındakı bağlanmış rəsmi nikah Yasamal Rayon Məhkəməsinin 2(004)-3452/2019 saylı, 30.08.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh iddiaçı ilə nikaha daxil olduqdan sonra Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzilə qeydiyyata düşmüşdür. Onlar arasında nikah rəsmi qaydada ləğv edildikdən uzun müddət öncə Cavabdeh sözügedən mənzili tərk etmiş və uzun müddətdir ki, özünə məxsus mənzildə yaşayır. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən 009577 № orderə əsasən 19 dekabr 2005-ci ildə Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzil ona verilmişdir və həmin mənzildə anası və özü yaşayırdı. X1 30.09.2012ci ildə mədəciklərin fıbrilllyasiyası səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən İddiaçı 30 yanvar 2006-ci il tarixindən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzil ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X8 oglu və X4r. "xxxx" MMMC-nin verdiyi arayışa əsasən iddiaçı o, həqiqətən də qeyd edilən ünvanda, yəni Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzil ünvanında qeydiyyatdadır və yaşayır. Onun keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Cavabdeh 2006-cı ildən qeyd olunan mənzildə qeydiyyatdadır, lakin 2019-cu ilin aprel ayından bu mənzildə yaşamır. Cavabdehin qeydiyyatda qalması faktiki (order) mənzilin mülkiyyəıtçisi olan iddiaçı onun o hüquqlarını icra etməyə mane olur. Bu səbəbdən qanunamüvafiq şəkildə cavabdehin həmin ünvanm üzrə istifadə hüquqlarına xitam verilməsi mütləq və zəruridir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı 31.10.2006-ci il tarixində rəsmi nikah bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzilə gəlin köçmüşdür. 2019-cu ildə nikahları pozulmuş və o atasınının evinə köçmüşdür. Hazırda kirayədə yaşayır. Ailə qurarkən el adətinə uyğun cehiz əmlak gətirmişdir. Həmin əmlaklar hələ də iddiaçıya məxsus evdədir. Həmin evin gələcəkdə birgə nikahdan doğulmuş uşağına məxsus olacağından həmin əşyaları tələb etmir. Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzilə köçüb, orada yaşamaq istəmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli 2(004)-3452/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında 31.10.2006-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və 907 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan 19.12.2005-ci il tarixli 009577 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 07.12.2005ci il tarixli 313 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzil İddiaçı X1 ilə yaşamaq üçün verilmişdir. İş materiallarında olan "xxxx" MMMC-nin 11.01.2022-ci il tarixli 2 nömrəli arayışındən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3153-cü məhəllədə 7 saylı binada yerləşən 93 saylı mənzildə qeydiyyatdadır. İddiaçı keçmiş həyat yoldaşı Hüseynova (Fətəliyeva) Sevda Musa qızı 2006-cı ildən qeyd olunan məznildə qeydiyyatdadır, lakin 2019-cu ilin aprel ayından bu mənzildə yaşamır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 576805 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 30.09.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 3 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında 10.01.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3153-cü məhəllədə 7 saylı binada yerləşən 93 saylı mənzildə İddiaçı, X6 və X3 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29.03.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, Cavabdeh nikah pozulandan sonra mübahisə predmeti olan mənzildən könüllü surətdə başqa yaşayış sahəsinə köçmüş, keçən üç il müddət ərzində qeyd edilən mənzildə yaşamamışdır. Həmçinin, cavabdeh məhkəmə iclasında yenidən həmin mənzilə köçmək və orada yaşamaq istəmədiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin keçmiş ərinə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxdığına görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə və Mülki Məcəllənin 262.2-ci maddəsinin tələbinə uyğun olaraq, yüklü olan mənzilin məxsus olduğu İddiaçı tələbi ilə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hüseynova (Fətəliyeva) Sevda Musa qızının Bakı şəhəri, Yasamal rayonu, ünvan 1əhəllə 3153 ünvanında yerləşən 93 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar