Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2266/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “su sayğaclarının quraşdırılması və borcun silinməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh ASC-yə qarşı “su sayğaclarının quraşdırılması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 272 mənzilin mülkiyyətçiləri ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair” müqavilələrin bağlanması və hər mənzilin girişində su sayğaclarının quraşdırılması öhdəliyi həvalə edil barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış kompleksi mövcuddur. Yaşayış kompleksi xx.xx.2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci il tarixində 672 saylı sərəncamla təstiq edilmişdir. Bu sərəncama əsasən, göstərilən ünvanda yerləşən və "xxxx" MTK tərəfindən inşa edilən 4 ədəd 17 mərtəbəli (+ 1 texniki mərtəbə) 1 girişli yaşayış binalarının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi), binalar arası 1 mərtəbəli qeyri-yaşayış sahələri istismara qəbul edilməsi haqda DQK aktına əlavə olaraq istismara verilmişdir. Yaşayış kompleksinin idarəetmə orqanı "xxxx" MMMC Cavabdeh ASC-yə qarşı iddia qaldıraraq hər mənzil daxilində mövcud olan soyuq su sayğaclarının kodlaşdırılması və isti su xətti üzərində yeni su sayğacı qiraşdırılmasını, hər sakin ilə müvafiq müqavilələr bağlanması və sonralar su sərfiyyatını birbaşa sakinlərdən yığılmasını cavabdehdən tələb edir. Belə ki, cavabdeh hər mənzilin girişində yerləşən soyuq su xətti üzərində 2008-ci ildən sayğac quraşdırmışdır, lakin həmin sayğaclar naməlum səbəblərdən bugünə qədər kodlasdırılmamısdır. Nəticə olaraq bugün yaşayış kompleksinin girişində yerləşən ümumi su sayğacının göstəricisi bütün sakinlər arasında hesablanaraq bərarər bölünüb kommunal xidmətlərinin üzərinə əlavə edililir ki, bu da sakinlər arasında ciddi narazılığa səbəb olur. Bəzi mənzillərdə cəmi 1-2 nəfər, digərlərində isə 5-6 nəfər yaşayanda su sərfiyatı bərabər olmur, binada müəyyən müddət yaşamayan sakinlər üçün isə ödəniş qəbuledilməz hesab edilir. Bu səbəbdən də hazırda yaşayış kompleksinin idarəetmə orqanı "xxxx" MMMC böyük çətinliklərlə üzləşir və sakinlərdən vaxtı-vaxtında kommunal xidmətləri yığa bilmir. suyun hazırda yüksəlmiş tarifi ilə MMMC aylıq 6000 AZN ətrafında hesab-faktura alır ki, bunu da sakinlər arasında bərabər böldükdə mənzil üzrə təqribən 25-30 AZN edir ki, bu məbləği sakinlər ödəməkdən imtina edirlər, xüsusən də binada uzun müddət yaşamayan sakinlər. Eyni zamanda, "xxxx" MTK tərəfindən yaşayış kompleksində mərkəzləşdirilmiş isti su sistemi də (qazanxana) quraşdırılmışdır. Beləliklə yaşayış kompleksində hər mənzil daxilində iki su mənbəyi mövcuddur: soyuq su xətti (mənzil girişində) və isti su xətti (mətbəx şaxtası daxilində). Sakinlərin çoxsaylı narazılıq və etirazlarını nəzərə alaraq və eyni zamanda tam şəffaflığı təmin etmək üçün mətbəx şaxtası daxilində yerləşən isti su xətti üzərində də su sayğacı qalmışdırilması zəruridir. İsti su sayğacının göstərişini hər bir sakin təbii ki, Azərsu ASC-nə ödəmiş olacaq, suyun qazanxanada qızdırılması məsələsi isə "xxxx" MMMC-si tərəfindən həyata keçiriləcəkdir. Dəfələrlə cavabdehə müraciət edərək sakinlərin hazırda mövcud olan vəziyyətdən narazı olduqlarını və hər mənzil daxilində mövcud olan su sayğaclarının kodlaşdırılması zəruriliyini bildirilmiş, lakin, bugünə qədər heç bir tədbir görülməmişdir. Məhkəmənin nəzərinə çox önəmli və həlledici bir faktı da çatdırmaq istərdi ki, sözügedən yaşayış kompleksinin sakini X4 xx.xx.2021-ci ildə Azərsu ASCi ilə birbaşa 43890708 saylı müqavilə bağlamışdır (qoşma 3). Həmin Müqavilə AR-nın 1999-cu il 28 oktyabr tarixli 723-İQ npmrəli “Su təchizatı və tullantı suları haqqında” Qanuna və “Sudan istifadə Qaydaları”na uyğun olaraq bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, “İstehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihadının (su sayğacı) göstərişinə görə təyin edilir”. Bu məsələ bir çox suallar əmələ gətirir: 1. Axı necə olur ki, Azərsu ASC eyni bir yaşayış kompleksində yaşayan bir sakinlə müqavilə bağlayaraq “su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstərişinə görə” ödənişlər alır amma digər sakinlərlə bağlamaq istəməyərək müxtəlif əsassız səbəbər gətirir? 2. Məgər Azərbaycan Respublikasının Konstitusiyası qarşısında digər sakinlərin hüquqları X4 ilə bərabər deyilmi? Bəs hansı səbəbdən Azərsu ASC bu cür qeyri-bərabər yanaşma tətbiq edir? Bəlkə Azərsu ASC Azərbaycan Respublikasının Konstitusiyası və digər mövcud qanunları pozmağı özünə icazə verir? 3. Axı necə olur ki, Azərsu ASC eyni bir yaşayış kompleksində yaşayan bir sakinlə müqavilə bağlayarkən həmin sakinin Azərsu tərəfindən bütün tələb edilən sənədlər sanki qaydasında oldu amma digər sakinlərdə yox? 4. Azərsu ASC-nin bu cür yanaşması və dəfələrlə “bu məsələni “başqa yolla” həll etmək olar” kimi ifadələri sbbəblərindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət yazmış və ASC-nin məsuluyyətə cəlb edilməsini xahiş etmişdirlər. 5. Axı necə olur ki, Azərsu ASC sözügedən mənzildən ödəniş alaraq həmin su həcmini "xxxx" MMMC-yə təqdim edilən hesab fakturadan azaltmır? Demək, su sərfiyyatının iki dəfə pulunu alaraq qanunsuzluq edir ?! Bəlkə də yaşayış kompleksində bu cür müqaviləli mənzillərin sayı çoxdur, hələ ki, birini müəyyən etmişdir. Bəs əgər bu cür müqaviləli mənzillərin sayı çoxdursa, onda Azərsu ASC etdiyi hərəkətkərə necə cavab verəcək? Beləliklə, hesab edir ki, əgər Azərsu ASC xx.xx.2021-ci il tarixində sözügedən yaşayış kompleksində bir sakinlə müqavilə bağlayaraq “istehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstərişinə görə təyin etmişdirsə, demək eyni yaşayış kompleksinin digər sakinləri ilə də eyni qaydada müqavilə bağlamaq mümkündür və bu öhdəliyin Azərsu ASC-nin üzərinə qoyulması zəruridir. Həmçinin, iddiaçı "xxxx" MMMC Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 272 mənzilə hesablanmış 30831 manat borcun silinməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərsu ASC tərəfində sakinlərin su sərfiyyatı birbaşa sakinlərdən yığılması əvəzinə yaşayış kompleksini idarə edən "xxxx" MMMC-dən tələb edilir. Hazırda Azərsu ASC tam əsassız olaraq "xxxx" MMMC-dən 30381 manat borc pul məbləği tələb edir ki, MMMC cavabdehin əvəzinə sakinlərdən bu məbləği yığmaqdan imtina edir və həmin borc pul məbləğinin tam silinməsini və su sərfiyyatının birbaşa sakinlərdən yığılmasını cavabdehdən tələb edir. Belə ki, cavabdeh hər mənzilin girişində yerləşən su xətti üzərində hələ 2005-ci ildən sayğac quraşdırmışdır. Lakin həmin sayğaclar naməlum səbəblərdən bugünə qədər istifadə edilmir, Azərsu ASC-yə birbaşa yaşayış kompleksinin girişində olan sayğac göstərişini tələb etmək daha rahat olduğundan dəfələrlə etdiyi müraciətlərə baxmamışdır. Nəticədə yaşayış kompleksinin girişində yerləşən ümumi su sayğacının göstəricisi birbaşa "xxxx" MMMC-dən tələb olunur ki, bu da təbii ki bütün sakinlər arasında hesablanaraq bərarər bölünərək yığılır. Bu məsələ sakinlər arasında ciddi narazılığa səbəb olur, axı bəzi mənzillərdə cəmi 1-2 nəfər digərlərində isə 5-6 nəfər yaşayanda su sərfiyatı bərabər olmur, binada müəyyən müddət yaşamayan sakinlər üçün isə ödəniş qəbuledilməz hesab edilir. Bu səbəbdən də hazırda yaşayış kompleksinin idarəetmə orqanı "xxxx" MMMC böyük çətinliklərlə üzləşir və sakinlərdən vaxtı-vaxtında su borcunu yığa bilmir. Məsələ o qədər böyüyüb ki, yaşayış kompleksinin bir çox sakinləri, "xxxx" MMMC-ni Nəsimi Rayon Məhkəməsinə vermişdirlər. "xxxx" MMMC dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək sakinlərin hazırda mövcud olan vəziyyətdən narazı olduqlarını və hər mənzil daxilində mövcud olan su sayğaclarının kodlaşdırılması zəruriliyini bildirmişdir. Bu günə qədər heç bir tədbir görülməmişdir. xx.xx.2022-ci il tarixli 03/01-7/5/4225 nömrəli məktubla Cavabdeh MMMC-yə texniki şərt, anbarın yuyulma aktı, hidravlik sınaq aktı, su təchizatı sisteminin çəkilişi ilə bağlı müvafiq layihə cizgiləri və lisenziya sənədləri təqdim edildikdən sonra məsələyə baxıla biləcəyi qeyd edilmişdir. Axı necə ola bilər ki, yaşayış kompleksi xx.xx.2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında Bakı Şəhər icra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci il tarixində 672 saylı sərəncamla təstiq edilib, amma sanki Cavabdeh-nun texniki şərti və sair sənədlər mövcud deyilmiş! Müəyyən axtarışlar apardıqdan sonra Cavabdeh ASC-nin arxivində sözügedən yaşayış kompleksi üçün lazım olan bütün sənədlərin mövcud olduğunu müəyyən etmişlər və həmin sənədləri hazırki işə əlavə edərək bildirirlər ki, Cavabdeh ASC hələ 2005-ci ildə “Sayğacların qəbul aktı № 17/B” qəbul edərək bütün 4 bina üzrə “quraşdırılmış su sayğacı abonentin iştirakı ilə komissiya tərəfindən texniki şərtlərə uyğun olaraq qəbul edilib istismara buraxılması” haqqında sənəd imzalamışdır! Bəs belə olan halda nədən Cavabdeh bugünə kimi bu sayğacları kodlaşdırıb birbaşa sakinlərdən istifadə edilən su sərfiyyatını almır? Sadəcə istəmirlər, onlara birbaşa yaşayış kompleksinin girişində olan sayğac göstərişini tələb etmək daha rahat olduğundan müraciətə baxmırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2977/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hər iki mülki işin bir icraatda birləşdirilməsi və mülki işə 2(004)-2266/2022 nömrəsinin verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 231 saylı sərəncamının surətindən görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01-04/6-4 saylı razılıq məktubu, "xxxx" kiçik müəssisəsinin xx.xx.2003-cü il tarixli, 032 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsində, "xxxx" k/m-nə məxsus fərdi yaşayış evlərinin sökülməsi şərti ilə, yeni yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 0,77 ha torpaq sahəsi həmin müəssisənin icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixində 672 saylı sərəncamının surətindən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında tikintisi başa çatmış 4 ədəd 17 mərtəbəli (+ 1 texniki mərtəbə) 1 girişli yaşayış binalarının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi), binalar arası 1 mərtəbəli qeyri-yaşayış sahələrinin istismara qəbulu üzrə Dövlət Komissiyasının aktı təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin vitse-prezidenti Z. Novruzov tərəfindən ”Karat Holdinq” MMC-nin direktoru Ə. Qasımova, SÖCİT və SSM-nin rəisi Q.Əliyevə, “Bakı su kəməri” İİ-nin rəisi Ə.Bağırova və “Bakı kanalizasiya” Xİ-nin rəisi K. Həsənova ünvanlanmış xx.xx.2006-cı il tarixli, 14/1841 saylı məktubun məzmunundan müəyyən olunur ki, Cavabdeh SC "xxxx" MMC tərəfindən Nəsimi rayonu, S.Rüstəm küçəsi, 980-ci məhəllədə inşa olunmıış yaşayış binasının su təchizatı və kanalizasiya sisteminə qoşulmasına aşağıda sadalanan texniki şərtləri verir:
1. Su təchizatı: 1.1. Təsərrüfat-məişət məqsədləri üçün birləşmə nöqtəsi İ.Qasımov küçəsi ilə keçən d150 mm su kəmərindən diametri 63 mm-dən artıq olmayaraq qəbul olunsun. 1.2. Su sərfinin dəqiq qeydiyyatı məqsədi ilə birləşmə nöqtəsində və hər bir mənzilin girişində müvafiq diametrli su sayğacının quraşdırılması nəzərdə tutulsun. 1.3. Su təchizatının normal olması üçün müvafiq həcmli su tutumu və nasos stansiyasının inşası nəzərdə tutulsun. 1.4. Texniki məqsədlər üçün yeraltı sulardan istifadə olunması təklif olunur.
2. Kanalizasiya; 2.1. Yaşayış binasında yaranacaq çirkab sularını Azadlıq prospekti ilə keçən d1000 mm təsərrüfat-məişət kanalizasiya kollektoruna atmalı. 2.2. Obyektdən qoşulma quyusuna qədər kanalizasiya xəttinin diametrini 300 mm qəbul etməli. 2.3. Qoşulma quyusunu, novun yüksəkliyini İTİ-nin nümayəndəsi ilə təyin eməli, kanalizasiya sisteminin inşasının onun nəzarəti altında aparmalı.
3. Qoşulmalar hazırkı texniki şərtlərin biitiin bəndləri tam icra olunduqdan və asfalt örtüyünün sökülməsi məqsədi ilə Bakı şəhər icra Hakimiyyətinin razılığı alındıqdan sonra müvafiq olaraq “Bakı su kəməri” İİ və “Bakı kanalizasiya” Xİ tərəfindən yerinə yetiriləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə 1117-MM4-0044 nömrə ilə qeydiyyata alınmışdır. Fəaliyyət ərazisi Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 16, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61, predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Qanuni təmsilçisi X6r. İş materiallarına əlavə edilmiş Azərsu” ASC-nin EİMT departamentinin rəisi S.Qənili tərəfindən "xxxx" MMMC-nin qanuni təmsilçisi A.Quliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01/4/01- 7/6/4202 saylı “Çox mənzili i yaşayış binasının kodlaşdırılması haqqında” məktubun məzmunundan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən yaşayış binasının mənzillərinin fərdi qaydada müqavilələrin bağlanılması ilə bağlı daxil olmuş xx.xx.2022-ci il tarixli, 48539 saylı müraciətə Cavabdeh ASC-də baxılmış və bildirilmişdir ki, “X7’nın 1.8 bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra bağlanılmalıdır. Əlavə olaraq onu da qeyd edir ki, texniki şərt, anbarın yuyulma aktı, hidravlik sınaq aktı, habelə su təchizatı sisteminin çəkilişi ilə bağlı müvafiq layihə cizgiləri və lisenziya sənədlərinin olması zəruridir. Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən tələblər icra edildikdən sonra sözügedən çoxmənzilli yaşayış binasının fərdi kodlaşdırılmasına yenidən baxıla bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********* saylı hesab-fakturranın surətindən görünür ki, "xxxx" MMMC-yə həmin tarixə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə borcunun 30831 manat təşkil etdiyi bildirilmiş və borcun ödənilməsini təmin etməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2021-ci il tarixli, 43890708 saylı müqavilənin surətindən görünür ki, bir tərəfdən Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal idarəsi rəisi Elşən Həsənzadə, digər tərəfdən istehlakçı X4 arasında Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında" Qanununa və “Sudan istifadə Qaydaları“na uyğun olaraq bağlanmış müqavilənin şərtlərinə əsasən, istehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi (miqdarı) su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada təyin edilir.Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin "Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə" qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1m3 içməli suya görə hesablaşma ƏDV ilə 0,70 manat və istehlakçıdan qəbul edilən 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,30 manat müqabilində aparılır. (bənd 2.2.) v.s. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1139/2022 saylı, 21,04.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh “Nəsimi-8" MMMC-yə qarşı “öhdəliyin qoyulması tələbinə dair” ilkin iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, 34-cü binada liftdən istifadə kartının iddiaçıya münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının mənzilinə verilən suyun hesabının quraşdırılmış sayğac vasitəsilə hesablanaraq ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı "xxxx" MMMC-nin cavabdeh X2 qarşı “kommunal borcların ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilərək, cavabdeh tərəfindən mülkiyyətində olan mənzilə görə 2022-ci ilin yanvar ayına "xxxx" MMMC-nin fonduna olan 3006 manat borcun və növbəti aylarda 95 manat kommunal xidmətlər ödənişinin və ödənilmiş 50,06 manat dövlət rüsumunun əvəzinin iddiaçıya ödənilməsi qət edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. Həmin Qanunun 31-ci maddəsinin 1-ci hissəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 62-ci maddəsinə görə isə, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Qaydaların 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı suların həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəllənin 109.5-ci maddəsinə əsasən,kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə görə isə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. İşin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında tikintisi başa çatmış 4 ədəd 17 mərtəbəli (+ 1 texniki mərtəbə) 1 girişli yaşayış binalarının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi), binalar arası 1 mərtəbəli qeyri-yaşayış sahələrinin istismara qəbulu üzrə Dövlət Komissiyasının aktı təsdiq edilmişdir. "xxxx" MMMC-nin təşkilati-hüquqi forması mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olan, xx.xx.2017-ci il tarixdə 1117-MM4-0044 nömrə ilə AR Ədliyyə Nazirliyi Qeyri- Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrində qeydə alınmış, fəaliyyətinin predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək olan hüquqi şəxsdir. İddiaçı MMMC tərəfindən cavabdeh təşkilata, yaşayış kompleksində olan mənzillərin mülkiyyətçiləri ilə müqavilə bağlanması, sayğacların quraşdırılması və göstərilən xidmətlərə görə borcun sayğac göstəricilərinə əsasın hesablanaraq, sakinlərdən tələb edilməsi barədə müraciət olunmasına baxmayaraq, cavabdeh təşkilat heç bir qanuni əsas olmadan, müraciətin təmin olunmasından imtina etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq su sayğaclarının quraşdırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, iddia tələbi həmin hissədə əsaslı və qanuni olduğuna görə, mənzil mülkiyyətçilərindən biri ilə artıq müqavilə bağlanaraq sayğacın quraşdırılması nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh ASC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" MMMüştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 271 mənzilin mülkiyyətçiləri ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair” müqavilələrin bağlanması və hər mənzilin girişində su sayğaclarının quraşdırılması öhdəliyi qoyulmalıdır. Bununla yanaşı, iddia tələbi hesablanmış borcun silinməsi hissəsində əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəllənin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Həmin Məcəllənin 136.2-ci maddəsinə görə çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 136.4-cü maddəsinə görə isə, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstitusiyanın 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" MMMC tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə Cavabdeh ASC tərəfindən kompleksinin girişində yerləşən ümumi su sayğacının göstəricisi əsasında 30831 manat borc hesablanmışdır və "xxxx" MMMC-dən tələb edilmişdir. Hazırki halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minib, hər mənzilə aid su sayğacı quraşdırılanadək, yaşayış kompleksində kommunal xidmətlərin sakinlərdən tələb edilərək müvafiq qurumlara ödənilməsi vəzifəsi Lakin, qanunvericiliklə obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək "xxxx" MMMC-nin vəzifəsi olduğundan, iddia tələbi bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 271 mənzilin mülkiyyətçiləri ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair” müqavilələrin bağlanması və hər mənzilin girişində su sayğaclarının quraşdırılması öhdəliyi həvalə edilsin. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 200 (iki yüz) manat tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi borcun silinməsi hissəsinə münasibətdə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov